Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

QHT sədri Anar Xəlilov: “Bu təxribatları yaradanlar yalnız vətəndaş qarşıdurması yaratmaq istəyirlər”

QHT sədri Anar Xəlilov: “Bu təxribatları yaradanlar yalnız vətəndaş qarşıdurması yaratmaq istəyirlər”

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov QHT.az-a açıqlamasında “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən köçürülmə və bərpa prosesinə dair fikirlərini bölüşüb.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir, infrastruktur layihələri icra olunur və yaşayış məskənləri yenidən qurulur. Buna uyğun olaraq da növbəli şəkildə keçmiş məcburi köçkünlər öz yurdlarına geri qaytarılır:

"Burada da əsas olaraq ilk növbədə ağır şəraitdə yaşayanlar, yataqxana, sanatoriya binalarında məskunlaşanlar, digər şəxslərin mənzillərini müvəqqəti tutanlar köçürülür. Bu ardıcıllıqla köç prossesi aparılır və tikilən evlər püşkatma vasitəsilə verilir. Komitə yanında İctimai Şura olaraq bu prossesi yaxından izləyirik. Prosses ədalətli, şəffaf və qanuna uyğun aparılır. Komitə yanında İctimai Şuranın üzvləri QHT-dan və Qarabağ müharibəsi iştirakçılarından ibarətdir. Bu isə QHT- nın bu prossesdə yaxından iştirakına böyük imkan yaradır. Eyni zamanda nəzərə almalıyıq ki, İctimai Şura ölkəmizdə fəaliyyət göstərən digər Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə də sıx işləyir. Bu bizlərə imkan verir ki, Vətəndaş cəmiyyəti institutları da yaxından bu prossesə öz töhfələrini versin. Biz hər zaman bizə müraciət edən QHT-nın nümayəndələrinə Komitə ilə əməkdaşlıq etməyə köməklik edirik. Komitə rəhbərliyi də bunu dəstəkləyir və əməkdaşlığa hazırdır. Sadəcə bəzən QHT-nın bəzilərinin müraciətlərinin məzmununa diqqət edəndə daha çox şəxsi xarakterli və ya yeni dövrün tələbləri ilə uzlaşmayan müraciətlər olduğuna rast gəlirik. Mən demirəm şəxsi müraciətlər olmaz sadəcə qanuna uyğun olmalıdır. Bu gün bizim Vətəndaş cəmiyyəti institutlarından daha çox gözləntimiz sosial xarakterli layihələrdir".

Anar Xəlilov qeyd edib ki, bu gün daha çox o ərazilərə getməyə, orada hansısa humanitar xarakterli layihələr həyata keçirməyə üstünlük verilir:

"Bu da lazımdı etiraz etmirəm. Amma düşünürəm ki, sosial-iqtisadi layihələrə üstünlük vermək lazımdır. Söhbət xırda layihələrdən getmir. Bilirik ki, büdcəsi daha çox olan layihələri də QHT- ı icra edir bu layihələri ora yönləndirmək lazımdır. Kiçik sahibkarlığın yaradılmasında QHT-nın köçən əhaliyə böyük dəstəyi ola bilər. Bu sahədə ixtisaslaşmış QHT-ə var. Amma nədənsə bu prossesdə mən onları az görürəm. Bəlkə də var amma təbliğatları zəifdir ya da əməkdaşlığa maraqlı deyillər. Hesab edirəm ki, xarici investisiyaların da cəlb edilməsində QHT-nın rolu olmalıdır. Əgər prosses şəffadırsa, qanuna zidd heç nə yoxdursa onların bu sahədə fəaliyyətlərində heç bir məhdudiyyət yoxdur. Əksinə bununla biz "Böyük Qayıdış" prossesinə böyük təkan verərik. Nəzərə almaq lazımdır ki, Dövlətimiz bu gün bərpa prossesini öz gücü ilə tək aparır. Fürsətdən istifadə edib bir məsələyə də toxunmaq istəyirəm. Son vaxtlar sosial şəbəkələrdə məcburi köçkünlərlə bağlı təxribat xarakterli bir çox çıxışlar baş veri. Açıq deyirəm bu təxribatdır. Hüquq mühafizə orqanlarına bunu araşdırmağı mən də öz növbəmdə xahiş edirəm. Yuxarıda mən köç prossesinin ardıcıllığını izah etdim. Buna uyğun olaraq da köç aparılır və heç kim də köçməkdən imtina etmir. Dünən də izlədiz ki, ilk dəfə olaraq 10-yaxın yaşayış məskənlərimizə köç eyni vaxtda oldu. Cənab Prezident özü onların qonağı oldu və bu kəndlərdə gedən işlərlə tanış oldu. Yeni qəsəbənin təməlini qoydu. Bərpa işləri sürətlə gedir köç davam edir.

Bu təxribatların isə heç bir cavabı yoxdu Əvvəla köçkünlər də Azərbaycan vətəndaşıdır və konstitusiya uyğun olaraq hüquqları hamı ilə bərabərdir. Evləri hazır olanda da köçürürlər. Getməsələr belə əgər evi tikilibsə öz hüququdur amma məskunlaşdığı mənzili dərhal təhvil verməlidir. Qanun bunu deyir və buna da əməl olunur. Kim əməl etmirsə məhkəməyə verilir. Yoxsa kiminsə bundan istifadə edib özünə tribuna qazanmasına və ya təxribat aparmasına ixtiyarı yoxdur və məsuliyyət daşıyır. Biz hüquqi dövlətdə yaşayırıq hər bir məsələnin hüquqi həlli var. Bu təxribatları yaradanlar ancaq vətəndaş qarşıdurması yaratmaq niyyətində olan şəxslərdir".

Anar Xəlilov sonda arzu edib ki, bərpa işləri daha da sürətlənsin və keçmiş məcburi köçkünlər doğma yurdlarına sevinclə qayıdaraq illərdir onları dəstəkləyən yerli sakinləri yeni evlərində qonaq etsinlər:

"Köçkünlər uzun illər məskunlaşdığı ərazilərdə yerli vətəndaşlarla mehriban yaşayıb və yerlilərə onlara dəstək göstərdiklərinə görə daim minnətdardılar. Eyni zamanda keçmiş köçkünlər həmişə Dövlət qayğısında da olublar. Arzu edirəm ki, yaşayış məskənlərimiz tezliklə daha sürətlə bərpa olsun və köçkünlərimiz söz-söhbətsiz sevinclə öz yurdlarına qayıdıb onları xoş qarşılamış yerliləri öz evlərinə qonaq dəvət etsinlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Sentyabr 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see230

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see223

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see172

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see170

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see157

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri