Qeyri həyat sığortası bazarı 9% ə yaxın, həyat sığortası bazarı isə 16,5% böyüyüb
Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
Azərbaycanda qeyri-həyat sığortası bazarı 9 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 545 milyon 271 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 4,7 % artaraq 225 milyon 732 min manata çatıb.
Beləliklə, 10 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 43 manat olub.
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 35 %-ə yaxın artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 710 milyon 702 min manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,5 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 34,5 % artaraq 546 milyon 870 min manata çatıb.
Beləliklə, 10 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 76,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 66,6 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 255 milyon 973 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772 milyon 602 min manat təşkil edib. Bu isə illik müqayisədə 24,2 % çoxdur.
10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.
© "Report"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 28 Noyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















