Icma.az
close
up
RU
Qəzzada soyqırım və diplomatik çıxılmazlıq: Uitkoffun vicdanlı, amma çarəsiz səyləri

Qəzzada soyqırım və diplomatik çıxılmazlıq: Uitkoffun vicdanlı, amma çarəsiz səyləri

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzza bölgəsinə gedib.

Donald Tramp xüsusi elçisini Qəzzaya göndərməklə HƏMAS və İsrail arasında atəşkəsin əldə edilməsinə nail ola biləcəkmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Tofiq Abbasov bildirdi ki, Uitkoff çox uğurlu danışan və danışıqlar aparan bir nümayəndədir.

"Bəli, onun çox güclü aurası, yüksək mədəniyyəti və diqqətçəkici bir obrazı var. Ancaq o, sırf siyasətçi deyil. Tramp və onun ətrafı, onu müəyyən siyasi məqsədlərlə yükləməklə, əslində Uitkoffun bu nəcib obrazından sui-istifadə etməyə çalışırlar.

İstər İran, istər Qəzza, istərsə də ümumilikdə Yaxın Şərq istiqamətində Uitkoff vicdanla öz vəzifəsini yerinə yetirir. Amma danışıqları başa vurub geri qayıtdıqdan sonra ona “sürprizlər” edirlər. Yəni deyirlər ki, sən danışıqlar apardın, nəticə əldə etdin, sağ ol, amma planımız artıq dəyişib. Bu halda Uitkoff heç nə edə bilmir. Çünki avqust ayı ümumiyyətlə yəhudi sağ cinahı, xüsusilə də ultra-ortodoks dairələr üçün çox vacib aydır. Onlar məhz avqust ayında Əl-Əqsa məscidi məsələsini "həll etmək" niyyətindədirlər. Bu planı da gizlətmirlər. Belə ki, müqəddəs inəyi qurban verməklə Əl-Əqsa məscidini və Qəsr platformasında yerləşən Ömər məscidini ya köçürmək, ya da tamamilə dağıtmaq niyyətindədirlər. Onlar Moşiaxın gəlişini gözləyirlər. Biz müsəlmanlar Allahın elçisini, xristianlar İsa peyğəmbəri gözlədiyi kimi, onlar da Moşiaxın gələcəyinə inanırlar".

Politoloq qeyd etdi ki, hazırda yəhudilər bu prosesi tələsdirməyə çalışırlar.

"Ultra-sionist təşkilatlar, xüsusilə lyubaviç yəhudiləri bu məsələni sürətləndirmək istəyirlər ki, guya Moşiaxın gəlişinə şərait yaratsınlar. Amma bunlar, əslində, yalnız xülyalardır. Faktiki olaraq gündəmdə olan məsələ Fələstin xalqının, xüsusilə Qəzza əhalisinin soyqırımıdır. Onlar müxtəlif üsullarla burada etnik təmizləmə həyata keçirməyə çalışırlar, bir tərəfdən insanları bölgədən çıxarırlar, digər tərəfdən isə onları fiziki olaraq məhv edirlər. Uşaqları güllələyirlər və bunu da İsrailin "özünü müdafiəsi" kimi qələmə verirlər. Bu isə riyakarlığın, yalanın və avantüranın ən iyrənc təzahürüdür. Uitkoff bu situasiyada vicdanla missiyasını yerinə yetirsə də, inanmıram ki, bu missiya uğurlu nəticə versin. Çünki faktiki olaraq nə Tramp, nə də onun komandası – istər dövlət katibi, istər digər müşavirləri – bu məsələdə obyektiv yanaşmır. Onlar Amerikanın “məxməri siyasəti”ni nümayiş etdirməyə çalışsalar da, burada yumşaqlıqdan əsər-əlamət yoxdur.

Əgər 6-7 yaşlı uşaqlar humanitar yardım alıb evlərinə qayıdarkən güllələnirlərsə, burada hansı humanizmdən, hansı yumşaq gücdən danışmaq olar? Bu səbəbdən inanmıram ki, bu proses hər hansı müsbət nəticə versin. Hazırda belə bir əlamət, işartı yoxdur. Tramp güclü siyasətçi olsa da, ABŞ-də fəaliyyət göstərən yəhudi lobbisi onu sıxışdırır, onu küncə sıxmağa çalışır. Elə bu səbəbdən də Netanyahu İrana hücum etdi. Sonra isə 12 günlük müharibədə məğlub olub, Trampın ayaqlarına düşərək yardım istədi ki, bizi xilas elə, İranı sülhə sövq et. Bütün bunlar göstərir ki, onların məqsədləri çox mənfur və təhlükəlidir", - deyə Tofiq Abbasov bildirdi.

Siyasi şərhçinin sözlərinə görə, digər tərəfdən yəhudilər çalışırlar ki, ultra-ortodoks və sionist dairələrin məqsədlərini həyata keçirsinlər:

"Bu isə çox təhlükəli məsələdir. Əgər İsrail Qüdsdə, xüsusilə Əl-Əqsa və Ömər məscidlərinə toxunsa, onları ya dağıtsa, ya da yerlərini dəyişməyə cəhd göstərsə, mən əminəm ki, İslam dünyası bununla barışmayacaq. Bu isə çox ciddi və böyük bir fəlakətə səbəb ola bilər. Elə ona görə də ehtimal edirəm ki, Uitkoff bu günlərdə yəqin ki, elə bir tapşırıq alıb ki, əsasən ultra-ortodoks yəhudi dairələrini razı salmağa və onları radikal addımlar atmaqdan çəkindirməyə çalışsın. Əgər bu baş tutsa, o zaman bu qaynar bölgədə müəyyən bir kompromis və ya konsensus əldə oluna bilər".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyul 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri