Icma.az
close
up
RU
Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? Ekspertdən açıqlama

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? Ekspertdən açıqlama

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Dünən səhər saatlarında AZAL-a məxsus Bakı-Qroznı reysi ilə uçan təyyarənin Aktauda qəzaya uğramasından sonra dünya mətbuatında ən çox müzakirə olunan mövzulardan biri də təyyarə salonunda hansı oturacaqların daha təhlükəsiz olması ilə bağlıdır.
Yeniavaz.com
xəbər verir ki, Rusiyanın tanınmış aviasiya eksperti Viktor Pryadka “Sputnik” agentliyinə açıqlamasında təhlükəsiz oturacaq anlayışının nisbi olduğunu bildirib.
Ekspert deyib ki, oturacaqların təhlükəsizliyi baş verən fəlakətin şərait və səbəblərindən asılı olaraq dəyişir:
“Zərbə zamanı ən təhlükəsiz yer salonun arxa hissəsindəki son üç sıra hesab olunur. Bu onunla bağlıdır ki, sərt eniş zamanı əvvəlcə salonun ön və mərkəzi hissəsi əzilir. Oturacaqların son sıraları zərbəyə daha az məruz qalır. Buna görə də onların sərnişinləri sağ qala bilirlər.
Lakin gəmidə yanğın baş verərsə, bu qayda işləmir. Əksinə, yanğın baş verdikdə, hər saniyənin böyük əhəmiyyəti olur. Bu səbəbdən quyruq hissəsində olan sərnişinlərin təyyarəni tərk etməyə vaxtı olmaya bilər. Bu halda çıxışa ən yaxın olan biznes klass, xüsusən də ön oturacaqlar daha əlverişli mövqedədir”.
Ekspertin sözlərinə görə, sərnişinlərin sağ qalması müxtəlif hallardan – eniş sürətindən və yerin səthindən, həmçinin pilotun təcrübəsindən asılıdır.
ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası ölkədə baş verən təyyarə qəzalarının statistikasını təhlil edərək hesabat açıqlayıb. Hesabatda sərnişin təyyarəsinin salonu təhlükəsizlik baxımından üç zonaya bölünür:
Qırmızı zona (təyyarənin ön üçdə biri) – Bu ərazidə qəzadan sağ çıxmaq şansı salonun qalan hissəsinə nisbətən daha azdır. Buradakı oturacaqların adətən daha rahat olmasına baxmayaraq, qəza zamanı onların təsir zonasına yaxın olması səbəbindən daha az təhlükəsizdirlər.
Sarı zona (təyyarənin orta hissəsi) –  Burada sağ qalmaq şansı qırmızı zona ilə müqayisədə daha çoxdur. Salonun ortasında oturacaq seçən sərnişinlərin 5-6%-i fəlakətdən sağ çıxa bilib.
Yaşıl zona (təyyarənin arxa üçdə biri) –  Statistikaya görə, qəza zamanı ən təhlükəsiz yer buradadır. Son altı sırada oturan sərnişinlərin təxminən 69%-i qəzadan sağ çıxıb.
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 26 Dekabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri