Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Avro və rubl bahalaşdı MƏZƏNNƏ

Qətldə ittiham olunan Goranboy sakininin vəkilindən AÇIQLAMA Məhkum Vüqar Məmmədovun yalan danışdığı iddia olunur

Qətldə ittiham olunan Goranboy sakininin vəkilindən AÇIQLAMA Məhkum Vüqar Məmmədovun yalan danışdığı iddia olunur

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Göranboyrayonsakini, hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkənməhkumMəmmədovVüqarElbrusoğlutərəfindənmüxtəlifsosial şəbəkələrdə özünə məxsussosial şəbəkə hesablarındanhüquqlarını müdafiə etdiyimGöranboyrayonsakiniMustafayevFəxrəddinAbbasoğlubarəsində yaydığı məlumatlarlabağlı bildirməkistəyirəmki, o şəxsinbildirdikləriyalanvə böhtanxarakterliməlumatlardır”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Goranboy rayon sakini Fəxrəddin Mustafeyevin vəkili və nümayəndəsi ​​​​​Elvin Səlimovun saytımıza göndərdiyi yazıda qeyd olunur. Vəkil daha sonra əlavə edir:

“Vətəndaş Məmmədov Vüqar Elbrus oğlu Mustafayev Fəxrəddin Abbas oğlu barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymaqla, onu ağır cinayətlərdə ittiham etdiyi üçün barəsində müvafiq hüquqi tədbirlər – xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət ediləcəkdir.

Bundan əlavə qeyd etmək istəyirəm ki, həmin videolarda Vüqar Məmmədovun qeyd etdiyi bir məqam mütləq araşdırılmalıdır. Belə ki, Vüqar Məmmədov müraciətlərində qeyd edir ki, guya mərhum Yolçuyev Ülfət Muxtar oğlu onun yanında öldürülmüş və daha sonra ona cinayətin öz üzərinə götürülməsi təklif edilmiş, lakin o, bundan imtina etdiyi üçün 10 il ərzində F.Mustafayev tərəfindən təhdidlərlə qarşılanmışdır.

Bir məqama diqqət etməyi xahiş edirəm. Vüqar Məmmədov vətəndaş Yolçuyev Ülfət Muxtar oğlunun onun yanında öldürüldüyünü qeyd edir. Yəni Vüqar Məmmədovun dediyinə görə, vətəndaş Yolçuyev Ülfət Muxtar oğlu ölərkən və ya (öldürülərkən) Vüqar Məmmədov həmin an onun yanında olmuşdur. Təbii ki, Vüqar Məmmədovun hazırki videolarda göstərdiyi kimi, guya həmin şəxsin F.Mustafayev tərəfindən öldürülməsi hüquq mühafizə orqanları tərəfindən də araşdırılmışdır. F.Mustafayevin ölən şəxsə hər hansı aidiyyatı, əlaqəsi, ümumiyyətlə hər hansı bağlılığı olmaması öz təsdiqini tapır. Həmin şəxslə F.Mustafayevin hər hansı ədavəti, düşmənçiliyi olmamışdır. Yəni ki, insan tanımadığı və ya düşmənçiliyi və ədavəti olmadığı bir insanı öldürməsi məntiqə sığan bir hal deyildir. Eyni zamanda, hadisə baş verən zaman F.Mustafayev ümumiyyətlə həmin ərazidə olmamışdır.

Buna baxmayaraq, hadisə ilə bağlı Vüqar Məmmədovun istintaq zamanında vermiş olduğu ifadələri, digər şahid ifadələri, hadisənin baş verdiyi gün mərhumun kimlərlə birlikdə olması, kimlərlə mübahisə etməsi, ölüm hadisəsi baş verməmişdən əvvəlki ən qısa zamanda harda və kimlərlə olması, mərhumun ölümündən əvvəl V.Məmmədovla birlikdə olub-olmaması, mərhumu yolun kənarında kimin saxlaması və daha sonra hansı istiqamətə getməsi və bundan 15 dəqiqə sonra mərhumun meyitinin yol kənarında ilk olaraq kimin tapması kimi məqamlar, eləcə də şahid ifadələri şübhəli olmaqla hadisə barədə vermiş olduğu şahid ifadələrinin hansı məqamlarının doğru, hansı məqamlarının isə yanlış olmasının araşdırılması zərurəti vardır.

Ümumilikdə isə Vüqar Məmmədovun rayon ərazisində hansı fəaliyyətlə məşğul olması və nə işlər görməsi barədə rayon əhalisindən sorğu edərək məlumat ala bilərsiniz. Vüqar Məmmədovun hüquqlarını müdafiə etdiyim şəxs barəsində yaydığı məlumatlar isə təmamilə şər, böhtan xarakterli olmaqla, hər hansı reallığı əks etdirmir və Vüqar Məmmədov barəsində qanuni tədbirlərin görülməsi ilə bağlı bütün zəruri hüquqi addımlar atılacaqdır.

Bununla yanaşı bildirmək istəyirəm ki, Vüqar Məmmədov hüquqlarını müdafiə etdiyim şəxs barəsində böhtan xarakterli məlumatlar yaymaqla yanaşı, Azərbaycan Respublikasının Məhkəmə, hüquq-mühafizə orqanlarının da fəaliyyətinə ləkə vuran, kölgə salan məlumatlar yaymaqdadır. Hesab edirəm ki, Vüqar Məmmədovun hərəkətləri əslində sadə bir vətəndaşın timsalında dövlətə və dövlətçiliyə qarşı atılan addımdır.

Belə ki, rayonda hər kəs bilir ki, hüquqlarını müdafiə etdiyim şəxs uzun illərdir ticarətlə məşğul olan və hər hansı bir kəsə zərər vurmayan, əlindən gəldiyi qədər insanlara, rayon sakinlərinə yaxşılıq edən, xeyriyyəçilik edən bir insandır. Bu zamana qədər heç kimlə ədavəti və düşmənçiliyi olmamışdır. Ona qarşı təhdid və hədə qorxuların bir nəticə verməməsi nəticəsində isə Vüqar Məmmədov bu addımları atmışdır ki, onun qanuna zidd əməlləri öz hüquqi nəticəsini vermiş, dövlət qurumlarının əməkdaşlarına qarşı yol verdiyi cinayət əməlləri təsdiqini taparaq, barəsində müvafiq cəza tətbiq edilmişdir.

Hüquqlarını müdafiə ediyim şəxsin verdiyi məlumatlara əsasən, həmin hadisələr zəminində Vüqar Məmmədov dəfələrlə ona zəng edərək köməklik göstərməsini ondan xahiş etmiş, əks halda isə itirəcəyi bir şeyi olmadığından, barəsində şər-böhtan atacağını demişdir. Hazırda da cəzaçəkmə müəssisəsindən azadlığa çıxmaq üçün başqa şəxslərin adı və vasitəçiliyi ilə bu addımları atmaqdadır.

Ölüm hadisəsinə gəldikdə isə bir daha vurğulamaq istəyirəm ki, istintaq orqanları hadisəni araşdırıb və hazırda da araşdırmaqdadır. Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Eyni zamanda, insan ləyaqəti qorunur və ona hörmət edilməlidir.

Vüqar Məmmədov isə hüquqlarını müdafiə etdiyim şəxs barəsində həqiqəti əks etdirməyən məlumatlar yaymaqla, onu ağır cinayət əməli törətməkdə ittiham etmişdir. Əgər kütləvi informasiya vasitələri və jurnalistlər özlərini ölkədə “4-cü hakimiyyət” kimi təqdim edirlərsə, o zaman həqiqət olmayan və yoxlanılmamış məlumatları paylaşmamalıdırlar. Obyektiv, qərəzsiz və ədalətli olmalıdırlar. Cəmiyyəti yanlış inofrmasiya ilə aldatmamalı, bu kimi hərəkətlərlə insanların şərəf və ləyaqətini alçaltmamalı, barələrində böhtan və təhqir xarakterli məlumatlardan istifadə etməməlidirlər. İnsanların konstitusion hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdırlar.

Sonda isə bildirmək istəyirəm ki, Qanun qarşısında hamı bərabərdir!”.

Hurriyyet.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 May 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see231

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see205

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see156

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see153

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see145

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see136

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see134

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see129

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see128

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see128

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see127

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see127

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see126

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see123

Avro və rubl bahalaşdı MƏZƏNNƏ

13 Yanvar 2026 09:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri