Icma.az
close
up
RU
Qida əlavələrinin istehsalı insan sağlamlığına təsir göstərir AYDINLIQ GƏTİRİLDİ

Qida əlavələrinin istehsalı insan sağlamlığına təsir göstərir AYDINLIQ GƏTİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Qida əlavələrinin istehsalı insan sağlamlığına iki yolla təsir göstərir. Onlardan biri — təbii mənbələrdən, təbii yollarla ekstraksiya və sonrakı texnoloji emal vasitəsilə; digəri isə kimyəvi sintez yolu ilə təbii qida əlavələrinin əldə olunmasıdır". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Elsəvər Fərzəliyev deyib.

Onun sözlərinə görə, təbii texnoloji üsullarla əldə edilən qida əlavələrinin qida məhsullarına əlavə edilməsi, onların insan orqanizminə müsbət təsir göstərməsi və müəyyən tələbatları ödəməsi normal və qəbulolunan sayılır: "Lakin kimyəvi sintez yolu ilə əldə edilən qida əlavələri — o cümlədən proteinlər, protein tozları, qida boyaları, tatlandırıcılar (şirinləşdiricilər), aromatizatorlar və digər sintetik əlavələr — insan orqanizminə zərərli təsir göstərə bilər. Bunun səbəbi ondan ibarətdir ki, bir çox hallarda orqanizm bu əlavələri qəbul edə bilmir, onlar bədənə balast maddə kimi daxil olub orqanizmdən xaric olunur. Bəzi hallarda isə bu maddələr müəyyən xəstəliklərin yaranmasına şərait yaradır. Həmçinin, belə əlavələr orqanizmin maddələr mübadiləsinə daxil olmadığı üçün əlavə enerji sərfiyyatına səbəb olur və nəticədə orqanizmin zəifləməsinə gətirib çıxarır.

Qida əlavələrinin təbii mənbələrdən əldə olunması isə daha məqsədəuyğun və tövsiyə edilən üsuldur. Hazırda bu istiqamətdə aparılan elmi-tədqiqat işlərinin nəticələri göstərir ki, təbii mənbələrdən qida əlavələrinin istehsalı mümkündür və bu, insan sağlamlığı baxımından daha təhlükəsiz hesab olunur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri