Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Qərəzli qətnamələrin kölgəsində xumarlanan Avropa Olimpi

Qərəzli qətnamələrin kölgəsində xumarlanan Avropa Olimpi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bakının yaratdığı yeni düzən Strasburqun köhnə düşüncəsinə sığmır

Prezident İlham Əliyev Avropa Parlamentində baş verən korrupsiya qalmaqallarını və bununla bağlı məlum faktları yenidən gündəmə gətirməklə Avropanın bu ali qanunverici təsisatının fəaliyyətinə dair ciddi sualları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Dövlət başçısı məsələ ilə bağlı mövqeyini qəti şəkildə ifadə edərək, Avropa Parlamentini “rüşvətxorlar yuvası” adlandırıb və bu fikrini konkret faktlarla əsaslandırıb.

Korrupsiya qalmaqalı Avropa Parlamentinin daxilində ciddi məsuliyyət və institusional nəticələrlə müşayiət olunmayıb. Hadisənin mərkəzində dayanan siyasətçinin sonrakı taleyi də Avropa institutlarında məsuliyyət və şəffaflıq məsələlərini yenidən gündəmə gətirib. Məhz bu faktlar fonunda Avropa Parlamentinin başqa dövlətlərə demokratiya, hüquq və şəffaflıq dərsi keçməsi ciddi suallar doğurur. Bir tərəfdən digər ölkələrə qarşı sərt ittihamlar səsləndirilir, digər tərəfdən isə Avropanın öz siyasi institutlarında baş verən qalmaqallar eyni prinsipiallıqla qiymətləndirilmir. Strasburqda qəbul edilən bəzi sənədlərin arxasında hansı siyasi və lobbi maraqlarının dayandığı ilə bağlı müzakirələrin genişlənməsi də təsadüfi deyil. Beləliklə, korrupsiya qalmaqalları, lobbiçilik və siyasi maraqların təsiri Avropa Parlamentinin obyektivliyi və qərəzsizliyi ilə bağlı sualları aktuallaşdırır. Azərbaycan Prezidentinin ortaya qoyduğu mövqe məhz bu ziddiyyətlərin beynəlxalq ictimaiyyət qarşısında açıq şəkildə müzakirəyə çıxarılmasına yönəlib.

Qeyd edilən beynəlxalq biabırçılıq Qərb mediasının informasiya məkanında “Qatargeyt” adı altında xatırlanan kütləvi siyasi alver şəbəkəsidir. Belçika polisinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili həbs olundu. İstintaq materialları sübut etdi ki, təşkilatın daxilində fəaliyyət göstərən mütəşəkkil dəstə xarici dairələrdən külli miqdarda nağd vəsait alaraq səsvermə proseslərini manipulyasiya edirdi. Hüquq-mühafizə orqanları Eva Kailinin mənzilində, habelə ailə üzvlərinin daşıdığı çantalarda milyon yarım avrodan çox qeyri-qanuni pul tapdı. Cinayətkar qruplaşmaya sabiq deputat Pier Antonio Panzeri, köməkçilər, qondarma insan hüquqları təşkilatlarının nümayəndələri daxil idi. Pullu sifarişlər vasitəsilə Strasburqda istənilən məzmunda qətnamə qəbul etdirmək, siyasi rəqibləri hədəfə almaq reallığa çevrilmişdi. Lakin aradan müəyyən zaman keçəndən sonra Avropa Parlamenti həmin şəbəkənin fəaliyyətini tam ifşa etməkdən, təmizlənmə prosesinə başlamaqdan imtina etdi. Ədalət mühakiməsi donduruldu, məhkəmə işi süni şəkildə yubadıldı. Həbs edilən siyasətçilər ev dustaqlığına köçürüldü, daha sonra isə məhdudiyyətlər tamamilə ləğv edildi. Hətta korrupsiya ittihamı ilə həbsdə yatan şəxsə yenidən siyasi mühitə qayıtmaq şansı yaradıldı. Sıralanan qanunsuzluq fonunda qitə təsisatlarının qanunun aliliyi barədə bəyanatları tamamilə əsassız, saxta xarakter daşıyır.

Yunanıstanlı deputatın ətrafında baş verən qalmaqalın sürətlə unudulması cəhdləri göstərir ki, rüşvətxorluq qitə parlamentində sadəcə fərdi hal sayılmır. Rüşvətxorluq bütöv sistemin sütununu təşkil edir. Əgər şəffaf, hərtərəfli araşdırma aparılsaydı, şübhəsiz ki, cinayət şəbəkəsinin rəhbərliyə, əsas siyasi fraksiyaların liderlərinə qədər uzandığı aşkarlanacaqdı. Məhz həmin təhlükə səbəbindən Strasburq kuluarları diqqəti başqa səmtə yönəltmək, cinayəti ört-basdır etmək yolunu seçdi. Nağd pullar qarşılığında mətnlər hazırlayan, kənar qüvvələrin maraqlarını səsverməyə çıxaran parlamentarilər hazırda bəşəriyyətə mənəviyyat mühazirəsi oxumağa can atırlar. Prezident İlham Əliyev yaranmış mənzərənin acınacaqlı vəziyyətini faktlarla sübut edərək təsisatın legitimliyinin qalmadığını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı.

* * *

Dövlət başçısının toxunduğu digər vacib detal Avropa Parlamentinin daxilində tüğyan edən dərin islamofobiyadır. Siyasi platformada çoxluq təşkil edən ifrat sağçı, neomüstəmləkəçi qüvvələr müsəlman xalqlarına qarşı nifrət ritorikasını açıq strateji xəttə çeviriblər. Təşkilatın qəbul etdiyi sənədlərdə İslam dövlətlərinə münasibətdə sərgilənən aqressiv, qərəzli ritorika Qərbdə dini dözümsüzlüyün pik həddə çatdığını təsdiqləyir. Azərbaycan liderinin xüsusi olaraq qeyd etdiyi kimi, qurum sırf islamofoblardan ibarətdir və sadalanan təhlükə daim diqqət mərkəzində saxlanılmalıdır. Qərb paytaxtlarında məscidlərin kütləvi şəkildə bağlanması, müqəddəs Qurani-Kərimin yandırılması aksiyalarına qanuni bəraət qazandırılması, müsəlman icmalarının sıxışdırılması artıq rəsmi siyasətin tərkib hissəsinə dönüb. Fransa başda olmaqla, çoxsaylı Avropa ölkələrində baş alıb gedən irqçilik təzahürlərinə, dəhşətli polis zorakılığına, etnik azlıqların fundamental hüquqlarının pozulmasına Avropa Parlamenti qəsdən sükutla yanaşır. Sistemli islamofobiya beynəlxalq təhlükəsizlik memarlığına ən böyük təhdiddir.

Azərbaycan Respublikasına qarşı yönəlmiş əsassız ittihamlar, qəsdən yayılan dezinformasiya xarakterli fikirlər səsləndirməkdənsə, Avropa Parlamentində təmsil olunan mənfi dairələr ilk növbədə fəaliyyət göstərdikləri coğrafiyanın daxilindəki böyük problemlərə diqqət yetirməlidirlər. Qitənin sosial-iqtisadi təməlləri sarsılır, enerji qıtlığı, kəskin inflyasiya, kütləvi miqrasiya böhranı, fermerlərin tətilləri hökumətləri çıxılmaz vəziyyətə salır. Sadalanan real problemlərin həlli yollarını axtarmaq əvəzinə, deputatlar tamamilə əlaqəsiz regionların daxili işlərinə qarışaraq yalançı hesabatlar uydurmaqla məşğuldurlar.

Azərbaycanla bağlı reallığı qəsdən təhrif edən, saxta narrativlər formalaşdıran yanaşmalar ölkəmizin mövqeyini qətiyyən zəiflətmir. Eyni zamanda, beynəlxalq ictimaiyyətin nəzərində faktiki gerçəklikləri heç vaxt dəyişdirmir. Rəsmi Bakı regional təhlükəsizliyin qarantı qismində çıxış edir, müstəqil xarici siyasət kursunu inamla davam etdirir. Qəbul edilən kağız parçalarının hüquqi çəkisi yoxdur. Ermənipərəst qüvvələrin illərdir apardıqları sistemli qarayaxma kampaniyaları Azərbaycanın inkişaf dinamikasının qarşısında aciz qalıb. Əksinə, son dövrdə respublikamızın geostrateji mövqeyini dərindən anlayan, qlobal əhəmiyyətini obyektiv nəzərə alan Avropa ölkələrinin sayının sürətlə artması Azərbaycanın beynəlxalq müstəvidə getdikcə daha fəal dövlətə çevrildiyini qəti şəkildə təsdiqləyir. İtaliya, Macarıstan, Serbiya, Bolqarıstan, Rumıniya, Slovakiya kimi nüfuzlu dövlətlər Azərbaycanla strateji tərəfdaşlıq sazişləri imzalayır, iqtisadi əməkdaşlığı dərinləşdirirlər. Sadalanan reallıq Avropa Parlamentinin qətnamələrinin həmin dövlətlərin xarici siyasətində zərrə qədər təsir gücünə malik olmadığını göstərir.

Azərbaycan Prezidentinin yüksək tribunalardan səsləndirdiyi bəyanatlar saxta dəyərlər ixrac edən dairələrin əsl mahiyyətini üzə çıxarır. Regionumuzun aparıcı qüvvəsi statusunu daşıyan rəsmi Bakı qlobal məkanda nüfuzunu artırır, qitənin enerji və təhlükəsizlik sahələrindəki kəsirini aradan qaldırır. Tarixi təcrübə təsdiqləyir ki, böhtan kampaniyaları yoxa çıxır, rüşvət mexanizmləri ifşa olunur, reallıqdan uzaq qətnamələr arxivlərə atılır. Ancaq milli iradəyə, güclü dövlətçiliyə, düşünülmüş strategiyaya söykənən ölkələr tarix səhnəsində mütləq zəfər qazanırlar. Azərbaycan beynəlxalq münasibətlər sistemində hüququn əsl müdafiəçisi, ədalətin tərəfdarı, regional inkişafın təminatçısı mövqeyini əbədi qoruyacaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see567

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see416

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see388

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see321

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see307

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see283

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see259

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see258

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see253

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see237

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see237

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see232

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see231

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see225

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see204

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see204

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see193

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see191

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see189

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri