Qəzzada prioritet məsələ atəşkəsə əməl etməkdir
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Qəzza zolağında əsas prioritet atəşkəs rejiminə əməl olunması və humanitar yardımların çatdırılmasını bərpa etməkdir.
Missiya.Az xəbər verir ki, dövlət başçısı bu fikri Brüsseldə keçirilən Avropa İttifaqı Liderlər Zirvəsindən sonra mətbuat konfransında səsləndirib.
Makron ABŞ Prezidenti Donald Trampın Qəzzə ilə bağlı atəşkəs planının həyata keçirilməsinə dair qərarlılıqlarını ifadə edib.
O qeyd edib ki, Qəzzaya gündə daxil olan təxminən 300 yardım maşını insanların tələbatını ödəmək üçün kifayət deyil.
Fransa lideri bölgədə sabitliyin təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının mandatı ilə Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradılmasını və Aİ-nin Rafah sərhəd-keçid məntəqəsində təhlükəsizlik missiyası yerləşdirməsini təklif edib.
Makron həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüyünü və Aİ ölkələrinin Ukraynanın suverenliyinə dəstəyini bir daha təsdiqlədiyini vurğulayıb.
Seyranə Quliyeva
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 24 Oktyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















