Icma.az
close
up
RU
Qərbi Azərbaycanla bağlı saytın və “Danışır tarix” filminin təqdimatı olub

Qərbi Azərbaycanla bağlı saytın və “Danışır tarix” filminin təqdimatı olub

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib.
Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “www.qerbiazerbaycanirsi.az” (“www.westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə layihənin məqsədləri ilə bağlı tədbri iştirakçılarını məlumatlandırıb.

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə layihənin əhəmiyyətindən və informasiya mübarizəsində Azərbaycanın uğurlarından danışıb. M. Quluzadə qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı informasiya mübarizəsində əvvəllər geri qalsaq da, alimlərimizin və ictimai fəalların fəaliyyəti sayəsində bu sahədə indi vəziyyət yaxşılaşıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov qeyd edib ki, Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması uğrunda aparılan mübarizədə qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. O vurğulayıb ki, Vətən müharibəsində hərbi qələbə qazanan Azərbaycan, indi informasiya müharibəsində də öz mövqeyini gücləndirməlidir.


Layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, saytın yaradılmasında əsas məqsəd Qərbi Azərbaycan mövzusu ilə bağlı proseslərə töhfə verməkdir. O qeyd edib ki, Qərbi Azərbaycanda azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələri ermənilər tərəfindən dağıdılıb və ya saxtalaşdırılıb. Toponimlərin dəyişdirilməsi və azərbaycanlılara məxsus abidələrin erməniləşdirilməsi bu siyasətin bir hissəsi olub. Bu baxımdan Qərbi Azərbaycanın tarixi irsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daha çox resursların yaradılmasına ehtiyac var.

“Bizdə Qərbi Azərbaycanın abidələri haqqında kitablar var və bir neçə saytda da abidələr haqqında məlumatlar mövcuddur. Lakin bu tipli elektron baza ilk dəfədir yaradılır. Bu elektron bazaya maddi-mədəni abidələrlə bağlı məlumatlar Azərbaycan və ingilis dillərində toplanılıb. E-bazada müxtəlif kriteriyalar üzrə: yerləşmə ərazisinə, növünə və əlifba sırasına görə axtarış sistemi qurulub. İlkin mərhələdə 250-yə yaxın maddi-mədəni abidə haqqında məlumatlar işlənilib bazaya daxil edilib”, - deyə Cəsarət Hüseynzadə bildirib.

Sonra "www.qerbiazerbaycanirsi.az" saytı haqqında videoçarx nümayiş olunub, saytın texniki imkanları və kontenti təqdim edilib.
İctimai birliyin sədri diqqətə çatdırıb ki, layihə çərçivəsində “Danışır tarix” adlı film də hazırlanıb. Film “Səlim karvansarası”, “Təpəbaşı məscidi” və “Əmir Səəd məqbərəsi” kimi tarixi abidələrdən bəhs edir.
C.Hüseynzadə vurğulayıb ki, Ermənistan ərazisində Azərbaycan abidələrinin ermənilər tərəfindən məhv edilməsi böyük tarixi və mədəni itkilərə səbəb olub. Bu abidələr Azərbaycan xalqının qədim tarixini və zəngin mədəni irsini əks etdirən dəyərli mənbələrdir. Onların məhv edilməsi milli kimliyin və mədəni irsin izlərini silmək cəhdidir. Xüsusilə məscidlər, məqbərələr, qalalar və qədim şəhərlər bu vandalizm aktlarından zərər çəkib. Beynəlxalq ictimaiyyət və mədəni irsin qorunması ilə məşğul olan təşkilatlar bu məsələyə diqqət yetirməlidir.
Filmin çəkilişlərinə tanınmış tarixçi və araşdırmaçı alimlər cəlb olunub.
Film nümayiş etdirildikdən sonra Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti nümayəndələri elektron baza və film haqqında fikirlərini bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see198

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see193

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see157

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see149

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see124

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri