Icma.az
close
up
RU
Qəzzada sülh İsraildən güzəşt ya taktika?!

Qəzzada sülh İsraildən güzəşt ya taktika?!

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

İsrail və Həmas arasında sülh əldə edildi və hər iki tərəf arasında 2 il davam edən müharibə başa çatdı.

Maraqlısı budur ki, İsrail rəsmiləri bir müddət öncə Həması tamamilə aradan götürməyi qarşıya məqsəd qoyduqlarını açıqlamışdı. Üstəlik, həmin bölgəni təmamilə ələ keçirmək üçün hərbi əməliyyatlara hazırlaşmış və prosesə başlamışdılar.

Lakin, təşkilat hələ də anklavda mövcudluğunu qoruyarkən Tel Əviv sülhə gəldi.

Bu isə bir məsələni düşünməyə vadar edir İsrail sülhə razı olmaqla güzəştə gedib yoxsa taktiki addım atıb?!

İsrail Qəzzada Həması zəiflətməklə cənub sərhədlərində güc və nəzarət sistemini daha gücləndirmək, ərazinin faktiki idarəsini ələ almaq, Misirlə quru sərhəd keçid məntəqəsi olan rəfahı tutmaqla bura Həmasa yardım və anti İsrail meyilli hər hansı hərbi dəstək qüvvələrinin keçidinin qarşısını almaq istəyirdi.

İsrail tərəfi düşünür ki, Həm də Həmas İran meyilli təşkilat olduğu üçün Tehran və Tel Əviv arasında münaqişə vəziyyətində qarşı birbaşa hərbi əməliyyatlara başlaya bilər və onun aradan götürülməsi əsas hədəfdir.

Müharibə 2 il davam etdiyi dövrdə Həmas, Livanda Hizbullah, Yəməndə Husilər İsrail tərəfindən xeyli zəiflədildi və regionda sərhədləri boyunca rəqiblərini və əks qüvvələri geri çəkilməyə məcbur etdi.

ABŞ nin dəstəyini alaraq Yaxın Şərqdə hərbi mövqelərini gücləndirən bu ölkə üçün həm də vacib olan daxili sabitlikdir.

Son vaxtlar İsraildə etiraz aksiyaları keçirilərək Netanyahu hakimiyyətinə qarşı ultimatumlar səsləndirilir və girovların geri qaytarılması, müharibənin son verilməsi üçün tələblər irəli sürülürdü.

Tel Əvivə qarşı beynəlxalq təşkilatlar və ölkələr içində mənfi münasibət, anti İsrail əhval-ruhiyyəsi güclənirdi.

Bu hadisələr fonunda sanksiyalara məruz qalmamaq və siyasi blokadaya alınmamaq üçün İsrail sülhə gəldi və Qəzzadan geri çəkilməyə məcbur oldu.

Girovlarını geri aldı, ölkədə hərbi vəziyyət sabitləşməyə doğru getdi.

Beləcə, həm daxildə narazı qüvvələrin əsas tələbini yeri yetirəcək, həm hərbçilərinin hərbi əməliyyatlar zamanı ölməsinə, ağır döyüşlərə cəlbinə görə qınaq mənbəyinə çevrilən Netanyahu hakimiyyətinin impiçmentinin qarşısı alınacaq və etirazlar yatırılacaqdı.

İsrail həm də Qəzzada müharibəni uzatmaqla daxili güc və hərbi qüvvəsini zəiflədə, xarici müdaxiləyə qarşı davamsız ola, İranla hər hansı mümkün müharibə ehtimalı halında asanlıqla məğlub ola bilərdi deyə bu məsələdə güzəştə getdi. Tel Əviv 2 il ərzində qonşuluğunda olan anti İsrail ölkələri - Livan, Yəmən, Qəzza, İrana qarşı bir sıra əməliyyatlar keçirmiş və qarşı tərəfin hərbi dayanıqlığ göstəricisini aşağı salmışdır.

Qəzza ilə sülh dövründə o itirilmiş gücünü yenidən bərpa etmək istəyir.

ABŞ nin isə başı Ukrayna Rusiya müharibəsinə başı qarışdığından İsrailə güclü hərbi dəstək verə bilməz.

Bir neçə rəqib ölkənin koalisiya halında ona qarşı müharibə elan etməsi halında Tel Əvivi çətin vəziyyətə sala bilər və bu an köməyə ehtiyac olacaq deyə İsrail sülh məsələsində güzəştə getdi.

ABŞ Ukrayna Rusiya arasında atəşkəs elan olunar və sülh olarsa Tel Əviv məsələsinə fokuslanacaq. Çünki, İranın Yaxın Şərqdə nüfuzunun qalması hansı ki, Rusiyanın cənubi Asiya regionunda əsas siyasi və iqtisadi tərəfdaşı olaraq qalır bu Vaşinqton üçün həm Kiyev həm yaxın Şərq məsələsində əsas nüfuz toqquşması hesab olunur.

İranın siyasi və ideoloji təsirinin azaldılması ilə Moskvanın da orada nüfuzu sarsılacaq və Vaşinqton Tel Əviv koalisiyası üçün rəqib qalmayacaq

Müəllif siyasi şərhçi İsa İsmayılzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Oktyabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri