Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ermənilər yəhudi məzarlarını qazıb, oradakı əşyaları yoxa çıxarıblar

Qərbi Azərbaycan Xronikası: Ermənilər yəhudi məzarlarını qazıb, oradakı əşyaları yoxa çıxarıblar

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Xristian qıpçaqlara erməni, yəhudi qıpçaqlara karaim deyilirdi” adlı veriliş efirə gedib.

“Report” xəbər verir ki, verilişdə Dərələyəz mahalının Ələyəz kəndində eyniadlı çayın sahilində Xəzər türklərinə məxsus yəhudi məzarlığından, erməni jurnalistlərin, həmçinin ermənipərəst səyyah və bloqer Aleksandr Lapşinin azərbaycanlıların vaxtilə yaşadığı Ələyəz kəndi haqqında reportajlarından bəhs olunur.

Bildirilir ki, Dərələyəzdəki yəhudi məzarlığı qədim türklərə aiddir: “Qədim türklərin yəhudi izləri Dərələyəz mahalında da mövcud olub. Belə ki, Dərələyəzdə 60-dan çox Xəzər türklərinə aid məzar var. Dərələyəzdəki yəhudi məzarları üzərindəki damğalar Xəzər türklərinə aiddir. Türk damğaları qrafik təsvir üslubları türk mifik təfəkkürü ilə bağlıdır. Alban, Xəzər, Hunların damğaları eynidir, türk inancından yaranıb. Biləncərdə tapılan Tanrıçılıq məbədinin damğaları ilə Dərələyəzdəki yəhudi məzarları üzərindəkilər eynidir”.

Diqqətə çatdırılır ki, Xəzər sözü türk kökündən gəlib, gəz, gəzər, köçən deməkdir: “Bizə gəlib çatmış sözlər Xəzər dili türk dilləri ailəsinə aiddir. Təbəri hələ X əsrdə yazırdı ki, Azərbaycan xəzərlərin məmləkəti idi. Xristian qıpçaqlara erməni, yəhudi qıpçaqlara karaim deyilirdi. Qafqazda xristian kitabları erməni, “Dualar kitabı” yəhudi əlifbası ilə qıpçaq dilində yazılıb. Əxi Təvəkkül zaviyəsində Dərələyəzdə yaşamış türk tayfasının sayını bildirən doqquz səkkizguşəli ulduz həkk olunub. Ümumiyyətlə, Qərbi Azərbaycan dağlarında gizli yəhudi qəbiristanlığı tapılıb. Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar”.

Süjetdə Dərələyəz mahalındakı yəhudi məzarları üzərində qam-şaman simvollarının mənası, Xəzər türklərinə aid məzarların acı aqibəti, Ermənistanda yəhudi müəmması və gizlədilmiş irsi, eləcə də ermənilərin yəhudi tarixinə böyük qəsd etmələri ilə bağlı maraqlı faktlar və fikirlər səsləndirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 20-də saat 19:30-da "Baku TV"nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://report.az
archiveBu xəbər 21 Noyabr 2024 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri