Qərbi Azərbaycan Xronikası: Dərələyəz aşıq mühitində türkçülük önə çıxırdı
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
BAKU.WS xəbər verir ki, "Dərələyəz aşıq mühitində türkçülük önə çıxırdı" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Dərələyəz və Ağbaba mahallarında aşıq sənətindən söz açıb.
O bildirib ki, Qərbi Azərbaycan aşıqları bir çox əlamətləri ilə seçilirdilər: "Dərələyəz aşıq mühitində türkçülük önə çıxırdı. Ağbaba aşıq mühitinə xas əlamətlər olub. Aşıqlar arasında həmişə mövqe davası gedib".
Onun sözlərinə görə, daşnak ermənilər azərbaycanlı aşığın kürəyinə qaynar samovar bağlayıb, oxutdurublar: "Aşıqlara ağlasığmaz işgəncələr verilirdi".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 27 Aprel 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















