Icma.az
close
up
RU
Qəzzada müharibə dayana bilər

Qəzzada müharibə dayana bilər

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Bölgə silahsızlaşdırılmalıdır!

Qəzzada vəziyyət gərgin olaraq qalır. Belə ki, bölgədə İsrail ilə HƏMAS arasında döyüşlər davam edir. ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə aparılan uzunmüddətli danışıqlar nəticəsində bu ilin yanvarın 19-da İsrail ilə HƏMAS arasında imzalanan atəşkəs sazişi martın 18-də tərəflər arasında yenidən silahların işə salınması ilə fiaskoya uğradı. Artıq mayın 18-dən başlayaraq İsrail Silahlı Qüvvələrinin bölgədəki hərbi əməliyyatları geniş vüsət alıb.

Netanyahu bəyanat yayıb

İsrailin Qəzzada hərbi əməliyyatlarının genişlənməsinə baxmayaraq, rəsmi Təl-Əviv növbəti dəfə atəşkəsə gedə bilər. Qeyd edək ki, Baş nazir Benyamin Netanyahu son yerli mətbuat konfransında bəyan edib ki, İsrail girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi olaraq Qəzza zolağında müvəqqəti atəşkəs rejimini qəbul etməyə hazırdır. Netanyahunun sözlərinə görə, HƏMAS-ın əlində olan bütün girovlar azad edilərsə, anklav tamamilə silahsızlaşdırılarsa və HƏMAS hərəkatı zolağın ərazisini tərk edərsə, İsrail Qəzzada müharibəni dayandırmağa hazır olacaq. 

Niyə məhz müvəqqəti atəşkəs, daimi mümkün deyil?

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar  Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, İsrailin yalnız müvəqqəti atəşkəsə hazır olduğunu bildirməsi və daimi atəşkəsə qarşı çıxması, həm bölgədəki reallıqlar, həm də strateji və siyasi məqsədlərlə bağlıdır. “İsrailin hazırda daimi atəşkəsə razılaşmamasının bir neçə səbəbi var. Təbii ki, ilk səbəb HƏMAS-la bağlıdır. İsrailin bu müharibədə əsas məqsədi HƏMAS-ı tamamilə sıradan çıxarmaq və onun Qəzza zolağında hərbi-siyasi idarəetməsinə son qoymaqdır. Daimi atəşkəs bu məqsədə çatmadan qəbul olunarsa, sözsüz ki, bu HƏMAS-ın qüvvələrini bərpa etməsi və daha sonra yenidən güclənməsi ehtimalını artıracaq. Digər səbəb isə İsrailin öz daxilində gedən proseslərlə bağlıdır. Netanyahunun koalisiyası sağçı və mühafizəkar qüvvələrdən ibarətdir. Bu qüvvələr hərbi əməliyyatların dayandırılmasını HƏMAS-a güzəşt kimi dəyərləndirir və hökumətə ciddi daxili təzyiq göstərirlər,” - deyə V.Zifəroğlu vurğulayıb ki, İsrail tərəfi dəqiq şərtlər irəli sürür. “Netanyahu HƏMAS-ın tam tərk-silah olunacağı, zolağı tərk edəcəyi və girovları geri qaytaracağı halda müharibənin sona çata biləcəyini deyir. Bu isə faktiki olaraq HƏMAS-ın kapitulyasiyası deməkdir. Əslində, irəli sürülən bu şərtlər real şəraitdə çətin qəbul ediləcək şərtlərdir”. Ekspertin sözlərinə görə, daimi atəşkəs üçün İsrail tərəfi yeni bir formatın yaradılmasını əsas olaraq götürür. “Bu ilk növbədə Qəzzada HƏMAS-ın yerinə ya Fələstin Muxtariyyəti, ya da beynəlxalq dəstəkli müvəqqəti hökumətin gəlməsi ilə bağlıdır. Bu isə həm diplomatik razılaşmalar, həm də bölgədə təhlükəsizlik mexanizmlərinin qurulması ilə mümkündür. Digər tərəfdən, regional aktorlar - ərəb ölkələrinin və İranın bu cür dəyişikliyə münasibəti birmənalı deyil”.

Tramp Netanyahunun mövqeyini dəstəkləyə bilər

Bu məsələyə gəlincə, V.Zifəroğlu bildirib ki, Netanyahunun bu mövqeyi Trampın təhlükəsizlik baxışları ilə uyğun gəlir, amma; “Qlobal və humanitar təzyiqlər faktiki olaraq Trampı daha realistik addımlar atmağa vadar edir. Bunu onun son açıqlamalarından da görmək mümkündür. ABŞ-da demokratlar və beynəlxalq ictimaiyyət İsrailə daimi atəşkəs üçün təzyiq göstərir. Tramp isə bu təzyiqi zəiflədə bilər, ancaq bunu tamamilə gözardı etməsi çətin olar”.

HƏMAS silahı yerə qoyacaq?

Politoloq Asif Nərimanlı hesab edir ki, HƏMAS-ın Qəzzanı tərk etməsi və özünü buraxması qeyri-mümkün görünür: “İsrail ilə iki ildən çox davam edən döyüşlər fonunda HƏMAS hərəkatı çox zəifləyib. HƏMAS-ın əlindəki silah-sursat demək olar ki, kifayət qədər tükənib. Eyni zamanda, Qəzzada silahların daşınması üçün nəzərdə tutulan yolların üçdə ikisi sıradan çıxıb. Hərəkatın özünü yeni silahlarla təmin etmək üçün imkanları yoxdur. Belə bir vəziyyətdə HƏMAS öz mövcudluğunu davam etdirmək üçün İsrail ilə atəşkəsə getməkdən başqa çarəsi olmayacaq. Qeyd edim ki, HƏMAS buna hazırdır. Sözsüz ki, əgər atəşkəs əldə olunarsa, HƏMAS İsrailə hücum etməmək barədə öhdəliklər götürəcək. Belə bir şəraitdə növbəti atəşkəs sazişinin imzalanması, HƏMAS-ın məğlubiyyəti, İsrailin qələbəsi demək olacaq. Amma HƏMAS-ın tamamilə silahı yerə qoyub özünü tərki-silah etməsi qeyri-mümkündür. HƏMAS-ın silah-sursatı tükənsə belə, xalq üsyanını təşkil etmək imkanlarına malikdir. Qəzzadakı fələstinlilər axıra qədər müqavimət göstərmək potensialına sahibdirlər”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 May 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see567

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see553

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see546

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see476

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see465

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see437

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see371

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see362

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see359

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see321

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see315

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see282

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri