Icma.az
close
up
RU
“Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirildi

“Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirildi

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Dekabrın 2-də parlamentdə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirilib.

Teleqraf.com xəbər verir ki, dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Baş prokurorluğun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, AMEA-nın, Auditorlar Palatasının, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələri, Qərbi Azərbaycan İcmasının üzvləri, ziyalılar, hüquqşünaslar, tarixçilər, sahə mütəxəssisləri, media orqanlarının rəhbərləri, təhsil ocaqlarının, dövlət qurumlarının, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak ediblər.

Dinləməni giriş sözü ilə açan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri və Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərov belə mühüm mövzuda ictimai dinləmənin keçirilməsinə göstərdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Əziz Ələkbərov məlumat verərək deyib ki, ötən dövrdə Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif komitələr tərəfindən beş dəfə ictimai dinləmə keçirilib. O bildirib ki, 1989-cu ildə yaradılan və Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımızın sosial və məskunlaşma problemləri ilə məşğul olan Azərbaycan Qaçqınlar Cəmiyyəti, Prezident İlham Əliyevin tövsiyəsi ilə 2022-ci ildə Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkil edilib. Bu addım, tarixi torpaqlarımız uğrunda mübarizəyə yeni təkan verərək, soydaşlarımızın dinc və təhlükəsiz qayıdışı üçün siyasi əsaslar yaradan "Qayıdış Konsepsiyası"nın hazırlanmasına zəmin yaradıb. Bütün bunlar, doğma torpaqlarına qayıdışa sarsılmaz inam yaradaraq, Qərbi Azərbaycana Qayıdış ideyasını ümummilli hədəfə çevirib və onu beynəlxalq müstəviyə daşımağa nail olub. Prezident İlham Əliyevin liderliyi sayəsində İcmanın hazırladığı sənədlər qısa müddətdə beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də rəsmi sənədlər kimi təqdim edilib. Qurumun bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı, UNESCO ilə əməkdaşlığı genişlənib. 2024-cü ildə Qambiyada keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə 57 dövlətin yekun sənədində, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə olunması və Ermənistanın müsəlman irsinə qarşı törətdiyi vandalizmin qınanması Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilib.

Əziz Ələkbərov vurğulayıb ki, Qərbi Azərbaycan İcması bölgə həqiqətlərinin beynəlxalq müstəviyə çıxarılması və qaçqın soydaşlarımızın qayıdış hüququnun beynəlxalq miqyasda tanınması istiqamətində fəaliyyətini genişləndirməkdə qərarlıdır. Diqqətə çatdırılıb ki, İcma VII çağırış Azərbaycan parlamentinin formalaşmasından dərhal sonra Milli Məclisin sədrinə müraciət edərək, parlamentdə Qərbi Azərbaycana qayıdış məsələsi üzrə qurumun yaradılması təklifini irəli sürüb. Parlamentin spikeri Sahibə Qafarovanın sərəncamı ilə 13 nəfərdən ibarət Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradıldığını bildirən İcma sədri, bu Qrupun Azərbaycanın ümumdövlət və ümummillət maraqları, eləcə də tarixi ədalətin bərpası naminə var gücü ilə çalışacağını qeyd edib.

Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri Ramid Namazov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, deputatlar Azay Quliyev, Kamal Cəfərov, Ramil Həsən, Tənzilə Rüstəmxanlı, Rizvan Nəbiyev, Aydın Mirzəzadə, Səyyad Salahlı, Qaya Məmmədov və Məlahət İbrahimqızı çıxış edərək, son illər Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən dinləmələrin əhəmiyyətini qeyd ediblər, bunun ölkənin milli maraqları və tarixi ədalətin bərpası baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayıblar.

Qərbi Azərbaycan İcmasının fəaliyyətinə toxunan deputatlar qeyd ediblər ki, qurumun son iki ildə ciddi və fundamental xarakter daşıyan sistemli işləri bu sahədə mühüm nəticələr əldə olunmasına və Qərbi Azərbaycana qayıdış məsələsinin beynəlxalq müstəvidə daha geniş şəkildə işıqlandırılmasına töhfə verib. Bu məsələnin parlament diplomatiyası vasitəsilə dünya ictimaiyyəti tərəfindən daha dərindən anlaşılması və dəstəklənməsi barədə fikirlərini bölüşən deputatlar bildiriblər ki, bu proses Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi və tarixi ədalətin bərpası baxımından çox vacibdir.

İclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov “Deportasiyaya məruz qalmış qərbi azərbaycanlılarla bağlı statistik məlumatlar”, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Samir Becanov “Beynəlxalq praktikada qaçqınların geri qayıdışının təmini”, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Qərbi Azərbaycanda maddi-mədəni irsimiz”, Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov “Qərbi Azərbaycanda azərbaycanlılara qarşı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi” və AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov “Qərbi Azərbaycan tarixinin öyrənilməsi və araşdırılması” mövzularında məruzələrlə çıxış ediblər. Tədbirdə həmçinin Avrasiya Universitetinin professoru Firudin Cəlilov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru Zahid Cəfərov çıxış edərək, soydaşlarımızın Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışının təmin edilməsinin hüquqi aspektləri barədə qeyd və təkliflərini irəli sürüblər.

Tədbirə yekun vuran Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərov iştirakçılara təşəkkürünü bildirib, Azərbaycan xalqının tarixi yaddaşının, Vətən sevgisinin güclü olduğunu vurğulayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının təmin olunacağına inamını ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 02 Dekabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see135

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see125

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri