Qəzzada müharibənin ertəsi günü: Həmas və Fələstin rəhbərliyindən tərəfdaşlıq iddiası
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İddia edilib ki, HƏMAS və Fələstin administrasiyası müharibədən sonrakı Qəzza zolağının idarə olunması üçün birgə komitənin yaradılması barədə razılığa gəliblər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, sözügedən sənəd İordan çayının qərb sahili və Qəzzanı vahid siyasi qurum altında birləşdirməyə yönəlmiş altı öhdəlikdən ibarətdir.
Saytda yer alan xəbərə görə, Fələstin hökumətinin nəzarətində olacaq komitədə 10-15 tanınmış isim yer alacaq. Komitə səhiyyə, iqtisadiyyat, kənd təsərrüfatı sahələri və kritik infrastruktura nəzarətdən məsul olacaq.
Ümumi seçkilər keçirilənə və ya milli səviyyədə razılaşdırılmış başqa formul qəbul edilənə qədər, komitənin öz işini davam etdirməsi qərara alınıb.
Sənədə əsasən, bütün fələstinli qruplar Misirin paytaxtı Qahirədə bir araya gələrək yekun razılığa gəldikdən sonra komitənin işi başlayacaq.
Misirin xarici işlər naziri Bədr Əbdülətti dünən verdiyi açıqlamada İordan çayının qərb sahili və Şərqi Qüdsü idarə edən Fəth və HƏMAS-ın nümayəndə heyətlərinin Misirdə bir araya gəldiyini və müharibədən sonra Qəzza zolağının idarə olunmasını müzakirə etdiklərini açıqlayıb.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 03 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















