Icma.az
close
up
RU
Qərbin istədiyi radikal müxalifət hakimiyyətdə olarsa, Gürcüstan müharibə meydanına çevrilə bilər

Qərbin istədiyi radikal müxalifət hakimiyyətdə olarsa, Gürcüstan müharibə meydanına çevrilə bilər

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Cari ilin may ayında Gürcüstanda “Xarici agentlər haqqında” və eyni zamanda LGBT-nin təbliğatının dayandırılması ilə bağlı qanun qəbul edildi. Bundan sonra Avropa İttifaqı Gürcüstana təzyiqlər etməyə başladı. Elə o zaman bildirildi ki, Gürcüstana ayrılan yardımlar dayandırılacaq. Seçkilərdən öncə qeyd edilirdi ki, Avropa İttifaqı Gürcüstan müxalifətinə yardım edəcək. Mitinqlərdən öncə, Avropa İttifaqı açıq-aşkar bildirirdi ki, Gürcüstana ayırdığı 100 milyon Avronu müxalifətə göndərəcək”.

Bu barədə Bizimyol.info xəbər portalına gündəmi şərh edən Elşad Həsənov bildirib. Politoloq qeyd edib ki, bu gün Qərbin məqsədi odur ki, Gürcüstanda avrointeqrasiyaya tərəfdar olan siyasi qüvvələr hakimiyyətə gəlsin və onlar Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açsınlar.

Elşad Həsənov

“Neçə ildir ki, Ermənistanda bu siyasət aparılır və Ermənistan silahlandırılır. Ermənistanın Rusiya ilə sərhəddi olmadığına görə, Ermənistanı birbaşa Rusiyaya qarşı qaldıra bilmirlər. Bu səbəbdən də Qərb çalışır ki, Gürcüstanda radikal müxalifət hakimiyyətə gəlsin. Onlar da təbii ki, Qərbin diqtəsi ilə hərəkət edəcək. Bir müddət sonra isə Qərb Rusiyaya qarşı Gürcüstan üzərindən cəbhə aça biləcək. Ermənistanda yığdıqları silah-sursatlar, Gürcüstanda radikal müxalifət hakimiyyətdə olarsa, Gürcüstan müharibə meydanına çevrilə bilər”-deyə politoloq vurğulayıb.

Politoloq hesab edir ki, məhz bu səbəbdən də əhali “Gürcü Arzusu”na səs verdi: “Onlar müharibə istəmirlər, sülh istəyirlər. Amma “Gürcü Arzusu” öz siyasətini düzgün aparmadı. “Gürcü Arzusu” qeyd edirdi ki, seçkilərdən sonra müxalifət tarixin arxivinə gedəcək. Radikal çıxışlar xaricdəki və daxildəki müxalifət tərəfindən etirazla qarşılanır. Onlar da çalışır ki, hakimiyyəti devirsin, rəngli inqilab etsinlər. Amerika da Gürcüstanla strateji müttəfiqliyi dayandırdığını elan etdi. Eyni zamanda Avropa Parlamentinin deputatları Gürcüstana qarşı sanksiya tətbiq olunmasını, xüsusilə Bidzina İvanaşviliyə qarşı sanksiya tətbiq edilməsini tələb edirlər. Gürcüstanda vəziyyət gərginləşir və bunun da nəticəsində xalq əziyyət çəkir”.

Politoloq hesab edir ki, Gürcüstanda hakim partiya müxalifətlə danışıqlar aparmalı və bu vəziyyətdən çıxış yolu tapmalıdır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri