Qida məhsullarının qiymətini qaldıra biləcək yeni qaydalar gəlir Açıqlama
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Azərbaycanda ev şəraitində hazırlanan qida məhsullarının satışı üçün yeni qaydaların hazırlanması planlaşdırılır. Bu addım bulka, peraşki, turşu, tort və digər məhsulların qiymətinə, eləcə də kiçik istehsalçıların gəlirlərinə təsir göstərə bilər.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, yüzlərlə ailə yüzillərdir ev şəraitində turşular, mürəbbələr və digər məhsullar hazırlayıb.

Onun sözlərinə görə, ailələr özləri də istifadə ediblər, satışa da çıxarıblar:
“Bu məsələnin necə həyata keçiriləcəyi ilə bağlı suallar açıq qalır. Belə həddindən artıq tənzimləmə və nəzarət mexanizmlərinin yaradılmasını heç doğru hesab etmirəm. Əlbəttə, dövlətin ədalətli və effektiv nəzarət sistemi olmalıdır. Amma düşünürəm ki, burada istehlakçı şikayətlərinə əsaslanan mexanizm daha düzgün yanaşma ola bilər.
Yəni müştəri məhsulu alır, istifadə edir və bundan razıdırsa, niyə həmin fəaliyyətlə bağlı bu qədər ciddi standartlar və nəzarət mexanizmləri yaradılmalıdır? Əgər konkret məhsulla bağlı problem yaranırsa və ya istehlakçı şikayət edirsə, həmin şikayət əsasında araşdırma və nəzarətin həyata keçirilməsi daha məqsədəuyğun ola bilər.
Çünki bu cür əlavə tələblər və nəzarət mexanizmləri nəticə etibarilə əlavə xərc deməkdir. Xüsusilə də ev şəraitində kiçik həcmdə məhsul hazırlayıb satan insanlar üçün bu xərclər ciddi yük yarada bilər.
Həddindən artıq tənzimləmə insanların belə kiçik fəaliyyətlə məşğul olmasını da çətinləşdirə bilər.
Bundan başqa, çoxsaylı yoxlama və nəzarət mexanizmlərinin yaradılması korrupsiya üçün əlavə imkanlar da yarada bilər. Ona görə də nəzarət sistemi elə qurulmalıdır ki, həm istehlakçının hüquqları və sağlamlığı qorunsun, həm də vətəndaşların üzərinə həddindən artıq yük qoyulmasın.
Yəni əsas məsələ nəzarətin ümumiyyətlə olmaması deyil. Dövlət, təbii ki, istehlakçıların təhlükəsizliyini təmin etməlidir. Amma bu nəzarət real risklərə, konkret şikayətlərə və əsaslandırılmış hallara uyğun həyata keçirilməlidir. Ona görə də bu tipli qaydaların Azərbaycanda bu formada tətbiqini o qədər də doğru saymıram”, - deyə Natiq Cəfərli fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Beyni gücləndirən təbii qida Açıqlama
08 Sentyabr 2025 20:01
Süni qida məhsullarının istehsalı və satışı ilə bağlı qaydalar sərtləşdirildi
16 İyul 2026 04:37
Ərzaq məhsullarının qiyməti artacaqmı? Açıqlama
24 Noyabr 2024 10:07
Qida zəhərlənmələri niyə artır? Professordan açıqlama
10 Mart 2025 12:22
Yeni rüsumlar toxumun qiymətini bahalaşdıra bilərmi? Ekspertdən açıqlama
14 Avqust 2026 17:35
Baxış sayı:109
Bu xəbər 11 Sentyabr 2026 22:05 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları