Icma.az
close
up
RU
Qida rasionumuz dəyişir Son illər hansı qidalara tələbat artıb, hansılara azalıb...

Qida rasionumuz dəyişir Son illər hansı qidalara tələbat artıb, hansılara azalıb...

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Son 10 ildə əhalinin qida məhsulları ilə təminatında əhəmiyyətli dəyişikliklər baş verib. Bu dəyişikliklər yalnız bir neçə məhsulun istehlakının artması və ya azalması ilə bağlı deyil, həm də insanların qida vərdişlərinin və həyat tərzlərinin necə dəyişdiyini göstərir. 2013-2023-cü illərdə qida rasionunda baş verən dəyişikliklər insanların nə yediklərini, necə yediklərini və nələri daha çox seçdiklərini aydın şəkildə ortaya qoyur.

Un və çörək

Modern.az saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 10 ildə un istehlakı 54 kiloqramdan 43 kiloqrama düşüb. Yarmalar üzrə vəziyyət ciddi şəkildə dəyişməyib və adambaşına 2-2,1 kiloqram olub. Bu, un istehlakında azalma olduğunu göstərir və insanların çox alternativ məhsullara yönəldiklərini göstərir. Azalma çörəkdən istifadədə də özünü göstərib. Bu müddətdə çörək adambaşına 125,6 kiloqramdan 116,6 kiloqrama düşüb.

Düyü və makaron

Un və çörək getdikcə yerini düyü və makarona verir. Məlumatlardan görünür ki, adamnaşına düyü istehlakı son 10 ildə 3,4 kiloqramdan 6,4 kiloqrama yüksəlib. Təxminən 2 dəfəyədək artım müasir qida mədəniyyətində düyü ilə bağlı müxtəlif yeməklərə olan maraqla bağlıdır. Makarondan istifadə də 2 dəfədən çox artıb və hazlırda bir nəfər ildə orta hesabla 3,4 kiloqram makaron yeyir. 

Şirniyyat

Son 10 ildə tort və şirin çörək istehlakı cəmi 100 qram artaraq adambaşına 7.2 kiloqrama yüksəlib. Maraqlıdır ki, suxarı və peçenye istehsalı ilə bağlı istehlak 3 dəfədən çox arataraq 1,2 kiloqramdan 3,9 kiloqrama qalxıb. Bu uzun müddət saxlana bilən şirin qənnadı məmulatlarına marağın artmasını göstərir. Şokolad və kakao istehlakının 2,6 kiloqramdan 3,7 kiloqrama qalxması şirin və dadlı məhsullara tələbatın artdığını göstərir.

Yağlar

Yağ istehlakında əhəmiyyətli dəyiçikliklər müşahidə olunur. 10 il əvvəl adambaşına ildə 4,7 kiloqram kərə yağı yeyilirdisə, hazırda bu rəqəm 3,9 kiloqrama enib. Maraqlıdır ki, kərə yağında olduğu kimi, bitki yağlarından da istifadə 8,8 kiloqramdan 8,2 kiloqrama düşüb. Əvəzində marqarindən istifadə 2,6 kiloqramdan 4,1 kiloqrama yüksəlib.

Şirələr və konservlər

Son illər konservlləşdirilmiş məhsullara tələbat artır. 10 il əvvəllə müqayisədə meyvə və tərəvəz konservlərinindən istifadə 14 kiloqramdan 19,6 kiloqrama yüksəlib. Meyvə və tərəvəz şirələrinin istehlakı isə 2,8 kiloqramdan 3,4 kiloqramadək artıb. 

Süd və süd məhsulları

Son 10 il müddətində yağlılığı 1-6 faiz olan süd və qaymağın istehlakı 2 kiloqram azalaraq 87,7 kiloqrama düşüb. Yağlılığı 6 faizdən çox olan süd və qaymaq məhsullarının istehlakı isə 0,5 kiloqramdan 1,0 kiloqrama yüksəlib. Bütün növ pendirlərdən istifadə 6,1 kiloqramdan 6,2 kiloqrama yüksəlib. Lakin qatıq, qaymaq və yoğurt istehlakı 16,2 kiloqramdan 15,5 kiloqrama enib.

Şəkər, çay, duz

Şəkərdən istifadə cüzi də olsa artıb - 24,5 kiloqramdan 25,3 kiloqrama yüksəlib. Çay istehlakı isə sabitdir və ildə adambaşına 1,3 kiloqram quru çaydan istifadə edirik. Təəssüf ki, duzdan istifadə ilbəil artır. Əgıər 10 il əvvəl 1 nəfər ildə 4 kiloqram duzdan istifadə edirdisə, hazırda bu göstərici 5,8 kiloqram təşkil edir.

Bu arada şirinləşdirilmiş qazlı suların istehlakının 50 faiz artaraq 3,1 dekalitrdən 4,6 dekalitrə yüksəlməsi diqqət çəkir

Meyvə və tərəvəz məhsulları
Ötən dövrdə meyvə və giləmeyvə istehlakı isə nisbətən sabit qalır. 67 kiloqram olan istehlak 69,6 kiloqrama yüksəlib. Tərəvəzlərdə isə müxtəlif meyllər müşahidə olunub. Paxlalı məhsullarının istehlakı 10 ildə 3,2 kiloqramdan 3 kiloqrama düşüb. Əvəzində kartof istehlakı 74,5 kiloqramdan 83,9 kiloqrama qalxıb. 2013-cü ildə adambaşına 112,1 kiloqram tərəvəz yeyilirdisə, indi bu rəqəm 139,3 kiloqrama çatıb. Pomidor istehlakı da  əhəmiyyətli artım nümayiş etdirib. 2013-cü ildə 44,8 kiloqram olan pomidor istehlakı 2023-cü ildə 61,8 kiloqrama yüksəlib. Ötən dövrdə bostan məhsullarından istifadə  39,7 kiloqramdan 35,8 kiloqrama enib.

Ət məhsulları, balıq və yumurta

Son illər ərzində heyvandarlıq məhsullarının istehlakında əhəmiyyətli dəyişikliklər müşahidə olunur.
Ümumilikdə ət və ət məhsullarının istehlakı 33,2 kiloqramdan 43,5 kiloqrama qədər artıb. Bu dövrdə mal əti 15 kiloqramdan 16,9 kiloqrama, qoyun əti 7,8 kiloqramdan 9,2 kiloqrama, toyuq əti isə 60 faiz artaraq 10,3 kiloqramdan 16,4 kiloqrama yüksəlib. Balıq məhsullarında artım az olub və 7,5 kiloqramdan 8 kiloqrama yüksəlib.
Son 10 ildə qida istehlakında baş verənlər əhalinin həyat tərzindəki dəyişikliklər və yeni qida vərdişləri ilə əlaqəli olan əhəmiyyətli meylləri ortaya qoyur. Bu dəyişikliklər bir tərəfdən daha sağlam qidalanma tələbatının artması ilə, digər tərəfdən müasir qida mədəniyyətinin yeni trendləri ilə əlaqələndirilə bilər.

Un və çörək istehlakında azalma insanların daha çox müxtəlif alternativlərə yönəlməsindən, xüsusən düyü və makaron kimi məhsullara olan tələbatın artmasından irəli gəlir. Düyü və makaron istehlakının əhəmiyyətli şəkildə yüksəlməsi bu məhsulların müxtəlif yeməklərdə istifadə olunduğuna, həmçinin daha asan hazırlanması və daha uzun müddət saxlanması kimi üstünlüklərinə işarə edir.

Kərə yağı və bitki yağlarından istifadənin azalması əsasən iqtisadi amillərlə əlaqələndirilir. Çünki son illər bu məhsulların qiymətlərində ciddi artımlar müşahidə olunub.

Şirin məhsullara olan maraq artmaqda davam edir .Lakin bu artım, eyni zamanda, sağlamlıqla bağlı narahatlıqları da gündəmə gətirir, çünki şəkər və duz istehlakının da yüksəlməsi bəzi qida məhsullarının sağlamlıq üzərindəki təsirini sual altına alır.

Süd və süd məhsulları sahəsindəki dəyişikliklər ənənəvi süd və yoğurt məhsullarının istehlakının azaldığını, ancaq pendir və digər daha zəngin məhsullara olan tələbatın artdığını göstərir. Bu, insanların qida vərdişlərindəki dəyişikliklərə, yeni məhsulların bazara girməsinə işarə edir.

Meyvə və tərəvəz istehlakında da müsbət artım müşahidə olunur, xüsusən tərəvəzlərə olan tələbatın əhəmiyyətli dərəcədə artması insanların daha balanslı və vitaminlə zəngin qidalar istehlak etməyə yönəldiklərini göstərir.

Heyvandarlıq məhsullarında diqqətçəkən məqam quş ətindən istifadənin kəskin artmasıdır. Burada şübhəsiz ki qiymət amili mühüm rol oynayır.

Ümumiklikdə son 10 ildə qida istehlakında müşahidə olunan dəyişikliklər iqtisadi və sosial səbəblər, həyat tərzi və müasir trendlərlə bağlı olub. Qida istehlakı təkcə məişət məsələsi deyil, həm də cəmiyyətin sağlamlıq səviyyəsinin göstəricisidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Dekabr 2024 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri