Icma.az
close
up
RU
Qərəzli hücumlarda sinxronluq təsadüfi olmur

Qərəzli hücumlarda sinxronluq təsadüfi olmur

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər sosial şəbəkələrdə olduqca həssas mövzu ətrafında qızğın müzakirələr gedir, əksər hallarda hüquqdan və məntiqdən uzaq olan ziddiyyətli fikirlər səsləndirilir. Müzakirələrin qüsurlu tərəfi ondadır ki, dünyəvi dəyərlərlə dini dəyərlərimiz məqsədli şəkildə qarşı-qarşıya qoyulur, həqiqət təhrif edilir.

Dünyəviliyin məram və məqsədi qəsdən unudularaq guya ölkəmizdə İslam dəyərlərinin sıxışdırıldığı görüntüsü yaradılır. Halbuki dünyəvi dövlət modelinin üstünlüyü elə ondadır ki, vətəndaşın digər hüquqları ilə yanaşı, vicdan və dini etiqad azadlığına da təminat verir. Dini dəyərlərə dövlətimizin, rəsmi məqamların nə qədər həssas yanaşdığını görə bilmək üçün Qarabağda aparılan bərpa-quruculuq işlərinə diqqət yetirmək kifayətdir. İşğaldan azad olunmuş torpaqlarımızda ilk görülən işlərdən biri məscidlərin bərpası və yenilərinin inşası ilə bağlı oldu, 30 ildən sonra Qarabağda və Şərqi Zəngəzurda yenidən azan sədası ucaldı.

Bəziləri ədalət hissini unudaraq bu gerçəkliyi görməzdən gəlir, İslamı siyasi mübarizə ideologiyasına çevirməyə çalışırlar. Vətəndaşın nədənsə haqlı və ya haqsız narazılığı, şikayəti ola bilər. Lakin onların həlli məktəb binasını, avtomobilləri yandırmaqdan, yaxud hansısa həmvətənini daş-qalaq etməkdən yox, müvafiq dövlət orqanlarına sivil qaydada müraciətdən keçir. Sosial şəbəkələrdə, xüsusilə xaricdən idarə olunan internet resurslarında Azərbaycan əleyhinə məqsədyönlü informasiya təxribatının, çirkin qarayaxma kampaniyasının aparıldığını görməmək mümkün deyil.

Tarixi Zəfərimizdən ötən müddət ərzində dəfələrlə şahidi olduğumuz rəzil və rüsvayçı səhnəni yenidən müşahidə edirik: hədəfdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan iqtidarıdır. Diqqətdən o da yayınmamalıdır ki, bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmağa çalışan dairələrin sosial media resurslarında fəallaşması və Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi 8 oktyabr tarixli növbəti qərəzli qətnaməsi ilə eyni vaxta təsadüf edir. Bu cür çirkin hücumlarda sinxronluq heç vaxt təsadüfi olmur.

Sosial şəbəkələrdə və digər internet resurslarında ictimai rəyə sırımağa çalışırlar ki, guya Prezident İlham Əliyev və onun komandası “İslamın düşmənləridir”. Siyasi dələduzluqlarını inanclı insanların həssas hissləri arxasında gizlətməyə çalışanlara və onları idarə edənlərə Azərbaycan Prezidentinin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzv və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi bu açıqlamanı bir daha xatırlatmağı zəruri hesab edirəm: “Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi!”

Müsəlman ölkələrinin dövlət başçıları arasında “İslam terrorizmi” damğasına  itimai şəkildə etiraz səsini ucaldan və dini dəyərlərimizi cəsarətlə müdafiə edən Lider nümunəsi, təəssüf ki, elə də çox deyil. Bu böyük həqiqəti görməmək üçün ya gərək allahsız olasan, ya da ədalət hissini unudub kimlərinsə siyasi avantürasına qoşulasan. Ona görə nə belələri, nə də onlardan müvəqqəti alət kimi istifadə edən dairələr özlərini əbəs yerə yormasınlar. İslamı məqsədli şəkildə siyasi mübarizənin ideoloji platformasına  çevirməyə və müstəqil Azərbaycanın dünyəvi dövlət əsaslarını dəyişməyə cəhd göstərənlər birdəfəlik bilməlidirlər ki, ölkəmizdə daxili sabitliyi təhdid edə və ictimai konsensusu poza bilməyəcəklər! Buna çalışanlar, ilk növbədə qanun, vicdanını itirməyənlər isə həm də öz vicdanları qarşısında cavab verməli olacaq!

Ülvi Quliyev, 

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Oktyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri