Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Hayların 1946 cı il fərmanı izi itirilən kənd

Qərbi Azərbaycan Xronikası: Hayların 1946 cı il fərmanı izi itirilən kənd

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Hayların 1946-cı il fərmanı - izi itirilən kənd" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Armudlu, Armudlu dərəsi toponimi, oronimi və hidronimi haqqında söz açılıb.

Bildirilib ki, XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ərazilərinə ermənilərin süni şəkildə yerləşdirilməsindən sonra xalqımıza məxsus adların yox edilməsi prosesi başlayıb.

Armudlu - Şəmşəddil mahalının Dilican şəhəri yaxınlığında qışlaq adıdır. 1926-cı ildə burada 12 nəfər azərbaycanlı yaşayıb. XX əsrin 30-cu illərində ləğv edilib.

Armudlu - Şörəyel mahalının Ərtik, sonralar Artik adlandırılan rayonda kənd adıdır. Adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. 1946-cı il mayın 31-də adı dəyişdirilib Tufaşen, yəni Tuf kəndi qoyulub.

Armudlu - Zəngəzur mahalının Sisyan və Qafan rayonları ərazisində kənd olub. 1918-ci ildə ermənilər tərəfindən xarabalığa çevrilib.

Armudlu - Zəngəzur mahalının Qafan rayonunda çay adıdır.

Armudlu - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonda dərə adıdır.

Armudlu dərəsi - Zəngəzur mahalının Qafan rayonunda dərə adıdır.

Sonda vurğulanır ki, qədim türk torpağı olan Qərbi Azərbaycanın çox zəngin tarixi burada mövcud olmuş toponim adlarının yaranma xüsusiyyətindən də bəlli olur: "İzi itirilən bütün yerlər, yurdlar, dini-mənəvi abidələr, qəbiristanlıqlar orada yaşamış və yaşayacaq yerli azərbaycanlı əhalinin adı, dərin kökü və irsi ilə bağlıdır".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: "Hayların 1946-cı il fərmanı - izi itirilən kənd"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Aprel 2025 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see334

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see298

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see251

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see238

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see208

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see175

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see126

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri