Icma.az
close
up
RU
QHT sektoru Azərbaycanın inkişafı siyasəti ilə ayaqlaşır, ahəngdar irəliləyir

QHT sektoru Azərbaycanın inkişafı siyasəti ilə ayaqlaşır, ahəngdar irəliləyir

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Konstitusiya və Suverenlik İli” çərçivəsində Xankəndində keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu milli QHT sektorunun əldə etdiyi nailiyyətləri, uğurları, gələcəyə baxışı, aktual trendləri, hədəfləri və aşmalı olduğumuz əngəlləri bir daha aydın görməyə imkan verdi.
QHT sektorunun inkişafı, artan ambisiyaları, yüksələn peşəkarlığı artıq göz qabağındadır. Əvvəlki dövrlərdə biz ayrı-ayrı nümunələrlə bu inkişafı, tərəqqini göstərir, təhlil edir və diqqətə çatdırırdıq. İndi isə artıq tərəqqi o miqyasdadır ki, aşkar görünür, biz artıq meyillərdən deyil, bütövlükdə QHT sektorunda özünü biruzə verən irəliləyişdən danışırıq. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin xaricdə keçirdiyi tədbirlərin sayı əvvəlki illərlə müqayisədə 3.5 dəfə artıb. Əgər 2022-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-ləri cəmi 1 xarici ölkədə 7 tədbir keçirmişdisə, 2024-cü ildə 7 xarici ölkədə 25 tədbir baş tutub. 2025-ci ildə isə bu göstəricilər daha yüksək olacaq. Bu günlərdə ilk dəfə BMT Baş katibi öz hesabatında “Bakı Təşəbbüs Qrupu”nun yaydığı hesabata istinad edib. Bu, ciddi nəticədir.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyi isə son 35 ildə ilk dəfə BMT-nin Avropa Ofisində qəbul edilib, dinlənilib.
Medianın İnkişafı Agentliyinin monitorinqləri göstərir ki, 2025-ci ilin ilk 9 ayı ərzində respublika üzrə veb-saytlarda mətnində “QHT” sözü olan 11441 link aşkar olunub. Bu, həmin dövr ərzində veb saytların yaydığı informasiyanın təxminən 9%-i anlamındadır. Bu linklərdən 2912-sinin xəbər başlığında “QHT” ifadəsi yer alır.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət proqramlarının icrasında lider mövqeyini qoruyub saxlayır.
Bu il QHT sektorumuz müstəqillik dövrümüzün ən böyük nailiyyətinə imza atdı. Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu. Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkə indiyədək mövcud olmayıb. İlk dəfədir ki, Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsini əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanır və 116 ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platforma təsis edir. Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən 116-sının vətəndaş cəmiyyəti nümayəndələrinin bu tərkibdə yer alması nəinki Azərbaycan, Qlobal Cənub miqyasında rast gəlinməyən məxsusi hadisədir.
Azərbaycandan irəli sürülən və Bakıda reallaşdırılan təşəbbüslə Qlobal Cənub QHT Platformasının yaranması lokal çərçivədən qlobal arenaya çıxışımızı bariz şəkildə nümayiş etdirdi. Əminliklə deyə bilərik ki, QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətini gücləndirilməsinə effektiv yardım göstərməyə qədər inkişaf edib, yeni keyfiyyət qazanıb. QHT-lər diplomatik resurs və yumşaq güc aktoruna çevrilir. Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb, qlobal təşəbbüslər irəli sürmək, reallaşdırmaq, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib.
Bu forum bir daha göstərdi ki, QHT sektoru milli suverenliyin dayaqlarından biridir. Bu, həm də QHT sektorunun özünə inamının, potensialının və məsuliyyətinin yeni səviyyəsidir.
Forumdakı müzakirələr nümayiş etdirdi ki, QHT sektoru Azərbaycanın inkişafı siyasəti ilə ayaqlaşır, ahəngdar irəliləyir, yeni çağırışları qəbul etməyə hazırdır. Bu ən böyük uğurumuzdur.
İldən ilə ambisiyaların artması xüsusi qeyd edilməlidir. Təsadüfi deyil, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrində layihənin xarici tərəfdaşla icrası şərtinin olması tam təbii qarşılanır. İki-üç il əvvəl isə bu rezonans doğururdu...
Forumun təşkili, keçirilməsi ilə əlaqədar hər il daha yüksək standart, proqram, təşkilatçılıq nümayiş etdirilir. Agentliyin komandası yüksək professionallıqla 300-dən çox nümayəndənin, yüksək səviyyəli qonaqların iştirak etdiyi bu mötəbər tədbiri detallarına qədər düşünmüşdü.
Bütün bunlar Azərbaycan Prezidentinin, onun rəhbərliyi, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğur hekayəsidir. Qarabağ zəfərinin yaratdığı yeni reallığın, gücün göstəricisi, tarixi nailiyyətdir.
Zaur İbrahimli, Milli QHT Forumunun İdarə Heyətinin üzvü
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Oktyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri