Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Qəzzada müharibə dayanır?

Qəzzada müharibə dayanır?

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tramp bir həftə vaxt qoyub...

Yaxın zamanda Qəzza zolağında İsrail ilə HƏMAS arasında yeni atəşkəsin elan olunacağı gözlənilir. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbətində Fələstin anklavında atəşkəslə bağlı danışıqların gedişi barədə sualı cavablandırarkən bildirib ki, bölgədə vəziyyətin bir həftə ərzində həll olunacağı gözlənilir - “Qəzza ilə bağlı danışıqlar davam edir və ümid edirəm ki, biz gələn həftə ərzində nizamlanmaya nail olacağıq. Nə baş verəcəyini görəcəyik”, - deyə Ağ Evin rəhbəri vurğulayıb. Xatırladaq ki, beş-altı gün bundan əvvəl - iyulun 9-da Tramp Ağ Evdə Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri ilə görüş zamanı qeyd etmişdi ki, İsrail, ABŞ və HƏMAS Qəzzada atəşkəsin təmin olunması və girovların azad edilməsi üçün razılaşmaya yaxınlaşıblar - “Deyə bilərəm ki, biz Qəzza ilə bağlı razılaşmaya çox yaxınlaşmışıq. Biz atəşkəs, sülh və girovların qaytarılmasını istəyirik və hesab edirəm ki, buna yaxınıq”. Eyni zamanda, Tramp İsraillə 60 günlük danışıqlardan sonra Qəzza sektorunda hərbi əməliyyatların bərpa olunmayacağına dair HƏMAS hərəkatına vəd verib. HƏMAS hərəkatının rəhbərliyi ilə Ağ Ev arasındakı təmaslarda əsas vasitəçi olan fələstinəsilli amerikalı iş adamı Bişara Bahbaha “Sky News Arabia” telekanalına şərhində bildirib ki, Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Dohada HƏMAS hərəkatı və İsrail arasında keçirilən dolayı danışıqlarda müəyyən müsbət nəticələr əldə olunub və hər iki tərəf atəşkəs razılaşmasına yaxınlaşıblar. O, qeyd edib ki,  bölgəyə humanitar yardımın çatdırılması, 60 günlük atəşkəsdən sonra İsrailin hərbi əməliyyatları bərpa etməyəcəyinə dair Vaşinqtonun zəmanəti və digər problemlərlə bağlı məsələlər öz həllini tapıb. 

Atəşkəs elan oluna bilər, lakin....

Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Qəzza zolağında atəşkəsə tam şəkildə əməl olunması regiondakı proseslərdən asılıdır. “ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə aparılan son danışıqlar nəticəsində İsrail ilə HƏMAS arasında atəşkəs razılığının əldə olunması beynəlxalq diplomatiya üçün mühüm uğur hesab edilə bilər. Bu atəşkəs razılığının əvvəlki cəhdlərdən fərqli olaraq daha strukturlaşdırılmış və mərhələli xarakter daşıması onun nisbətən daha davamlı olması üçün əsas yaradır. Lakin regionun tarixinə nəzər yetirdikdə hər bir atəşkəs razılığının öz xüsusiyyətləri və çətinlikləri olduğunu nəzərə almaq vacibdir. Atəşkəsin icrasına zəmanət məsələsi mürəkkəb və çoxşaxəli prosesdir”, - deyə T.İsmayılov vurğulayıb ki, ABŞ, Qətər və Misir kimi vasitəçi ölkələr razılığın monitorinqi və icrasında əsas rol oynayırlar: “ABŞ-ın böyük güc statusu və regiona təsir imkanları onu əsas zəmanət verən tərəf kimi irəli çəkir. Tramp administrasiyasının regional siyasətə yanaşması və Yaxın Şərqdə atəşkəs razılaşmasına çalışması ABŞ-ın bu prosesdə aparıcı rola malik olmasını göstərir. Trampın praqmatik yanaşması həm İsrail, həm də ərəb tərəfləri ilə işləməyə imkan verir. Qətər və Misirin vasitəçi rolları regional balanslarda əhəmiyyətlidir. Qətərin HƏMAS-la əlaqələri, Misirin isə İsraillə tarixi sülh müqaviləsi səbəbindən hər iki tərəfin etimadını qazanmış ölkələrdir. Bu vasitəçi ölkələrin birgə səyləri razılığın davamlılığı üçün əlavə təminat yaradır”. İranın bu dəfəki ehtimal olunan atəşkəsə münasibətinə gəlincə, ekspert bildirib ki, bu məsələdə İranın rolunu da nəzərə almaq vacibdir. “İranın HƏMAS-a dəstəyi və regional nüfuzu atəşkəsin icrasında potensial maneə yarada bilər. Lakin beynəlxalq təzyiq və diplomatik izolyasiya riski İranı daha mötədil mövqedə qalmağa sövq edə bilər”.

Atəşkəsin davamlılığı üçün zəmanət

T.İsmayılov hesab edir ki, bu istiqamətdə ciddi tədbirlərin görülməsinə ehtiyac olacaq. “Atəşkəsin davamlılığı üçün yalnız siyasi razılıq kifayət etmir, həm də sahədə praktik tədbirlərin görülməsi vacibdir. Girovların azad edilməsi, humanitar yardımların çatdırılması və təmir-bərpa işlərinin başlanması atəşkəs razılaşmasının icrasına müsbət təsir göstərəcək.Beynəlxalq ictimaiyyətin dəstəyi və BMT-nin monitorinq missiyası razılaşmanın legitimliyini artıracaq. Avropa İttifaqı və digər beynəlxalq təşkilatların dəstəyi də atəşkəsin davamlılığı üçün əhəmiyyətlidir. Bu atəşkəs razılığının uğuru regionda daha geniş sülh prosesinin başlanğıcı ola bilər”. Lakin ekspert bir məqamı da diqqətə çatdırıb ki, sözügedən razılaşmanın əvvəlki cəhdlərdən fərqli olaraq daimi xarakter daşıması hələ də sual altındadır. “Regional dinamikalar, daxili siyasi proseslər və beynəlxalq dəstəyin dərəcəsi atəşkəs razılaşmasının gələcəyini müəyyən edəcək amillərdir. ABŞ-ın bu prosesdə zəmanət verən əsas tərəf kimi çıxış etməsi onun regional liderliyini təsdiq edir”.

Atəşkəsə əngəl olan amil - mövqelərin toqquşması

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov qəzetimizə şərhində bildirib ki, İsrail və HƏMAS hələ tam ortaq məxrəcə gəlməyib. “Atəşkəs məsələsində ABŞ və İsrailin mövqeləri bir-birilə ziddiyyət təşkil edir. Tramp Qəzzada atəşkəsin təmin olunması üçün xüsusi nümayəndəsi Stiven Uitkoffun planının həyata keçməsini istəyir. Bu plana əsasən, altmış gün ərzində mərhələli şəkildə girovlar azad edilməli, İsrail ordusu yavaş-yavaş bölgəni tərk etməli və bölgədəki yerli əhali humanitar yardımla təmin olunmalıdır. Nə HƏMAS, nə də Netanyahu hökuməti Tramp administrasiyasının planına müsbət yanaşır. HƏMAS-ı narahat edən üç əsas məsələ var. Birincisi, HƏMAS hərəkatının rəhbərliyi Vaşinqtondan zəmanət istəyir ki, altmış gündən sonra İsrail Silahlı Qüvvələri Qəzzada heç bir hərbi əməliyyat həyata keçirməyəcəklər, ikincisi, HƏMAS İsrail ordusunun Qəzzadan tam çıxmasını tələb edir və üçüncüsü, HƏMAS Qəzzada humanitar yardımın ABŞ ilə İsrailin birgə yaratdığı humanitar yardım təşkilatı tərəfindən deyil, birbaşa Birləşmiş Millətlər Təşkilatı tərəfindən həyata keçirilməsini istəyir. HƏMAS-ın tələbləri İsrail üçün məqbul deyil. Təl-Əviv qarşı tərəfin təkliflərini rədd edir. Netanyahu hökuməti hesab edir ki, əgər Qəzzada humanitar yardım BMT tərəfindən həyata keçirilərsə, bölgə üzərində nəzarəti itirə bilərlər və HƏMAS bu nəzarəti ələ ala bilər. Eyni zamanda, İsrail Qəzzadan qoşunlarını tam çıxarmaq istəmir. İsrail və HƏMAS-ın bu kimi məsələlərdə razılığa gəlməməsi danışıqlar prosesini ləngidir. Tramp əvvəl bəyan edirdi ki, iki həftə ərzində Qəzzada atəşkəs elan olunacaq, indi isə bir həftənin anonsunu verir”. 

Tramp atəşkəsdə buna görə maraqlıdır

“Trampın Qəzzada geostrateji, geosiyasi və geoiqtisadi maraqları var və öz maraqlarını həyata keçirmək niyyətindədir. Tramp atəşkəsdə ona görə maraqlıdır ki, İbrahim razılaşmaları geniş regionu əhatə etsin, xüsusilə də Suriya və Səudiyyə Ərəbistanı da bu razılaşmalara qoşulsun. Ona görə də Ağ Evin rəhbəri hər vəchlə Netanyahunu atəşkəsə razı salmağa çalışır. Netanyahu hökuməti də qatı sağçıdır və onun komandasında olan şəxslər Qəzzada müharibənin sona qədər davam etməsinin tərəfdarıdırlar,” -deyə S.Zahidov vurğulayıb.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 İyul 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see594

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see569

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see566

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see481

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see442

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see377

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see377

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see368

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see336

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see326

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see324

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see321

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see314

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see310

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see309

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see300

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see300

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see299

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see289

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri