Qırmızı işığa səbri çatmayan sürücü əks yola çıxıb tıxac yaratdı 77 OJ 446 VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Nərimanov rayonunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 21-də saat 17:15 radələrində, Əbdüləzəl Dəmirçizadə və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb. Videodan göründüyü kimi, 77-QJ-446 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxıb.
Belə ki, o, işıqforun qırmızı işığında dayanmayaraq qarşı tərəfə keçib. Daha sonra yaşıl işığın yandığını görən sürücü yenidən öz zolağına qayıdıb və bu vaxt həmin zolaqdakı avtomobillərin hərəkətini ləngidib.
Təəssüf ki, bəzi sürücülər sıxlıq zamanı qayda pozaraq həm təhlükə yaradır, həm də tıxacın uzanmasına səbəb olurlar. Bu isə digər sürücülər tərəfindən mədəniyyətsizlik kimi qiymətləndirilir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 23 Sentyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















