Icma.az
close
up
RU
Xronika: Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar

Xronika: Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Xristian qıpçaqlara erməni, yəhudi qıpçaqlara karaim deyilirdi" adlı veriliş efirə gedib.

Verilişdə Dərələyəz mahalının Ələyəz kəndində eyniadlı çayın sahilində Xəzər türklərinə məxsus yəhudi məzarlığından, erməni jurnalistlərin, həmçinin ermənipərəst səyyah və bloger Aleksandr Lapşinin azərbaycanlıların vaxtilə yaşadığı Ələyəz kəndi haqqında reportajlarından bəhs olunub.

Bildirilib ki, Dərələyəzdəki yəhudi məzarlığı qədim türklərə aiddir: "Qədim türklərin yəhudi izləri Dərələyəz mahalında da mövcud olub. Belə ki, Dərələyəzdə 60-dan çox Xəzər türklərinə aid məzar var. Dərələyəzdəki yəhudi məzarları üzərindəki damğalar Xəzər türklərinə aiddir. Türk damğaları qrafik təsvir üslubları türk mifik təfəkkürü ilə bağlıdır. Alban, Xəzər, hunların damğaları eynidir, türk inancından yaranıb. Biləncərdə tapılan Tanrıçılıq məbədinin damğaları ilə Dərələyəzdəki yəhudi məzarları üzərindəkilər eynidir".

Diqqətə çatdırılıb ki, Xəzər sözü türk kökündən gəlib, gəz, gəzər, köçən deməkdir: "Bizə gəlib çatmış sözlər Xəzər dili türk dilləri ailəsinə aiddir. Təbəri hələ X əsrdə yazırdı ki, Azərbaycan xəzərlərin məmləkəti idi. Xristian qıpçaqlara erməni, yəhudi qıpçaqlara karaim deyilirdi. Qafqazda xristian kitabları erməni, "Dualar kitabı" yəhudi əlifbası ilə qıpçaq dilində yazılıb. Əxi Təvəkkül zaviyəsində Dərələyəzdə yaşamış türk tayfasının sayını bildirən doqquz ədəd səkkizguşəli ulduz həkk olunub. Ümumiyyətlə, Qərbi Azərbaycan dağlarında gizli yəhudi qəbiristanlığı tapılıb. Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar".

Süjetdə Dərələyəz mahalındakı yəhudi məzarları üzərində qam-şaman simvollarının mənası, Xəzər türklərinə aid məzarların acı aqibəti, Ermənistanda yəhudi müəmması və gizlədilmiş irsi, eləcə də ermənilərin yəhudi tarixinə böyük qəsd etmələri ilə bağlı maraqlı faktlar və fikirlər səsləndirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Xronika: "Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar"

Xronika: "Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Noyabr 2024 02:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri