Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ermənilər yəhudi məzarlarını qazıb, oradakı əşyaları yoxa çıxarıblar Xəbər saytı Son xəbərlər və Hadisələr

Qərbi Azərbaycan Xronikası: Ermənilər yəhudi məzarlarını qazıb, oradakı əşyaları yoxa çıxarıblar Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Xristian qıpçaqlara erməni, yəhudi qıpçaqlara karaim deyilirdi" adlı veriliş efirə gedib.

BAKU.WS xəbər verir ki, verilişdə Dərələyəz mahalının Ələyəz kəndində eyniadlı çayın sahilində Xəzər türklərinə məxsus yəhudi məzarlığından, erməni jurnalistlərin, həmçinin ermənipərəst səyyah və bloqer Aleksandr Lapşinin azərbaycanlıların vaxtilə yaşadığı Ələyəz kəndi haqqında reportajlarından bəhs olunur.

Bildirilir ki, Dərələyəzdəki yəhudi məzarlığı qədim türklərə aiddir: "Qədim türklərin yəhudi izləri Dərələyəz mahalında da mövcud olub. Belə ki, Dərələyəzdə Xəzər türklərinə aid 60-dan çox məzar var. Orada yəhudi məzarları üzərindəki damğalar Xəzər türklərinə aiddir. Türk damğaları qrafik təsvir üslubları türk mifik təfəkkürü ilə bağlıdır. Alban, Xəzər, Hunların damğaları eynidir, türk inancından yaranıb. Biləncərdə tapılan Tanrıçılıq məbədinin damğaları ilə Dərələyəzdəki yəhudi məzarları üzərindəkilər eynidir".

Diqqətə çatdırılır ki, Xəzər sözü türk kökündən gəlib, gəz, gəzər, köçən deməkdir: "Bizə gəlib çatmış sözlər Xəzər dili türk dilləri ailəsinə aiddir. Təbəri hələ X əsrdə yazırdı ki, Azərbaycan xəzərlərin məmləkəti idi. Xristian qıpçaqlara erməni, yəhudi qıpçaqlara karaim deyilirdi. Qafqazda xristian kitabları erməni, "Dualar kitabı" yəhudi əlifbası ilə qıpçaq dilində yazılıb. Əxi Təvəkkül zaviyəsində Dərələyəzdə yaşamış türk tayfasının sayını bildirən doqquz səkkizguşəli ulduz həkk olunub. Ümumiyyətlə, Qərbi Azərbaycan dağlarında gizli yəhudi qəbiristanlığı tapılıb. Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar".

Süjetdə Dərələyəz mahalındakı yəhudi məzarları üzərində qam-şaman simvollarının mənası, Xəzər türklərinə aid məzarların acı aqibəti, Ermənistanda yəhudi müəmması və gizlədilmiş irsi, eləcə də ermənilərin yəhudi tarixinə böyük qəsd etmələri ilə bağlı maraqlı faktlar və fikirlər səsləndirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Noyabr 2024 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri