“Qış fasiləsindən sonra heyətimiz zəiflədi, aparıcı futbolçular getdi” 0:5 üçün bu izahat?!
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əvəzedicilər liqasının 22-ci turunda liderliyə iddialı komandalar üz-üzə gəldi. “Sabah-2” “Turan Tovuz-2”ni darmadağın etdi (5:0). Meydan sahibləri bu qələbə hesabına “Turan Tovuz-2” ilə aradakı xal fərqini bir qədər də azaltdı.
“Turan Tovuz-2”nin baş məşqçisi Nizami Ocaqverdiyev sürpriz darmadağınla bağlı “Football-plus.az”a danışdı:
“Heyətimizdəki aparıcı futbolçular yoxdu. Komandanı yenidən formalaşdırırq. Bizə bir qədər zaman lazımdı. Hər şeyə yenidən başlayırıq. Toparlanmağa çalışacağıq. Xal ehtiyatını artırmaq niyyətindəyik. Hər şey futbolçuların tez püxtələşməsindən asılıdı. Qış fasiləsindən sonra heyətimiz zəiflədi, aparıcı futbolçular getdi. Onların yerini doldurmaq zaman tələb edir”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 14 Fevral 2025 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















