Icma.az
close
up
RU
QHT sədri “Eko Avrasiya”nın beynəlxalq toplantısına dəvət alıb

QHT sədri “Eko Avrasiya”nın beynəlxalq toplantısına dəvət alıb

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin tanınmış vətəndaş cəmiyyəti institutlarından olan “Eko–Avrasiya”nın (“Avrasiya İqtisadi Əlaqələr” İctimai Birliyinin) sədri Hikmət Ərən ölkəmizdə səfərdədir. Qeyd edək ki, Dr. Hikmət Ərən, həm də  Kuzey Kıprıs Türk Cümhuriyyəti  Cümhurbaşqanlığı Yurtdışı Kıbrıslı Türklər Komitəsinin üzvüdür.

Səfər çərçivəsində qonaq “Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova ilə görüşüb. 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlığın perspektivləri müzakirə edilib. Söhbət zamanı Türk dünyasının yaxın keçmişi, bu günü və gələcəyi, bir sözlə, “ortaq keçmişdən ortaq gələcəyə” gedən ulu yolla bağlı maraqlı fikir mübadiləsi aparılıb. 

Türk dünyası ziyalıları və konstruktiv mövqeli vətəndaş cəmiyyəti institutları ilə səmərəli işbirliyinə önəm verən Arzu Bağırova Hikmət Ərənə RHİM İB- nin plaketini təqdim edib, ona Azərbaycanla qarşılıqlı fəaliyyətində yeni uğurlar arzulayıb.

RHİM İB-nin fəaliyyətinə yaxından bələd olduğunu bildirən Hikmət Ərən, birliyin öz adına, mandatına uyğun, səmərəli çalışmalarını təqdir edərək, təşkilatın timsalında Azərbaycanın bütün konstruktiv mövqeli ictimai birliklərinə yeni uğurlar diləyib.

Hikmət Ərən Arzu Bağırovanı “Eko–Avrasiya”nın bu ilin may ayında Ankarada keçirəcəyi beynəlxalq toplantıya dəvət edib.

Qardaş ölkələrin QHT-lərinin, o cümlədən iqtisadiyönümlü təşkilatların işbirliyinin önəminə vurğu edilən görüşdə, RHİMİB ilə “Eko–Avrasiya” arasında birgə çalışmalara dair Anlaşma imzalanması barədə razılıq əldə edilib.

Sonra, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) başqanı İntiqam Yaşar və digər görüş iştirakçıları öz ürək sözlərini bölüşüblər. 

İntiqam Yaşar DGTYB-nin müvafiq “Fəxri Fərman”ını Hikmət Ərənə təqdim edib.

Z.BƏŞİRQIZI

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see134

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see134

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see123

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see119

Son xəbərdarlıq: ABŞ Rusiyanın yanında, Avropaya qarşı

06 Dekabr 2025 21:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri