Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Qərəzli nəvə Primakovun Rus evi açıqlaması, hədəsi və aldığı cavab...

Qərəzli nəvə Primakovun Rus evi açıqlaması, hədəsi və aldığı cavab...

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Bəlkə də xatırlayanlar oldu: 2019-cu ilin oktyabr ayı idi.
Dəqiq oktyabrın 29-da Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Yevgeni Primakova həsr olunmuş “Yevgeni Primakov: İnsan və siyasətçi” adlı sərgi açıldı. Həmin sərgi də indi adını “rus evi” deyilən
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində açıldı. Təntənəli tədbir, göstərişli sərgi idi. Deməli, Yevgeni Maksimoviç Primakov sovet və Rusiya siyasətinə mühüm töhfələr verən tanınmış siyasətçi kimi xarakterizə olunur.
Xalq olaraq bu xəbərə mənfi münasibət bildirdik.2 gün sonra isə Bakı Slavyan Universiteti (BSU) sözügedən tədris ocağında bir qrup tələbənin Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı esse müsabiqəsinin keçirilməsi xəbərinə də eyni reaksiyanı verdik. Səfir Mixail Boçarnikov tələbə-gənclərə diplomları təqdim etməsi ictimaiyyətdə gərginliyə səbəb oldu.

Axı hamımız bilirdik ki, Yevgeni Primakov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində keçmiş Sovet İttifaqı hərbiçiləri tərəfindən dinc əhaliyə qarşı törədilmiş Qanlı Yanvar faciəsinin hazırlığında yaxından iştirak edib və onu planlaşdıran əsas adamlardan biri olub. “KQB” sistemlərinin yetişdirmiş olduğu siyasətçi Qarabağın işğal olunmasında ermənipərəst fəaliyyəti ilə tanınır.

Xatırlayıram ki, o vaxt deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Tahir Kərimli və Aqil Abbas “Primakov müsabiqəsi”nə etiraz etdilər və təşkilatçıların üzr istəməsini tələb etdilər. Həmin vaxt üzr istəməli şəxs isə Bakı Slavyan Universitetinin sabiq rektoru (2016–2021), Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri , Filologiya elmləri doktoru, professor Nurlana Əliyeva idi
Bu günlərdə Baku TV-nin "Rus mədəniyyətinin və ədəbiyyatının yaşadılıb, təbliğ edilməsi üçün nəzərdə tutulan Rus Evi Bakının mərkəzində başqa məqsədlər üçün fəaliyyət göstərir" başlıqlı süjeti çoxumuzun ürəyindən xəbər verdi. Media orqanı haqlı olaraq bildirir ki, mədəniyyət, ədəbiyyat və digər humanitar fəaliyyət istiqaməti ilə məşğul olmaq əvəzinə, bu məkan ölkəmizdə milli və dini zəmində nifaq salmağa, separatçılıq toxumları səpməyə çalışan şəxslərin-agentlərin yuvasına çevrilib:” Bakının mərkəzində yerləşən Rus Evi "rus kəşfiyyat evi" kimi fəaliyyət göstərir”.

“Rossotrudniçestva”nın (Rusiya Federasiyasının humanitar əlaqələr üzrə dövlət agentliyi) rəhbəri Yevgeni Primakov ( faciələrimizin müəlliflərindən biri olan Yevgeni Primakovun nəvəsi) Azərbaycanın “Baku TV” internet telekanalını məhkəmə ilə hədələyib. “Mən bir alçaq müxbirlə tanış oldum - Azərbaycan Baku.tv etiketli hansısa qızın stendi Azərbaycandakı mədəniyyət mərkəzimizin düz girişində, Bakıda, Rus Evinin lövhəsinin qarşısında lentə alınıb. Xəbərdə qız amansızcasına yalan danışır ki, orada casus yuvası və separatçılar yuvası var. Bildiyimə görə, Baku.tv Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir.

Bazar ertəsi biz işgüzar nüfuzu qorumaq üçün məhkəmədə iddia hazırlayırıq. Mən Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən kütləvi informasiya vasitələrindən bu böhtan və yalanın təkzibolunmaz sübutlarını eşitmək istərdim. Ya təkzib və üzrxahlıq"”, – deyə Primakov özünün Telegram kanalında yazdı.
Bakıdan belə cavab verdilər: “Rossotrudniçestva”nın rəhbəri Primakov Bakıda “Rus evi” ilə bağlı xəbərə görə Azərbaycandakı özəl telekanalı məhkəməyə verməklə hədələyir. Eyni zamanda, Almaniyanı misal gətirir, burada öz dediyi kimi, davanı uddular. Deməli, Azərbaycan Almaniya deyil... Primakov açıq-saçıq ritorika əvəzinə, Azərbaycan vətəndaşlarının həlak olduğu Rusiyanın AZAL-a məxsus hava hücumundan müdafiə təyyarəsinə yas vaxtı Bakıda “Rus evi”nin nə etdiyini deməliydi?! Və deyəcək heç nə yoxdur! Ümumi nitqlər əvəzinə, Rusiyada mülki təyyarəyə qarşı zenit müdafiəsindən istifadənin, uçuşun idarə edilməsinin “korlanmasının” günahını hansı strukturun üzərinə götürməsi üzərində işləmək daha yaxşıdır. Aralarında Rusiya vətəndaşlarının da olduğu təyyarəyə, ölənlərə və yaralananlara görə kompensasiyanı hansı struktur ödəyəcək”.
Bəli, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin struktur bölməsi olan “Rossotrudniçestva”nın antiazərbaycan fəaliyyətinin təkcə Moskvanın deyil, həm də Rusiya siyasətinə əsaslandığını desək, çətin ki, səhv edək.
Baxın, Primakovun bu çıxışından sonra nə baş verir? Moskva administrasiyası, Moskva şəhərinin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr İdarəsi və Moskva Həmvətənlər Evi Rusiya Müdafiə Nazirliyinin İrəvandakı 21 saylı məktəbinə biologiya dərsləri üçün bahalı avadanlıqlar bağışlayıblar. Həmin o, 21 saylı orta məktəb 1994-cü ildə Rusiya Müdafiə nazirinin əmri ilə açılıb. Bu gün orada 620 tələbə təhsil alır.
Rusiyanın verdiyi hədiyyələrdən danışan məktəbin direktoru Svetlana Xaçatryan qeyd edib ki, təhsil müəssisəsi açılandan bəri Moskva təhsil müəssisəsinə dəfələrlə dəstək verib.
Görəsən baba Primakovun sərgisi keçirilən, müsabiqəsi keçirilən Slavyan Universitetinə bir dəfə həmin dairələrdən dəstək, yardım gəlməyib?

Bundan başqa...

 

2021-ci ilin noyabrın 11-də Moskva şəhərində - “Rossotrudniçestva” təşkilatının nümayəndəliyində  uşaqlarla bağlı yeni bir layihə həyata keçirildi. Təşkilat “Donbas uşaqları – Qarabağ uşaqları” sərgisini açdı, burada döyüş əməliyyatları zamanı həlak olan uşaqları yad edildi və müharibələrin sağ qalan qurbanlarına necə kömək etmək barədə danışıldı.
“Rossotrudniçestva” açıqladı ki, açılan “Uşaqlar dünyanı çəkir” sərgisi Donbass və Dağlıq Qarabağ uşaqlarına dəstək məqsədi daşıyırdı. Onun məqsədi dünya ictimaiyyətinin diqqətini müharibə zonalarında uşaqların təhlükəsizliyinin təmin edilməsi probleminə cəlb etməkdir. 
Uşaq rəsmləri ilə ilk olaraq “Rossotrudniçestva”nın rəhbəri Yevgeni Primakov və Dövlət Dumasının sədr müavini Anna Kuznetsova tanış oldular. Sərgi konfrans zalına giriş foyesinin bütün divarlarını bəzədi.

Rusiyanın hər addımda bizə qarşı qərəzli siyasət apardığı göz önündədir. 1988-ci ci ildən həm Ermənistandan deportasiya  edilən, həm Qarabağda soyqırıma məruz qalan, həm də sonuncu Qarabağ müharibəsində ermənilərin atdığı mərmilərdən həlak olan uşaqlar uşaq deyilmi? 1988-ci il dekabrın 5-də Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etdilər.Borunu hündür uçurumdan tullayaraq fidanları qətlə yetirdilər.

.

Elə həmin ilin noyabrında Quqarkda da bu cür hadisə həyata keçirilmişdi. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəlmişdilər.

Hətta bizə açıq getsin deyə, Rusiya Beynəlxalq Humanitar Əməkdaşlıq Mərkəzi 2026-cı ilə qədər İranda “Rus Evi” açacağını açıqlayıb.

 P.S. Hazırda dekabr ayında Rusiya Silahlı Qüvvələri tərəfindən vurulmuş Azərbaycana məxsus mülki təyyarənin partlamasından sonra iki tərəfdaş ölkənin arasındakı gərginliyə ən çox ermənilər sevinir. 

Əntiqə Rəşid 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:353
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Yanvar 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri