Qəzzaya yardım daşıyan və PUA hücumuna məruz qalan gəmi Malta sahillərinə yan almaq üçün icazə gözləyir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Valetta, 5 may, AZƏRTAC
Qəzzaya humanitar yardım çatdırmaq üçün yola düşən və Malta sahillərində pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalan gəmi sahilə yan almaq üçün icazə gözləyir.
AZƏRTAC xəbər verir ki, Azadlıq Donanması Koalisiyasına (FFC) məxsus “Conscience” adlı gəmi Maltadan 12 mil uzaqlıqda lövbər salıb. Maltada gəmiyə minmək üçün gözləyən 21 fərqli ölkədən sərnişinlərin olduğu bildirilib. Gəmi heyəti, həmçinin Malta tərəfinin gəmini təmir etməsini və yeni bayraq verilməsini istəyir.
Maltanın Baş naziri Robert Abela isə ölkəsinin təhlükəsizliyinin təmin edilməsinə ehtiyac olduğunu bildirib. O qeyd edib ki, polis gəminin yükünün yalnız humanitar olduğunu təsdiqləndikdən sonra, Malta tərəfi Qəzzaya səyahətini davam etdirə bilməsi üçün gəminin təmir işlərini asanlaşdıracaq.
Xatırladaq ki, minlərlə konteyner humanitar yardımın olduğu gəmiyə mayın 2-də Malta sahillərində pilotsuz uçuş aparatı ilə iki hücum olub, gəmidə yanğın baş verib və ön hissəsi zədələnib, göyərtədəkilərdən bəziləri yüngül xəsarət alıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Valetta
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 05 May 2025 03:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















