Icma.az
close
up
RU
Milli Kitabxanada “Xalq yazıçısı Yusif Səmədoğlu 90” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi keçirilib

Milli Kitabxanada “Xalq yazıçısı Yusif Səmədoğlu 90” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Dekabrın 25-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) anadan olmasın 90 illik yubileyi münasibətilə  “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə rəsmi sənədlər, fotolar, yazıçının əsərləri, ön söz yazdığı və redaktor olduğu kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Yusif_Semedoglu/index.htm   linkindən istifadə edə bilərlər. 

Ənənəvi sərgidə 60-cı illərin ədəbi mühitinin yetişdirməsi Xalq yazıçısı Yusif Səmədoğlunun romanları, hekayələri, ədəbi irsi barədə maraqlı fikirlər, xatirələr, ön söz yazdığı və redaktor olduğu kitablar, həyatı və bədii yaradıcılığı, Səməd Vurğun və Səmədoğlular və s. haqqında monoqrafiyalar, Azərbaycan və xarıcıı dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

XX əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan, həyata, gerçəkliyə fərqli münasibəti, dünyagörüşü ilə seçilən Xalq yazıçısı Yusif Səməd oğlu Vəkilov 1935-ci il dekabrın 25-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub.

Xalq yazıçısı Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60–70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri var.

Xalq yazıçısı Yusif Səmədoğlunun Azərbaycan nəsrinin inkişafında səmərəli xidmətləri qiymətləndirilib. O, Azərbaycan ədəbiyyatınin inkişafında böyük xidmətlərinə görə 1995-ci ildə Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeninə layiq görülüb, 1998 – ci ildə "Xalq yazıçısı" fəxri adı ilə təltif olunub.

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 4 sentyabr 2025-ci il tarixli sərəncamı dəyərli ziyalımıza dövlət səviyyəsində göstərilən ehtiramın nümunəsidir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri