Icma.az
close
up
RU
QHT lərlə bağlı cinayət işi başlandı Həbs edilənlər var

QHT lərlə bağlı cinayət işi başlandı Həbs edilənlər var

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı cinayət işi başlanıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2 , 213.1 , 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Cinayət işi Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarını araşdırır.

Qrantlar necə verilib?

Əldə etdiyimiz məlumata görə, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda qeydiyyatdan keçməmiş "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, " Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli, "İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Məmmədzadəyə ( Məmməd Alpay) və daha bir neçə nəfər müxtəlif adlar altında qanunsuz qrant vəsaitləri alıblar. Bu vəsaitlər Ədliyyə Nazirliyi və digər icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçməyib, ölkə qanunvericiliyinə zidd olaraq, "xidmət müqaviləsi" adı altında ayrılıb və ölkəyə göndərilib.

Məlumata görə, 2020-2021-ci illərdə Bəşir Süleymanlı və Məmməd Alpay fiziki şəxs kimi ABŞ-ın Alman Marşal Fondu ilə xidmət müqavilələri adı altında dövlət qeydiyyatına alınmayan müqavilələr tərtib ediblər. Sübhan Həsənli isə eyni formada ABŞ-ın " FH1360 " humanitar təşkilatı, Müharibə və Sülh Hesabatı İnstitutu ilə müqavilələr bağlayıb.

Guya bu şəxslər ayrı-ayrı beynəlxalq təşkilatlara xidmət göstəriblər və bunun əvəzində "xidmət haqqı" alıblar. Əslində isə qrantlar bu adla rəsmiləşdirilib, daha sonra isə həmin vəsaitlərlə maliyyə əməliyyatları aparıb, leqallaşdırıblar.

"No war" və LGBT təbliğatı üçün ayrılan pullar

Leqallaşdırılan vəsaitlər isə maliyyə ayıran beynəlxalq təşkilatların tapşırığı ilə həssas sosial təbəqələrin "hüquq müdafiəsi" adı altında ictimai - siyasi sabitliyin pozulması üçün xərclənib. Bu vəsaitlər daha " No war " , " LGTB " , " ultra liberal " düşüncəsinin dəstəklənməsi, mental dəyərlərə qarşı əks təbliğat aparılması üçün sərf olunub. Daha çox isə bu qruplar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün əleyhinə yönəlmiş fəaliyyətin qurulmasına xərclənib.

Bəşir Süleymanlı və Məmməd Alpay barədə həbs

Dünən Məmməd Alpay ( Məmmədzadə) və Bəşir Süleymanlı Cinayət Məcəlləsinin 193-1.3.2 ( cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma ), 308.2 ( ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui - istifadə etmə ) və 313 - cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Bu şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sübhan Həsənli istintaqdan qaçıb

Sübhan Həsənli də Cinayət Məcəlləsinin 193-1.2.3 (öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 və 313 - cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Lakin o, istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilib. Onun barəsində də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Maliyyəni leqallaşdırmağa kömək edən qurumlar və banklar araşdırılır

Qanunsuz müqavilələrlə qrant vəsaiti alaraq Azərbaycana gətirən şəxslərlə bağlı istintaq araşdırması davam edir. Araşdırma təkcə bu fəaliyyətlə məşğul olan QHT-ləri və onların rəhbərlərini əhatə etmir. Bu fəaliyyətə şərait yaratmış qurumlar, o cümlədən bank əməkdaşlarının da cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində işlər görülür.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Mart 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri