Icma.az
close
up
RU
Qətldə təqsirləndirilən şəxsin məhkəməsi: Məhkum yoldaşının kömək qarşılığında təhqirinə dözmədi

Qətldə təqsirləndirilən şəxsin məhkəməsi: Məhkum yoldaşının kömək qarşılığında təhqirinə dözmədi

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Yasamal rayonunda qətl törətməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü Təbriz Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov təqsirləndirilənə ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs ittihamla razı olmayaraq özünü qismən təqsirli bilib.

Hakim təqsirləndirilən şəxsə elan olunmuş ittihamla onun 14 ildən 20 ilədək azadlıqdan məhrum oluna biləcəyini xatırladıb.

Bundan sonra Təbriz Həsənova sərbəst ifadə üçün söz verilib.

Təbriz Həsənov ifadəsi zamanı bildirib ki, o, qətlə yetirilən Azər İbrahimovla əvvəllər həbsxanada birlikdə cəza çəkiblər, tanışlıqları da elə o zamanlardan başlayıb. Bir müddət keçdikdən sonra hər ikisi cəzasını başa vuraraq azadlığa çıxıb.

Təbriz Həsənov ifadəsində daha sonra vurğulayıb ki, onların arasında baş verən insidentə səbəb mərhum Azər İbrahimovla onun digər iki tanışı tərəfindən təhqir edilməsi olub.

Azər İbrahimov Təbriz Həsənova zəng edərək onun tanışına 200 AZN lazım olduğunu deyib, pulu verməsini kobud şəkildə tələb edib. Təbrizdə 200 AZN olmadığından onun hesabına 100 AZN göndərə bilib. Azərin ona qarşı kobud hərəkətini həzm edə bilmədiyindən bunun qisasını almaq qərarına gəlib. Bıçaq alaraq Azər və digər şəxslərlə Yasamal rayonu ərazisindəki kafelərdən birində görüşüb və baş verənlərə görə üzr istəmələrini tələb edərkən aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Təbriz Həsənov Azər İbrahimova yeddi bıçaq zərbəsi vurmaqla onu ölumcül vəziyyətə salıb. A.İbrahimovu dostları xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Təbriz Həsənov bundan sonra kafedən çıxıb hadisə yerindən uzaqlaşarkən yolu keçdiyi zaman avtomobil onu vuraraq ağır xəsarət yetirib.

Mayın 23-də keçirilməsi nəzərdə tutulan proses şahidlərin ifadəsi ilə davam edəcək.

Qeyd edək ki, 2024-cü ilin oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib.

Təbriz Həsənov cinayəti əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Müəyyən edilib ki, Azər İbrahimov oktyabrın 13-də yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı qolundan və kürəyindən bıçaq xəsarətləri alıb.

Ağır yaralı halda tapılan Azər İbrahimov dərhal Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Təbriz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Elgün Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Aprel 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri