Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ermənistan ordusu ixtisar edilir Addım addım Zəngəzura doğru

Qərbi Azərbaycan Xronikası: Ermənistan ordusu ixtisar edilir Addım addım Zəngəzura doğru

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Delimitasiya Tavuşdan Zəngəzura keçdi" adlı süjetdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra yekun müqavilənin nə vaxt imzalanacağı sualları ilə bağlı aparılan müzakirələrdən bəhs olunur.

Bildirilir ki, Ermənistanda gələn il konstitusiyanı dəyişdirmək məqsədilə referendum keçiriləcək və bu addımdan dərhal sonra yekun müqavilə imzalanacaq. Beləliklə, Azərbaycan və Ermənistan arasında məhz erməni millətçilərinin əməlləri ilə başlanan münaqişə nəhayət rəsmi şəkildə sona çatacaq və Cənubi Qafqaza nəhayət sülh dövrü gələcək. Zəngəzur dəhlizi də daxil olmaqla regional kommunikasiya bərpa olunacaq və regionun inkişaf perspektivləri güclənəcək. Bakı və İrəvan arasında sülh prosesi bir sıra humanitar problemlərin həll edilməsinin, xüsusilə azərbaycanlı qaçqınların öz doğma yurdlarına qayıdışı prosesinin önünü açacaq.

Qeyd olunur ki, Ermənistan hökuməti hərbi xidmət müddətini azaltmaq niyyətindədir. Layihəyə əsasən Ermənistan ordusunda canlı qüvvənin sayı 5 min azalacaq. "Hraparak" nəşri, parlamentin "Şərəfim var" fraksiyasından olan deputat Tiqran Abramyan tərəfindən atılan iddiaya görə, orduda xidmət müddətinin azaldılması Bakının, birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tələbidir. Hökumətin ordu ilə bağlı qərarı üç problemin eyni anda həll edilməsi məqsədi daşıyır.

Diqqətə çatdırılır ki, Ermənistanda əsas müzakirə mövzularından biri də Zəngəzur dəhlizi, delimitasiya ilə bağlıdır.

Türkoloq Varujan Qeqamyan, şərhçi Arman Abovyan, Respublika Partiyasının üzvü Eduard Şarmazanov iddia edirlər ki, Zəngəzur dəhlizi ilə Azərbaycan Qərbi Azərbaycan adlandırdığı ərazilərə giriş əldə edəcək, daha sonra bu ərazilər nəzarətə götürüləcək. "Delimitasiya Tavuşdan Zəngəzura keçib Azərbaycanlılar Bakının de-fakto nəzarət edəcəyi Qərbi Azərbaycana qayıdacaqlar. Ermənistanın Qərbi Azərbaycana çevrilməsi məsələsində Qərb və Türkiyə razılaşıb".

Sonda vurğulanır ki, Zəngəzur dəhlizi də açılacaq, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış da baş tutacaq və hazırda baş verənlər bizi addım-addım Zəngəzura yaxınlaşdırır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: Ermənistan ordusu ixtisar edilir - Addım-addım Zəngəzura doğru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Sentyabr 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri