Qidalar yalnız istehlak olunacaq qədər bişirilməlidir Mütəxəssis rəyi
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bəzi qidalar yay mövsümündə, yüksək temperaturda daha tez xarab olmağa meyillidir. Bu qidaların tərkibində mikroorqanizmlər, xüsusilə bakteriyalar, viruslar və kif göbələkləri asanlıqla çoxala bildiyi üçün qida zəhərlənməsi riskini artırır. Buna görə də həm çiy, həm də bişirilmiş qidaların saxlanılması zamanı soyuq qida zəncirinə ciddi şəkildə riayət olunmalıdır".
Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bunu 525.az-a deyib. Mütəxəssis bildirib ki, heyvan mənşəli qidalar zülalla zəngin olduqları üçün daha tez xarab olurlar. Bu qrupda ilk növbədə ət və ət məhsulları yer alır. İstər çiy ət, istər emal olunmuş ət məhsulları, istərsə də bişirilmiş ət yeməkləri düzgün şəraitdə saxlanılmalıdır. Qidalar yalnız istehlak olunacaq qədər bişirilməli, hazırlanma zamanı çiy məhsullarla təmasda olan doğrama lövhələri, bıçaqlar və digər mətbəx ləvazimatları təmiz saxlanmalıdır:
"Bişirmədən sonra da sanitariya və gigiyena qaydalarına əməl edilməlidir. Digər risk qrupuna süd və süd məhsulları daxildir. Bu məhsullar tez xarab olduğundan onların mənşəyi məlum olan yerlərdən alınması vacibdir. Təbii və konservantsız məhsullar daha qısa müddətdə xarab ola bildiyi üçün təzə halda istehlak edilməli və soyuducuda saxlanmalıdır.
Balıq və digər dəniz məhsulları da yüksək riskli qidalar sırasındadır. Bu məhsulları alarkən və qəbul edərkən onların təzəliyinə xüsusi diqqət yetirilməlidir".
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 23 İyun 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















