Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Liqa 1: Marsel darmadağına sevindi

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Qərbi Azərbaycana Qayıdış bəşəri hüqüqun tələbidir

Qərbi Azərbaycana Qayıdış bəşəri hüqüqun tələbidir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Akademik Fikrət Əliyev Meğri rayonunun, doğulub-böyüdüyü Nüvədi kəndinin tarixi, Qərbi Azərbaycanın zəngin mədəni irsinə verdiyi töhfə barədə XQ-yə bildirdi:

– Meğri adının mənası ilə bağlı fikirlər müxtəlifdir: əsaslısı da var, əsassızı da. Məsələn, ermənilər iddia edirlər ki, Meğri sözündəki “meğ” “bal” mənasını verir. Bu, ağ yalandır. Çünki rayonun ermənilərə aidiyyatı yoxdur. Bu söz qədim zamanlarda həmin ərazidə yaşamış türksoylu Mığır tayfasının adından yaranıb. Qeyd edim ki, atam Əhmədəli Əliyevin “Azərbaycan dilinin Meğri şivələri” adlı kitabı var. Həmin kitabda xüsusi vurğulanır ki, Meğri əhalisi türk tayfalarından ibarətdir, o cümlədən də Mığır tayfasından. Təsəvvür edin, o boyda geniş ərazidə bir dənə də olsun erməni toponimi yoxdur, hamısı Azərbaycan mənşəlidir.

Nüvədi də tarixən azərbaycanlıların yaşadığı bir ərazi olub. Hətta İstanbulda mən tarixi sənədləri araşdırarkən şahidi olmuşam ki, Nüvədi ilk dəfə Osmanlı mənbələrində 1593-cü ildə Rəvan bəylərbəyliyinin (İrəvan əyaləti) Masırı nahiyəsində (inzibati bölgü vahidi) 25 təsərrüfatdan ibarət kənd kimi qeyd edilib.

İşğala qədər Nüvədi kəndinin ərazisi 270 kvadratkilometr olub. Bu kənd Meğri rayonunun ərazisinin təxminən 40 faizini əhatə edib. 1929-cu ilədək inzibati ərazi bölgüsü cəhətdən Cəbrayıl qəzasına tabe olub - Azərbaycan torpağı olub. Əvvəllər Naxçıvan – Ordubad ərazisi, sonra Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının ərazisinə daxil edilib. 1979-cu ilin statistikasına görə kəndin əhalisi sayı 1700 nəfərə çatıb. Nüvədi camaatı hər zaman yüksək təhsil səviyyəsi ilə seçilib, bölgədə maarifçilik ənənəsinin də daşıyıcısı olub.

– Nüvədililər ermənilərin törətdikləri hər 3 soyqırımına məruz qalıblar. Lakin onlar Qərbi Azərbaycanı ən sonuncu tərk edən icma kimi tanınırlar.

– Kəndin taleyi, həqiqətən, çox qəribədir. 1905-1906-cı, 1918-ci illərin qırğınları, deportasiyası öz yerində. Amma 1929-cu ildə başqa bir faciə yaşanıb. Bütün bunlar ermənilərin törətdikləri terrorların sistemli olduğunu göstərir. Yəni bizə qarşı təzyiqlər həmişə olub. Məsələn, 1906-cı ildə qonşu kənddən ermənilər hücum ediblər, amma əhali müqavimət göstərərək təslim olmayıb. Şiddətli döyüş və mühasirə bir aya yaxın davam edib. Sursat və azuqə tükəndiyinə görə camaat kənddən çıxmağa məcbur olub. 

Təxminən, 3 il sonra nüvədililər viran olmuş kəndə qayıdıb onu bərpa edərək yenidən yaşamağa başlayıblar. Bu qırğın və talan 1918-ci ildə də təkrarlanıb. Babam danışırdı ki, 1918-ci ildə ermənilər hücum etdilər, evləri yandırdılar, dağıtdılar. Biz 3 gün döyüşdük, top-tüfəngin qarşısında camaatı qırğına vermədik, nəhayət, kənddən çıxmağa məcbur olduq. Bir də Nüvədiyə 3 ildən sonra qayıtdıq. Evlərimizi, təsərrüfatlarımızı yenidən bərpa etdik. Amma ermənilər bizə qarşı müxtəlif təzyiqlərdən, təhdidlərdən əl çəkmədilər.

– Dediniz ki, 1929-cu il hadisəsi daha faciəli olub...

– Ümummilli lider Heydər Əliyev bu qəsd barədə dəfələrlə söz açmışdı. SSRİ rəhbərliyi Naxçıvanla Azərbaycanın digər bölgələrini ayıran Meğrinin ərazisini daha da genişləndirmək istəyirdi. Buna görə də Zəngəzur, o cümlədən Meğri və Nüvədi sovet dövründə ermənilərə verildi. Prezident İlham Əliyev də həmişə bu tarixi həqiqəti vurğulayır. Qeyd edim ki, o vaxt Meğrinin Naxçıvanla Azərbaycanın digər bölgələrini ayıran hissəsi yalnız 11 kilometr idi. Sonradan bu yola Ordubadın Kilit kəndinə məxsus torpaqların bir hissəsi, Aldərə və bir neçə başqa kəndin də əraziləri əlavə edilərək məsafə 46 kilometrə çatdırılıb.

1929-cu ildə ermənilər Moskvaya müraciət edərək həmin torpaqların, o cümlədən bizim kəndimizin onlara verilməsini tələb ediblər. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzoyan olub. Müraciət qəbul edilib və bu ərazilər qeyri-qanuni olaraq ermənilərə bağışlanıb. 1969-cu il mayın 8-də – ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinə 2 ay qalmış Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bu məsələyə baxıb və Ali Sovetə tövsiyə olunub ki, o torpaqlar ermənilərə verilsin. Beləliklə, həmin torpaqların ermənilərə verilməsi rəsmiləşdirilib. 

Xatirimdədir, 1980-ci illərin sonunda nüvədililər Azərbaycan Ali Sovetindən tələb edirdilər ki, həmin qərar ləğv olunsun. Hətta Nüvədi ziyalıları müraciət edərək məsələni Azərbaycan Ali Sovetinin gündəliyinə çıxarmaq istyirdilər. Lakin o zaman bu alınmadı.

– Sonuncu deportasiya zamanı nüvədililərin uzun sürən mübarizəsi onlara hədsiz ağrı-acılar hesabına başa gəldi. 

– Qərbi Azərbaycanda azərbaycanlılara qarşı deportasiya siyasəti 1987-ci ildən başladı və 1988-ci ildə sürətləndi. Noyabr ayında isə yalnız Nüvədi camaatından başqa, bütün azərbaycanlı əhali dədə-baba yurdlarından zorla didərgin salındı. 1989-cu ildən ermənilər diqqətini Nüvədiyə yönəltdilər və vəziyyət daha da gərginləşdi. Ancaq kənd camaatının müqaviməti sayəsində Nüvədi 1991-ci ilə qədər alınmaz qala oldu

Camaat Nüvədidən çıxan gün mən Moskvaya getmişdim. Kremldə sovet rəhbəri Qarbaçovun qəbuluna yazıldım. Görüş üçün vaxt təyin edildi. Sonra dedilər ki, Qorbaçov Krımda həbs olunub. Həmin gecə Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin (QKÇP) rəhbəri, SSRİ-nin vitse-prezidenti Gennadi Yanayevin başçılığı ilə avqust hadisələri başlamışdı. Sonra Yanayevlə görüşmək istədim, 3 gün gözləməyimi bildirdilər. 

Dedilər ki, müdafiə nazirinə tapşırıq verilib. Sovet ordusu Qafandan başlayaraq erməni terrorçuları tərk-silah edəcək, hər şey öz qaydasına düşəcək. Sonra məni Lukyanovun köməkçisi Aleksandrov qəbul etdi, vəziyyəti danışdım. Mənə dedi ki, Nüvədi Ermənistanın ərazisidir, nəsə etmək mümkün deyil. Etirazımı bildirdim, məni həbs etmək istədilər. Beləliklə, heç nə alınmadı. Qayıtdım Bakıya.

Evlərindən qovulan Nüvədi camaatı Zəngilan rayonunun Vejnəli kəndinin yaxınlığında çadırlarda məskunlaşmışdı. Azərbaycanın müxtəlif ərazilərindən yardımlar gəlirdi, amma ölkə rəhbərliyi bu məsələyə laqeyd yanaşırdı. Ona görə vəziyyət çox ağırlaşanda Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri Heydər Əliyevə zəng etməli oldum. Ümummilli lider dərhal dəstək göstərilməsi barədə tapşırıq verdi, nüvədililərə Naxçıvandan yardımlar gəldi.

– Qərbi Azərbaycana qayıdış ümumxalq hərəkatına çevrilib. Erməni millətçiləri ilə mübarizəmiz bu müstəviyə keçib.

– Yaxşı bilirik ki, Azərbaycan Respublikası heç vaxt indiki qədər güclü olmayıb. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi milli tariximizdə bənzəri olmayan bir hadisədir. İndi isə qarşımızda yeni bir vəzifə - Qərbi Azərbaycana qayıtmaq məsələsi dayanır. Bu gün o torpaqların 80 faizi boşdur. Evlərin daşlarını, qapı-pəncərələrini söküb aparmaqdan başqa heç nə edə bilməyiblər. Çünki orada yaşamaq istəmirlər, bilirlər ki, o kəndlər onların deyil. 

Azərbaycan Prezidenti İlham Əliyev isə deyir: “Biz Qərbi azərbaycanlıları topsuz-tüfəngsiz geri qaytaracağıq”. Bu, bizim üçün çox böyük xoşbəxtlikdir. Mən də bir Qərbi azərbaycanlı kimi deyirəm ki, biz Prezidentimizin qətiyyətinə inanırıq. Davamlı olaraq  əl-ələ verib doğma yurda qayıtmaq məsələsini gündəmdə saxlamalıyıq. İnanırıq ki, biz mütləq oraya qayıdacağıq. 

Qərbi Azərbaycana qayıdış uzaqda deyil. Bu baxımdan, gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Onlar kim olduqlarını bilməlidirlər, milli kimliklərini unutmamalıdırlar, tarixlərinə dərindən bələd olmalıdırlar. Biz nüvədillilər də deportasiyamızın ildönümlərini həmişə bu yaddaşı qorumaq niyyəti və yurd sevgisi andı kimi qeyd edirik.

– Söhbət üçün sağ olun.

Hazırladı:
Tahir AYDINOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 06:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see131

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri