Icma.az
close
up
RU
Qətiyyət və rəşadətin qüdrəti ilə Füzuli işğaldan azad olundu

Qətiyyət və rəşadətin qüdrəti ilə Füzuli işğaldan azad olundu

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1993-cü ilin avqustunda Füzuli rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olundu. Bu acı hadisə yüzlərlə ailənin dağılmasına, insanların şəhid, əsir və itkin düşməsi ilə nəticələndi. Lakin 1994-cü ilin yanvarında Azərbaycan ordusu əzmkarlıq göstərərək rayonun 22 kəndini azad etdi. Bu itirilmiş torpaqların geri qaytarılması yolunda atılan ilk uğurlu addımlardan biri idi. İşğaldan sonra Füzuli rayonunun qədim tarixi izləri ciddi şəkildə məhv edildi. Əsrlərlə ayaqda qalan türbələr və dini abidələr dağıdıldı, tamamilə yox edildi. Bu vandalizm aktı xaincəsinə, planlı şəkildə aparılmışdı, məqsəd xalqın mədəni yaddaşını silmək idi. 

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, Füzulinin azad olunması 44 günlük Vətən müharibəsində qələbəyə gedən yolun ilk böyük addımı oldu. Düşmən bu reallığı yaxşı bildiyindən rayonu 30 il ərzində möhkəm istehkamlarla əhatəyə almış, keçilməz zolağa çevirmişdi. Bir çoxları bu xətti yarmağın mümkünsüz olduğunu düşünürdü. Ancaq Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə təkcə səngərləri deyil, illərlə qurulan mifləri də darmadağın etdi. Qətiyyət və rəşadətin qüdrəti ilə 17 oktyabr 2020-ci ildə Füzuli azad olundu. Bu tarix düşmənin silahını atıb döyüş meydanından qaçdığı, haqqın və ədalətin zəfər çaldığı gündür. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi tarixə qovuşdu. Təqvimin bu günü xalqın qürurunun, dirənişinin və torpağına qayıdışının rəmzinə çevrildi.

Füzuli rayonu azad edilən ərazilər arasında mina təhlükəsinin miqyasına görə ən ağır vəziyyətdə olan bölgələrdən biridir. Ermənistanın burada 100 mindən artıq mina basdırması düşmənin regionda uzunmüddətli sabitliyə, sülhə və insan həyatına qarşı məqsədli şəkildə yönəlmiş siyasətinin bariz nümunəsidir. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə xüsusilə də Füzulidə iradəli və ardıcıl siyasət həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu bölgədə yalnız dağıntıların aradan qaldırılmır, həm də strateji əhəmiyyət daşıyan yeni infrastrukturun qurulması təmin edilir. Bu siyasət bir daha sübut edir ki, Azərbaycan öz ərazi bütövlüyünü yalnız hərbi baxımdan yox, həm də siyasi və iqtisadi baxımdan möhkəmləndirməyə davam edir.  Füzuli rayonu işğaldan azad olunandan sonra Azərbaycanın Böyük Qayıdış siyasətinin başlanğıc nöqtəsinə çevrilib. 2023-cü ilin avqustundan etibarən yüzlərlə ailə doğma yurdlarına qayıdaraq burada yeni həyat qurur. Bu da dövlətin milli suverenlik və ərazi bütövlüyünü möhkəmləndirməkdə qətiyyətini nümayiş etdirir. Proses yalnız yerli imkanlarla deyil, həm də qardaş ölkələrin dəstəyi ilə uğurla davam etdirilir. Özbəkistanın Füzulidə inşa etdiyi müasir məktəb və Qazaxıstanın yaratdığı Uşaq Yaradıcılıq Mərkəzi türk dünyasının birliyinin və Azərbaycanla qardaşlıq münasibətlərinin güclü göstəricisidir.

Ən son texnoloji və memarlıq standartlarla bərpa olunan Füzuli Azərbaycan xalqının birliyini və beynəlxalq dostluq əlaqələrini əks etdirən müasir şəhər kimi yendən qurulur.

Deputat sonda qeyd edib ki, bu gün Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində azad edilən Füzuli sakinləri doğma yurdlarında rahat və təhlükəsiz həyat sürürlər. Bölgədə genişmiqyaslı quruculuq işləri aparılır, dağıdılmış ərazilərdə yeni binalar tikilərək yenidənqurma prosesi sürətlə davam edir. Prezident İlham Əliyevin qəti iradəsi ilə azad olunmuş bu gözəl diyar sürətlə inkişaf dövrünü yaşayır.  Füzulilər əmindirlər ki, bir daha bu müqəddəs torpağa düşmən ayağı dəyməyəcək. Ölkəmizin hər qarışı kimi Füzuli də möhkəm və etibarlı əllərdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri