Icma.az
close
up
RU
Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq?

Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir həftə öncə Astarada yük avtomobili tərəfindən vurularaq həyatını itirən Nazim Baxşiyevin özündən sonra 6 övladı qaldı. Fəhləlik edərək ailəsini dolandıran 44 yaşlı mərhumun ölümü günlərdir ki, sosial şəbəkələrdə müzakirə olunur. Hər kəsi təsirləndirən hadisədən sonra insanları 6 azyaşlı uşağın taleyi maraqlandırır.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, mərhum Nazim Baxşiyev iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı 3 il öncə vəfat edib. Bu evlilikdən onun 5 övladı olub. İkinci evliliyindən isə 1 övladı dünyaya gəlib. Baş verən qəzadan sonra 5 uşaq hər iki valideynindən məhrum vəziyyətə düşüb. Ailəni dolandıranın Nazim olduğunu nəzərə alsaq, ondan geriyə qalan 6 atasız övlad üçün həyatın heç də asan davam etməyəcəyini deyə bilərik...
İndi həmin uşaqların aqibəti necə olacaq?
Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirdi ki, məsələ diqqətdə saxlanılır: “Həm rayon icra hakimiyyəti, həm də komitə tərəfindən uşaqlar nəzarətdədir. Hazırda həmin uşaqlar ata valideynləri olan nənə və babaları ilə birlikdə yaşayırlar. Onlar daha öncə analarını itirdikləri üçün müavinət alıblar. İndi də atalarının vəfatına görə müavinət alacaqlar. Uşaqlara psixoloji dəstək də göstəriləcək”.
Baş verən hadisədən sonra uşaqlara hər hansı sosial yardımın düşüb-düşməməsi sualı ilə Dövlət Sosial Müdafiə Fonduna da müraciət etdik. Qurumun mətbuat katibi Rəşad Mehdili məsələ ilə bağlı bunları bildirdi: “Astara rayonu Diqo kənd sakini Baxşıyev Nazim Həziqulu oğlu vəfat edənə qədər birinci həyat yoldaşı Miracova Gülşən İmanqulu qızının vəfatı ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə 480 manat sosial müavinət alıb.
Nazim Baxşıyevin ölüm haqqında şəhadətnaməsi təqdim edildikdən və müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında mərhumun birinci həyat yoldaşından olan uşaqları ikinci həyat yoldaşı Minayə İbayevanın qəyyumluğuna verildikdən sonra ona mərhumun digər övladlarına görə də ailə başçısını itirməyə görə sosial müavinət ödəniləcək”.
Bəs ümumiyyətlə, bu kimi hallarda ailələrə hansı dəstək göstərilməlidir?
Bu sualmızı isə vəkil Pərviz Məmmədov cavablayıb: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların tam dövlət təminatı - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara müvafiq dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin) ailəsində olduqları müddətdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi, yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi və ya onların tam dəyərinin dövlət büdcəsi hesabına ödənilməsidir”.
Qeyd edək ki, hadisə oktyabrın 30-da Astara rayonunun Pensər kəndi ərazisində baş verib.1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə hərəkətdə olarkən rayon sakini 1980-ci il təvəllüdlü Nazim Baxşiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Noyabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri