Icma.az
close
up
RU
Ukraynadan sonra Moldova və Gürcüstan Qərblə Rusiya arasında qarşıdurma meydanına çevrilə bilər

Ukraynadan sonra Moldova və Gürcüstan Qərblə Rusiya arasında qarşıdurma meydanına çevrilə bilər

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Volodimir Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib: “Biz artıq Gürcüstanı Avropada itirdik. Gürcüstan Rusiyadan asılı hala gəlib”. Zelenski qeyd edib ki, bununla belə, Moldova özünü Rusiyanın müdaxiləsindən qoruyur. İranın bir vaxtlar Livana etdiyini, Rusiya indi Moldovaya etmək istəyir. Proksi qüvvələr qurub, ölkəni qarışdırır: “Avropa Moldovanı da itirməyə göz yuma bilməz. Avropa İttifaqı Moldovaya maliyyə və enerji dəstəyi verməlidir".

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vladimir Zelenskinin BMT-nin Baş Assambleyasında Moldova və Rusiya haqqında dedikləri müəyyən qədər obyektivliyi özündə əks etdirir, çünki Rusiya çalışır ki, Moldovada hakimiyyət çevrilişinə cəhd etsin və öz adamlarını bura gətirsin, Rusiya həmişə burada prosesləri qarışdırır.

Məhəmməd Əsədullazadə

Məhəmməd Əsədullazadə qeyd edib ki, Gürcüstandakı Rusiyayönümlü qüvvələr nə qədər müstəqil siyasət apardıqlarını desələr də, qəbul etdiyi qərarlar və normativlər konkret olaraq Rusiyanın maraqlarına xidmət edir.

“Burada, təbii ki, Ukrayna prezidentinin dedikləri də həqiqəti əks etdirir. Avropa İttifaqının regional siyasətində Gürcüstan və Moldova da prioritet olmalıdır. Məhz, Ukraynanın prezidentinin də dediyi budur. Moldova və Gürcüstana iki barmaq arasından baxılmamalı, buradakı müxalifətə ciddi dəstək verməlidir və Rusiyanın burada fəaliyyəti neytrallaşdırmalıdır”-deyən politoloq bildirib ki,

Zelenski bu məsələni artıq beynəlxalq gündəliyə çıxarıb və Gürcüstandakı mövcud hökumət də Ukrayna prezidentinə çox sərt reaksiya verib.

Məhəmməd Əsədullazadəhesab edir ki, Moldova və Gürcüstan növbəti mərhələdə Qərblə Rusiya arasında əsas qarşıdurma meydanına çevrilə bilər: “Buna görə də Zelenski bəri başdan xəbərdarlıq edir ki, konkret olaraq burada Rusiyanın inkişafına və Rusiyanın QHT-lərə dəstəyinə imkan verilməməlidir. Avropa İttifaqı çox ciddi şəkildə bu ölkələrə və vətəndaş cəmiyyətinə dəstək verməlidir ki, burada Rusiyanın fəaliyyətinin qarşısı alınsın. Gürcüstan hökumətinin də fəaliyyəti Avropa İttifaqını qane etmir. Burada kifayət qədər həyata keçirilən siyasət həm regional, həm də Avropa İttifaqı baxımından Rusiyanın maraqlarına xidmət edir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Sentyabr 2025 06:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see307

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see136

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri