Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

QHT lərlə bağlı başladılan cinayət işində yeni detallar üzə çıxıb

QHT lərlə bağlı başladılan cinayət işində yeni detallar üzə çıxıb

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda baş verən son həbslərdə əsas motivin Qərbin gah ayrı-ayrı QHT-lər, gah da hansısa media orqanları əməkdaşları vasitəsilə ölkəmizdə həyata keçirmək istədiyi çirkin planlar olduğu artıq heç kimdə şübhə doğurmur. Bir daha sübuta yetirilir ki, xarici dairələr illərdir qeyri-qanuni şəkildə ayrı-ayrı şəxsləri maliyyələşdirib, onlara qanunsuz pul vəsaitləri ötürüb. Bütün bunlar baş verən həbslər fonunda ifşa olunmaqdadır. 

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qərbin bundan öncə ifşa olunan şəbəkəsinin ABŞ-nin “İnternews”, USAİD, Alman Marşal Fondu, Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi”, NESEHNUTİ,  “People in Need” təşkilatları, həmçinin,  “Beynəlxalq Fakt Yoxla Platforması”,  “OCCRP”  layihələri ilə əməkdaşlıq edərək, qarşılığında “qrant” vəsaitləri almaları, bu qrantları qeydiyyatdan yayındırmaları, maliyyə vəsaitlərini xarici banklarda açdıqları hesablar üzərindən götürmələri barədə faktlar artıq ictimaiyyətə bəllidir. 

Ölkəmizdə fəaliyyət göstərən bir sıra QHT-lərlə bağlı başladılan cinayət işinə dair maraqlı detallar məlum olub.  

Belə ki, “LD KONSALTİNQ” MMC və Hüquq və İnkişaf ictimai birliyinin rəhbəri Hafiz Həsənov, “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd (Altay) Məmmədzadə və başqalarının ABŞ-nin Alman Marşal Fondu vasitəsilə qeyri-qanuni vəsaitlər əldə etməsi aşkarlanıb. Etibarlı mənbələrdən məlum olur ki, Hafiz Həsənovun və əlbir olduğu digərlərinin dövlət mənafeləri ziddinə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla bağlılığı, onlardan qeyri-qanuni şəkildə pul vəsaitləri əldə etməsi sübuta yetirilib. Yəni Azərbaycanda müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmamaqla qanunvericiliyə zidd və “xidmət müqaviləsi” adı altında pərdələnərək qrant vəsaitləri əldə edilib. Yuxarıda adları qeyd olunan Hafiz Həsənov, Bəşir Süleymanlı, Məmməd (Altay) Məmmədzadə, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin rəhbəri Günel Səfərova, “Coders Azerbaijan” şirkətinin icraçı direktoru Riyad Ağazadə, Murad Ağazadə və digər şəxslər, eləcə də “Var və Yox” MMC-nin direktoru Sitarə İbrahimbəyli əlbir olublar. Bu şəxslərə ABŞ-nin Alman Marşal Fondunun Azərbaycanda qeyri-rəsmi fəaliyyət göstərən məsləhətçisi Mehriban Rəhimli vasitəsi ilə pul göndərilib. Həmin pul vəsaitləri üzrə qanunsuz maliyyə əməliyyatlarının aparılması həyata keçirilib.

Belə ki, Hafiz Həsənov fiziki şəxs qismində dövlət qeydiyyatından keçdikdən sonra özü və rəhbəri olduğu "LD KONSALTİNQ" MMC ilə ABŞ-nin Alman Marşal Fondu arasında 2019- 2024-cü illər ərzində bağladığı müqavilələr əsasında, Mehriban Rəhimli isə Alman Marşal Fondunun Azərbaycanda qeyri-rəsmi fəaliyyət göstərən məsləhətçisi, nümayəndəsi kimi adları yuxarıda çəkilən və hazırda müəyyənləşdirilməsi davam edən digər şəxslərlə qabaqcadan əlbir olaraq qanunsuz əməllər törədiblər. Fondla bu şəxslər arasında 2019-2024-cü illər ərzində “xidmət müqavilələri” adı altında saxta formada rəsmiləşdirilmə aparılaraq dövlət qeydiyyatına alınmayan müqavilələr tərtib edilib. Həmin müqavilələr üzrə guya ayrı-ayrı beynəlxalq təşkilatlara xidmət göstərilməsi görüntüsü yaradılıb, xeyli miqdarda qrant vəsaitinin əldə edilməsinə nail olunub. Üstəlik, bu vəsaitləri cinayət yolu ilə qazandıqlarını bildikləri halda həmin pul vəsaitləri ilə maliyyə əməliyyatları aparmaqla bunu leqallaşdırıblar. 

Hafiz Həsənovun “xidmət müqaviləsi” adı altında əldə etdiyi qrant vəsaitlərini onu maliyyələşdirən təşkilatların mənafe və tapşırıqlarına uyğun şəkildə gizli, eləcə də açıq formada ayrı-ayrı həssas qrupların, sosial təbəqələrin hüquq müdafiəsi adı altında ictimai-siyasi sabitliyin pozulması məqsədləri üçün xərcləməsi də üzə çıxıb. Mehriban Rəhimlinin isə qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə həmin vəsaiti ABŞ-nin Alman Marşal Fondu tərəfindən ölkə ərazisində qeyri-ənənəvi icmaların yaradılması və dəstəklənməsi, daxili və xarici siyasətə müdaxilə edə biləcək qüvvələrin formalaşdırılması və maliyyələşdirilməsi, Azərbaycan xalqına məxsus mənəvi dəyərlərin zəiflədilməsi və digər bu kimi istiqamətlərə sərf etməsi müəyyən edilib. Eyni zamanda Leyli Qafarova tərəfindən yaradılan "Salam Cinema" MMC-nin “Bir zamanlar Şanxayda" və digər adlar altında çəkdiyi kiçik həcmli kinolarda milli dəyərlərin alçaldılması, paytaxtda qanunsuzluğun hökm sürməsi, eləcə də cəmiyyətdə formalaşmış mənəvi dəyərləri aşağılayan fikirlər təlqin edilib. Hazırda Baş Prokurorluğun İstintaq İdarəsində başlanan cinayət işi ilə bağlı ibtidai istintaq aparılır, araşdırmalar davam edir və qanunsuz müqavilələr üzrə qrant vəsaiti alaraq Azərbaycan dövləti, cəmiyyəti əleyhinə fəaliyyət göstərən şəxslərin, habelə buna şərait yaratmış vətəndaş cəmiyyəti qurumlarının, o cümlədən bank əməkdaşlarının ifşa olunması, cinayət məsuliyyətinə cəlb edilməsinin təmin olunacağı heç bir şübhə doğurmur. Təbii ki, istintaq maddi maraqlarını dövlət maraqlarından üstün tutan bir sıra QHT-lər, onların rəhbərləri, həmçinin xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətlərindəki qanun pozuntularını, cinayət  əməllərini tam üzə çıxaracaq. Çünki başda qanun və ölkəmizin təhlükəsizliyi, həmçinin dövlətimizin mənafeyi xaricdən ixrac olunan təhlükəli planları pozmağı, siyasi sabitliyi möhkəm qorumağı tələb edir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Mart 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri