Qəzadan sağ çıxanlardan 5i Aktauda reanimasiyadadır Birinin vəziyyəti son dərəcə ağırdır
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Aktauda qəzaya uğrayan təyyarənin 18 sərnişini yerli xəstəxanada qalıb. Onlardan beşi reanimasiyadadır.
Azpost.info xəbər verir ki, reanimasiyada olan beş nəfərdən dördünün vəziyyəti ağır, bir qadının vəziyyəti son dərəcə ağırdır.
Bu barədə xəstəxananın tibbi xidmətin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Janar Baymanova bildirib:
“Aktau yaxınlığında baş verən təyyarə qəzasından sonra ümumilikdə 27 sərnişin Manqistau regional multidissiplinar xəstəxanasına yerləşdirilib. Onlardan 8 böyük və 1 uşaq Rusiyaya aparılıb, qalanları (Azərbaycan və Qırğızıstan vətəndaşları) xəstəxanada qalır”.
Janar Baymanovanın sözlərinə görə, sərnişinlər arasında ən çox rast gəlinən xəsarətlər sınıqlar, qarın zədələri, açıq və qapalı kəllə-beyin travmaları və ağciyər xəsarətləridir.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 Dekabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















