Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Qış fəsli yaxınlaşır Avropa hələ də hazır deyil...

Qış fəsli yaxınlaşır Avropa hələ də hazır deyil...

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Avropada son aylarda müşahidə olunan Rusiya mənşəli “hibrid müharibə” hadisələri qitə ölkələri arasında ciddi narahatlığa səbəb olub.

Dronların hava məkanını pozması, naviqasiya sistemlərinə müdaxilələr, kiberhücumlar və enerji infrastrukturuna yönələn diversiyalar regionun təhlükəsizlik sistemindəki boşluqları bir daha üzə çıxarıb.

Qış mövsümünün yaxınlaşdığı bir vaxtda bu hadisələr xüsusilə enerji təhlükəsizliyi baxımından ciddi risk yaradır. Modern.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.

Son həftələrdə Danimarka və Norveçdə hava limanlarının fəaliyyətini pozan dron hücumları, Estoniyanın hava məkanına daxil olan Rusiya qırıcıları və Şimal dənizindəki neft yataqları üzərində görünən pilotsuz uçuş aparatları Avropanın müdafiə sistemlərinin nə dərəcədə kövrək olduğunu göstərib.

Polşa isə sentyabrda hava məkanına daxil olan dronları vurmaq məcburiyyətində qalıb. Ümumilikdə, Skandinaviya və Baltikyanı ölkələrdə 30-dan çox oxşar hadisə qeydə alınıb.

Ekspertlər bildirirlər ki, bu tip “hibrid hücumlar”, yəni hərbi gücdən açıq istifadə etmədən, texnoloji və informasiya vasitələri ilə aparılan diversiya cəhdləri Rusiyanın Qərbə qarşı təsir mexanizmlərinin bir hissəsidir. Bu hücumlar NATO-nun birbaşa hərbi reaksiyasını tətikləmir, lakin enerji və kommunikasiya şəbəkələrinin sabitliyinə ciddi zərbə vurur.

Enerji infrastrukturu hələlik birbaşa hücumlara məruz qalmayıb, lakin risk böyükdür. Qitənin minlərlə kilometrlik qaz və elektrik xətləri, sualtı kabellər, LNG terminalları və külək parkları potensial hədəf kimi qalır. Keçmişdə buna bənzər hadisələr baş verib: 2024-cü ilin Miladında Rusiya ilə əlaqələndirilən tanker Finlandiya körfəzində lövbərini sürüyərək Finlandiya ilə Estoniya arasındakı Estlink-2 elektrik kabelini qoparmış, bir il əvvəl isə “Balticconnector” qaz kəməri zədələnmişdi.

Avropa İttifaqı və NATO bu risklər fonunda yeni müdafiə mexanizmləri üzərində işləyir. “Baltic Sentry” adlı təşəbbüslə Baltik dənizində dəniz nəzarəti gücləndirilib, həmçinin Avropa İttifaqının şərq sərhədləri boyunca “dron divarı” layihəsinin həyata keçirilməsi planlaşdırılır. Buna baxmayaraq, enerji və rabitə infrastrukturunun tam qorunması hələ də mümkün sayılmır.

Avropa qışa azalan qaz ehtiyatları ilə daxil olur, anbarların doluluq səviyyəsi son üç illə müqayisədə daha aşağıdır. Bu isə enerji tədarükündə mümkün fasilələrin qiymət artımı və istilik xərclərinin yüksəlməsi ilə nəticələnə biləcəyini göstərir.

Ekspertlər hesab edirlər ki, Avropa ölkələri qarşıdakı aylarda enerji mənbələrinin diversifikasiyasına, bərpa olunan enerjiyə və strateji ehtiyatlara daha çox sərmayə yatırmalıdır. Əks halda, Rusiyanın hibrid hücumları yalnız iqtisadi deyil, sosial sabitliyi də sarsıda bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri