Icma.az
close
up
RU
Qərblə Şərq əks qütblər olmamalıdır Telman Orucov yazır

Qərblə Şərq əks qütblər olmamalıdır Telman Orucov yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Telman ORUCOV

(Əvvəli ötən cümə sayımızda)

Orta əsrlərin məşhur Şərq şairləri də təkcə yüksək səviyyəli poeziya nümunələri ilə deyil, fəlsəfi düşüncələri ifadə etməklə də fərqlənirdilər. XII əsrdə Fransada trubadurlar hissiyyat poeziyasını meydana gətirdiyi halda, erotika məsələlərinə heç də pis münasibət göstərməyən Şərq dahiləri, daha çox fəlsəfi baxışlara, həyatın mənasını izah etməyə çalışırdılar. Həmin əsrdə yaşayıb-yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvi bu sahədə əsl nümunə sayıla bilər.

Nizami Gəncə şəhərində doğulmuş, orada yaşamış və dünyasını dəyişmişdi. Bu şəhərdən kənara çıxmasa da, təhsili, marağı hesabına dünya hadisələrinə müraciət etməyi, onları araşdırıb, təhlil və izah etməyi bacarmışdı, əslində, əsərlərində geniş fəlsəfi baxışları da əks etdirmişdi. Nəinki uzaq, hətta ətraf dünya ilə də bilavasitə tanış olmayan bu adam öz təxəyyülündə müxtəlif ölkələrə səyahət etməyi, çox sayda xalqların malik olduqları xüsusiyyətləri məharətlə təsvir etməyi də bacarmışdır. Əslində, onun əsərlərində qədim və Orta Əsrlər dünyasının geniş panoraması öz əksini tapır və canlanır.

Azərbaycana məxsus olan Nizami Gəncəvi (1141-1209-cu illər) Orta Əsrlər Şərqinin ən böyük dühalarından biridir. Əsərlərindəki mövzu rəngarəngliyi, tarixi hadisələri araşdırması, romantikaya meyl etməsi, erotikanı vəsf  etməsi, onu özünün digər həmkarlarından kəskin surətdə fərqləndirir. O, insan fəaliyyətinin müxtəlif sahələrinə müraciət edir, öz dövrünün biliklərinə və heç vaxt görmədiyi ətraf dünyaya yaxşı bələd olduğunu göstərir. İslamı təbliğ etməsi ilə yanaşı, o, iudaizmdən də baş çıxarırdı. Təsadüfi deyildir ki, külliyyatını, yəhudi peyğəmbəri Moiseyin "Bibliya"dakı Tövratının- Beş Kitabınının adından götürərək "Xəmsə" adlandırmışdı. Xəmsə ərəb sözü olan "xəmisə"nin fars dilindəki tələffüzüdür və "beş" mənasını verir. Moiseyin iki kitabı İudeya çarlarına həsr olunduğu kimi, Nizami də poemalarında Sasani şahlarını təsvir etmişdir.

Vətəni Gəncədən uzaq olan, həm də o vaxtlar maraq doğuran ölkələrin və xalqların həyatı, qaydaları və etnoqrafik xüsusiyyətləri barədə şair geniş biliyə malik olduğunu göstərir. "Yeddi gözəl" poemasında, bu qızları həyata gətirmiş Hindistan, Çin, Bizans, Xarəzm kimi ölkələr və slavyan, Məqrib xalqları, iranlılar haqqında maraqlı fikirlər irəli sürür. Onun başqa xalqlara marağı təsadüfi deyildi, çünki anası kürd qızı olmuşdu, özü də ilk dəfə Xəzərin şərq tərəfində yaşayan xalqın nümayəndəsi olan, qıpçak qızı Afaqa evlənmişdi. 

Nizami tarixə çox müraciət edir, ona görə də bəzən dəqiqliyi də nəzərdən qaçırmalı olur. Axı şair heç də tarix dərsliyi deyil, bədii əsər yazır, ona görə də bunu ona qəbahət saymaq olmaz. O, İsgəndəri (Aleksandrı) yəhudi peyğəmbəri İbrahimin (Abrahamın) nəvəsi adlandırır. İudaizm isə əvvəllərdə yarandığı diyardan, Fələstindən kənara çıxmamış, Avropaya ayaq basmamışdı, Aleksandr isə monoteist deyil, digər həmvətənləri və yunanlar kimi, çox allahlı, politeist idi. Yaxud Aleksandrı və onun düşməni, Persiya çarı III Daranı yaxın qohum, əmioğlu hesab edir. Makedoniya sərkərdəsinin ilk baktrialı arvadı Roksananı, Şərq dillərinə uyğun qaydada "Rövşənə" adlandırır. "Sirlər xəzinəsi" poemasında Ənuşiravanı zülmkar, ölkəsini viran qoyan şah kimi təsvir edir, tarixi həqiqətdə isə, VI əsrdə yaşamış bu şah ölkəsini yaxşı idarə edən və nisbətən ədalətli bir hökmdar hesab olunur. Buna görədir ki, bir sıra fars ziyalıları bu adı indi də fəxrlə daşıyırlar, axı tiranların adı, lənət nümunəsi kimi, şərəf sahiblərindən fərqli olaraq, sonrakı nəsillərə keçmir.

Nizaminin işlətdiyi "İsgəndərin buynuzu var, buynuzu" kəlməsi də yalnız Amon məbədində Aleksandra bağışlanan dəbilqənin şiş uclarına görə, nə qədər şübhəli olsa da, bir qədər öz təsdiqini tapır. Tarixdə isə Böyük Aleksandr barədə belə fikir mövcud deyildi, min il əvvəl yazıb-yaratmış məşhur tarixçilər olan Arrianın "Aleksandrın anabasisi" əsərində, Plutarxın tarixə qimətli baxışını təsvir edən kitablarında Aleksandın xarakterinin və davranışının qüsurları çılpaq şəkildə göstərilsə də, onun başının formasında hansısa eybəcərliyin olması barədə xırda bir işarə də yoxdur. Axı onun başı istedadına görə başqalarından fərqlənsə də, quruluşuna görə hamınınkına bənzəyirdi.

Tarixdə yalnız Frigiya çarı Midas haqqında belə şayiə geniş yayılmışdı. Çarın başı olduqca uzun olduğundan həmişə yuxarısı hündür olan papaq geyinirdi. Rusiyada Vətəndaş müharibəsi vaxtı S.M.Budyonnının süvariləri bu formada olan uzun hərbi papaq geyinirdilər. Midasın başının sirrini yalnız onun şəxsi dəlləyi bilirdi, bu sirri kiməsə açsa, onu ləngiməyəcək ölüm gözləyirdi. Lakin sirri daşımağa da iradəsi çatmadığından, onu qamış talasına söyləmişdi. Külək əsən vaxt qamışlar yellənəndə, "Midasın buynuzu var" deyə oxumağa başladılar və çarın başının eybəcərliyi barədə sirr təsadüfən açılmaqla, yoxa çıxdı. Midas haqqında başqa rəvayətlər də mövcud idi. O, varlanmaq üçün allahlardan xahiş etmişdi ki, əlini nəyə toxundursa, həmin əşya qızıla çevrilsin. Allahlar bu xahişə əməl etdilər, çar yeməyə, suya da toxunduqda onlar qızıla çevrilirdi və Midas ac qlmaq hesabına tezliklə öldü. Qızıl hərisliyi onun vaxtından əvvəl həyatı tərk etməsinə səbəb oldu.

Şairin İsgəndəri (Böyük Aleksandrı) qəhrəman kimi seçməsi də sual doğura bilər, axı Gəncə hara, öz məşhur obrazının vətəni Makedoniya hara? Paradoks ondadır ki, Aleksanrdın şöhrətini yaymaqda, Qərbdən fərqli olaraq Şərq daha çox fəallıq, daha doğrusu, canfəşanlıq göstərmişdir, böyük sərkərdə haqqında həqiqi hadisələri iftixarla qeyd etməklə yanaşı, onu şərəfləndirən rəvayətlər də uydurulmuşdu. Şərq xalqları uzun əsrlər boyu, onların torpaqlarını işğal etmiş bu adamı ilahi bir haləyə bürüyərək, onu görünməz edən qalın nüfuz buludu altında yaşamasına üstünlük vermişdilər. Min il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, Nizami də bu təsir altında yaşamışdır. Dahi sərkərdə haqqında yazılan uğurlu kitab, onun müəllifini də lazımınca şöhrətləndirə bilərdi. Həm də Firdovsinin "Şahnamə"si kimi yaxşı bir nümunə də var idi və Nizami də bu ənənəni layiqincə davam etdirmək iqtidarında idi.

Nizami mistikaya da meyl edirdi, metaforadan, alleqoriyadan geniş istifadə edirdi. Bu, onun o dövrün biliklərini yaxşı mənimsədiyini sübut edir. O, qəhrəmanlarını ən çətin sayılan döyüşdə, məğlubedilməz sevgi macəralarında da təsvir edir. İstər Xosrov, istərsə də Bəhrami Gur bu ali ehtiras çarpışmasında özlərini əsl cəngavər kimi göstərirlər, Məcnun isə, daha əvvəl mövcud olan əfsanənin hesabına məhəbbət alovunda yanan canlı bir simvola çevrilmişdi.

Nizami özünə məxsus peyğəmbərliyi ilə gələcəyi də görməyi bacarırdı. O, Ənuşiravan obrazında səkkiz əsr sonra dünyanı xaraba qoymağa çalışan Hitleri və öz xalqının genosidinə çalışan Pol Potu görmüşdü. İnsanlığa qarşı cinayətlərinə, ölçüyə gəlməyən vəhşiliyinə görə Hitler həmin bədii obrazı da çox geridə qoymuşdu, axı ötən dövr ərzində kütləvi qırğın və dağıntı vasitələri də dəyişmiş, xeyli təkmilləşmişdi. Şah Bəhrami Gur öz ləqəbini ovçuluq məharətinə görə qazanmışdı, onun çox ovladığı çöl heyvanı onaqrın fars dilindəki adından götürülmüşdü. Böyük fransız yazıçısı Onore de Balzak həmin heyvanın soyulmuş dərisinin, saxlanan vaxt qısaldığını əsas götürərək, "şaqren dərisi" ifadəsini ilk dəfə işlədərək, bu kəlməni çox işlənən müqayisə vasitəsinə çevirmişdi. Bəhram şah həm də dövlətçiliyə xəyanətə qarşı olduqca sərt davranırdı, Şərə qulluq edən öz nazirini edam etməsini, ədalətin labüd zəfəri kimi qələmə almaqla, Nizami elə bil ki, xəbərdarlıq qaydasında, XXI əsrin başlanğıcının Azərbaycanında eyni təbiətli insanların dövlət çevrilişi etmək cəhdlərinin və onu hazırlayanların ifşa edilməsi zərurətininin baş verəcəyini də yada salmışdı.  Əsrlərin zülmət qaranlığı  arxasından həm də dövlətçiliyə qəsd etməyə çalışanları, özünün təsvir etdiyi nümunə əsasında, uzaqgörənliklə müşahidə etməyi və lənətləməyi bacarmışdı.

Şərq çox sayda böyük dühalar yetişdirmişdir, hətta Göy qübbəsinin həmin ulduzları arasında da Nizami daha parlaq görünür. Onun ziyalarından ilham alan bir neçə Şərq şairi - Xosrov Dəhləvi və Əlişir Nəvai təqlid qaydasında, öz ana dillərində "Xəmsə"lərini yaratmış, dünya ədəbiyyatını, dahi müəllimlərinin əsərləri kimi zənginləşdirmək işinə şəxsi töhfələrini vermişdilər.

Özünü qədim xalq kimi təqdim edənlər, görən, Nizamiyə bərabər bir şəxsiyyətlərini misal göstərə bilərlərmi? Nizami təkcə Azərbaycanda deyil, Şərq ədəbiyyatında parlayan elə bir Günəşdir ki, onun şüaları yüz illər, min illər keçsə də, şüurları, qəlbləri isindirəcəkdir.

Bu misallar əyani şəkildə göstərir ki, İslam dünyası ən azı altı əsr ərzində Qərb üçün elmin mayakı rolunu oynamışdır. Sonralar bu liderlik Qərbə keçmiş, təbiət elmlərində və texnologiyada Qərb xeyli irəli getmiş və dünyada elmi-texniki inkişafın lokomotivinə çevrilmişdir. Şərqlilər buna qısqanclıqla yanaşmışdılar. Onların kəşfləri də bütün dünyaya xidmət etdiyinə görə, bu proqresə yalnız sevinmək lazım idi. Necə ki, Orta Əsrlər Avropası Şərqdən öyrənməyi özünə qəbahət hesab etməmişdi.

Şərq uzun müddət ərzində həm də Qərb üçün elm və mədəniyyət ixracçısı rolunu oynamışdır. Aleksandrın böyüklüyü onda idi ki, o, Şərq dəyərlərinin malik olduğu həqiqi qiyməti anlayırdı. Ona görə də onun Qərblə Şərqi birləşdirmək ideyasına yalnız hörmətlə yanaşmaq lazımdır. İdeya həyata keçməsə də, öz nəcibliyinə görə əhəmiyyətini heç də itirmir.

Avropalılar Osmanlı imperiyasının işğalı hesabına ədviyyat ticarətində yaranan böyük çətinliyi aradan qaldırmaq üçün Hindistana alternativ dəniz yolları axtarmağa başladı. Bu məqsədi güdən Xristofor Kolumb Amerikaları kəşf etdi. Altı il sonra, 1498-ci ildə portuqaliyalı Vasko da Qama Atlantik okeanını Afrikanın cənubunda dolanıb keçərək, Hind okeanına girdi və üzüb Hindistanın Kalikut şəhərinə gəlib çıxdı. Beləliklə, avropalılar ədviyyat ticarətində ağalıq hüququna malik oldular. Onlar burada həm də qızıl və digər sərvətlər axtarırdılar. Şərqin zənginliyi barədəki rəvayətlər onları macəralara qapılmağa sövq etmişdi. Lakin Şərqdə böyük müstəmləkə sistemi yaratmaqla, avropalılar bu dəfə daha böyük maddi sərvətə sahib oldular.

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Mart 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri