Icma.az
close
up
RU
Qəşəm Nəcəfzadə: Ayı həmin ayı, tülkü həmin tülkü olsa da, uşaq əvvəlki uşaq deyil

Qəşəm Nəcəfzadə: Ayı həmin ayı, tülkü həmin tülkü olsa da, uşaq əvvəlki uşaq deyil

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uşaq ədəbiyyatında ictimai və sosial məzmun öz ərazisini genişləndirməlidir

Bakı, 17 dekabr, AZƏRTAC

Hər şey uşaqlıqdan başlayır. Gördüyü, eşitdiyi, öyrəndiyi hər şey uşağın yaddaşında qalır və bütün bunlar heç özü də hiss eləmədən onun qəlbinə hansısa qığılcımlar salır, toxumlar əkir. Zaman keçdikcə qığılcım şölələnir, toxum boy atır, yaxud əksinə, qığılcım da sönər, toxum da boy atmaz. Şübhəsiz ki, bu, ilk növbədə uşağın böyüdüyü mühitdən, onu əhatə edən ətraf aləmdən, şəraitdən asılıdır.

Bəs bu sahədə ədəbiyyatın missiyası nədir, uşağın dünyagörüşünün formalaşmasına və gələcək həyata hazırlığında onun rolu nədən ibarət olmalıdır? Konkret olaraq, uşaq ədəbiyyatının vəziyyəti, təbliği hansı səviyyədədir? AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Yazıçılar Birliyinin Uşaq Ədəbiyyatı şöbəsinin müdiri, Əməkdar Mədəniyyət işçisi Qəşəm Nəcəfzadə deyib:

-Bəzən uşaq ədəbiyyatımızda inkişafı görməyənlər və görə bilməyənlər, xüsusən bəzi media nümayəndələri həmişə mənə belə bir sual ünvanlayırlar: Niyə bizdə uşaq ədəbiyyatı yaranmır? Onların suallarının cavabı olaraq faktlar gətirir, misallar çəkir, nümunələr göstərirəm... Susub gedirlər. Təəssüflər olsun ki, ömründə bir dəfə əlinə kitab almayan, yaxud bir kitabı axıra qədər oxumayanlar diletantcasına belə suallar verir və hər şeyə qara yaxmağa, yaxşını da pis gözlə görməyə adət edənlər bu sualı təkrar-təkrar soruşmaqdan sanki həzz alırlar...

-Siz öz çıxışlarınızda çox sərt şəkildə dərsliklərə salınan uşaq ədəbiyyatı nümunələrini, onların məzmununu, dilini, aşıladığı keyfiyyətləri tənqid edirsiniz...

-Müstəqillik dövründə yaranan Azərbaycan uşaq ədəbiyyatının çox böyük tarixi ənənələri var və onlardan ən vacibi dil məsələsidir. Tarixən olduğu kimi, indi də uşaq şeirinə verilən tələblər dəyişməyib: onun dili yumşaq və həlim olmalıdır. Şeir uşağın dilinə yatımlı olmalı, tez və rahat qavranılmalı, asan da əzbərlənməlidir. Böyük Nizamidən üzü bəri bütün ədəbi məqamlarda fikir aydınlığına, sözün semantik mənasına, təfəkkür çevikliyinə, dilin daxilinə nüfuz etmək əsas məqsəd olub. Şair heç bir əsərini uşaqlar üçün yazmasa da, poeziyada elə gözəl nümunələr yaradıb ki, əlinə qələm götürən hər kəs sözlə necə işləmək, sözün sehrli gücündən necə yararlanmaq mənasında mütləq onu nəzərə almalıdır. Poeziyamızın klassiklərindən olan söz ustadının yazdıqları hər bir qələm sahibi üçün örnəkdir.

Bir neçə ilə əvvəl Nizami adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Uşaq ədəbiyyatı şöbəsi yaradılıb və həmin şöbəyə tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova rəhbərlik edir. Müsahibələrinin birində Elnarə xanım şöbənin hansı zərurətdən yarandığını açıqlayarkən institutun hər il keçirdiyi ilin ədəbi yekunlarında çox vacib sahə olan uşaq ədəbiyyatı haqqında məruzə salınmadğını söylədi. Uşaq ədəbiyyatının uğur və problemləri yalnız nəsr, poeziya və dramaturgiya ilə bağlı məruzələrin yekununda epizodik şəkildə qeyd olunurdu. İndi şöbənin yaranması imkan verir ki, uşaq ədəbiyyatına ayrıca bir məruzə salınsın və sahə üzrə mühüm tədbirlər həyata keçirilsin.

-Bir şair kimi necə düşünürsünüz, uşaqlar üçün yazılan şeirin dili necə olmalıdır?

-Təəssüf ki, bəzən uşaq şeirində balacaları böyük kimi danışdırmaq, böyüklərin fikirlərini uşaq dilinə pərçim eləmək kimi yanlış meyillər özünü göstərir. Bu, sovet dönəmindən qalan xoşagəlməz mirasdır. Uşaqların dünyagörüşünə, duyğu və düşüncələrini süniləşdirmək, onları daim odlu-alovlu, qalib kimi göstərmək özündən adam düzəltmək kimi şeylərdir. Bir-birinə bənzəyən şişirdilmiş uşaq obrazları ədəbiyyata heç nə vermir. Dərsindən “2” qiymət alan bir uşağın həyəcanı, qorxaqlığı, bəzən yalançılığı ən gözəl şeirə çevrilə bilər. Bizim uşaq obrazlarının hamısı müsbətdir, ucdantutma müsbət uşaq obrazları yaratmaq ədəbiyyatın xeyrinə deyil. Ən ciddi nöqsanlardan biri də uşaqlar haqqında şeirlə əsl uşaq şeirini qarışdırmaqdır. Bəzən müəlliflər uşaqlar haqqında şeirləri uşaq şeirləri kimi təqdim edirlər. Uşaqlar haqqında yazılan şeirlər əsasən böyüklər üçündür. Elə bilirlər dəvəyə, tülküyə, dovşana, qarışqaya şeir yazanda uşaq şeiri olur. Uşaq şeirində uşağın duyğu və düşüncələri olmalıdır.

-Qələm adamının təkcə yazdıqları deyil, onların həyatı da uşaqlar üçün bir örnək və nümunədir. Bu mənada yazıçılarla məktəblilərin görüşünü təşkil etmək faydalı olmazmı?

-Əlbəttə, yaxşı olardı. Həm də təkcə görüş keçirmək yox, uşaq yazıçılarının həftədə bir dəfə ibtidai siniflərdə dərs keçməsi özü də çox maraqlı və faydalı olardı. Deyək ki, Zahid Xəlil və ya Qəşəm İsabəyli öz şeirlərini uşaqlara özləri tədris etsinlər və yaxud Anar müəllim uşaqlara, balaca oxuculara öz həyatından danışsın. Anar, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Elçin Hüseynbəyli, İlqar Fəhmi, Rəşad Məcid və digər tanınmış yazıçıların Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ayda bir dəfə ədəbiyyat tədris etməsi ənənəsinin yaradılması da işin xeyrinə olardı. Məncə, bundan həm təhsil, həm də ədəbiyyat qazanardı.

-Qəşəm müəllim, sini intellekt dövründə yaşayırıq, təbii ki, uşaqlar üçün yazılan əsərlərin də mövzusu, dili dəyişilməlidir. Sizcə uşaqları kitaba bağlamaq, onları yenidən mütaliəyə həvəsləndimək üçün nələrə diqqət yönəltmək lazımdır?

-Yüz ildir ki, uşaq şeirlərimizdəki obrazlar dəyişməz olaraq qalır. Ayı həmin ayı, tülkü həmin tülkü olsa da, uşaq əvvəlki uşaq deyil. Düzdür, bioloji mənada ayı həmin ayı, tülkü həmin tülkü ola bilər, amma onların filologiyasının dəyişməsi təbiidir. Mən bu dəyişməni müasir uşaq ədəbiyyatı nümunələrində yetərincə görmürəm. Uşaq ədəbiyyatında ictimai və sosial məzmun öz ərazisini genişləndirməlidir. Bəlkə də qələmi ritmik sərbəst uşaq şeirlərinə çevirmək lazımdır.

Bir təklifim də var. Ötən əsrin 70-ci illərində kəndimizə “avtovaqon” və ya “avtodükan” dediyimiz maşınla gəlib kitab-dəftər, qələm, karandaş, pozan satardılar. Bu dükan bütün kitabxanalardan gözəl idi. Mən həmin avtodükandan yayılan kitabın iyini ciyərlərimə çəkirdim və bu, indiyədək unutmadığın çox qəribə assosiasiya yaradırdı. Bir yazıçı kimi deyirəm ki, hər kəsin düşüncəsinin yarısı, bəlkə də daha çox hissəsi doğulduğu yerdən qaynaqlanır. Hər kəs dünyaya göz açdığı, ayaq tutub yeridiyi, uşaqlığını yaşadığı yerdə bütövdür və onun öyrəndiklərinin, yaddaşına yazılanların böyük bir hissəsi həmin məkanla bağlı olur. Onda kəndimiz, məktəbimiz, lap elə ağacımız, inəyimiz, atımız mənim kitab oxumağıma kömək eləyirdi. Məsələn, mən "Yeddi oğul istərəm" filminə kəndimizdə, ədəbiyyat otağında dizlərimi torpaq döşəmənin üstünə qoyub baxmışam. Ona görə də filmin bütün cizgiləri yadımdadır. Çünki mənə hər şeyi dəqiq öyrənməyimə kəndimizdəki söyüd də, nənəm də, babam da kömək edirdi. Hərdən fikirləşirəm, tarixini təkərini geriyə döndərmək üçün demirəm, bəlkə həmin avtodükanı bərpa etmək mümkündür? Onun üstünə nağıl qəhrəmanlarının şəklini çəkmək, yeni çap olunan kitabları uzaq rayonların ucqar kəndlərinə aparmaq olar. Bir sürücü, bir satıcı və bir aktyorla həmin kəndlərdə ədəbiyyat təbliğ etmək məktəbdə tədris olunandan daha çox fayda verər. Aktyor şeir deyər, nağıl danışar, eyni zamanda həm kitab satılar, həm də uşaqlar faydalanar. Mədəniyyət, Elm və Təhsil nazirlikləri belə bir ideyanın ətrafında düşünə bilər. Hesab edirəm ki, çox da böyük vəsait sərf olunmaz. Həmin o səfərin, görüşün təəssüratı uzun müddət uşaqların yaddaşında yaşayar. Kim bilir, gəlib orda şeir dinləyən, nağıla qulaq asan, kitab alan uşaqların içərisindən sabah kimlər çıxa bilər?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see379

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see265

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see227

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see209

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see205

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see178

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see170

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see168

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see167

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see164

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see164

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see153

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see153

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see151

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see149

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri