Qəzadan sağ çıxan qırğızıstanlı sərnişin: Güclü zərbə oldu, huşumu itirdim Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Aktauda baş vermiş təyyarə qəzasından sağ çıxan AZAL aviaşirkətinə məxsus təyyarənin sərnişinlərindən biri, Qırğızıstan vətəndaşı jurnalistlərlə xəstəxanada söhbət edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Tengrinews.kz" məlumat yayıb.
Məlumata görə, həmin şəxs Erlan Cunuşəliyevdir. Onun onurğasında sıxılma sınığı və çoxsaylı göyərmələri var.
Zərərçəkən qəza anından və xilasetmə prosesindən danışıb. Onun sözlərinə görə, təyyarə qəzadan sonra çevrilib, buna görə sərnişinlər tərs vəziyyətdə qalıblar.
"Güclü zərbə oldu, huşumu itirdim. Xilasetmə qruplarının nə vaxt gəldiyini anlamadım", - deyə Cunuşəliyev bildirib.
O qeyd edib ki, Qazaxıstanın xilasetmə komandası gəlib, sərnişinləri kəmərlərdən azad edərək onları təyyarədən çıxarıb:
"Bizim hamımızı çıxardıqdan sonra soruşduq: "Siz kimsiniz?" Bizə dedilər: "Qazaxlar". Biz ağladıq. Elə bildik ki, başqa ölkəyə düşmüşük", - deyə qırğızstanlı sərnişin əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 29 Dekabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















