Qəzaya uğrayan AZAL a məxsus sərnişin təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub
Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.
Dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından bir il ötür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisənin birinci ildönümü ilə əlaqədar olaraq qəza nəticəsində həlak olan ekipaj üzvlərinin - Azərbaycanın Milli Qəhrəmanları İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanın xatirəsi İkinci Fəxri xiyabanda yad olunub.
Həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub, məzarı önünə əklil qoyulub, tər güllər düzülüb, ruhlarına dualar oxunub.
Ziyarətdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “AZCON Holding”in icraçı direktoru Şahin Babayev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev də iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 25 Dekabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















