Icma.az
close
up
RU
Qış turizmi çətin günlər yaşayır Qar yoxdur

Qış turizmi çətin günlər yaşayır Qar yoxdur

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bu il Azərbaycanda qış fəslində qar yağışının olmaması turizm sektoruna da mənfi təsir göstərib. Xüsusilə, ölkənin əsas qış turizm mərkəzlərində əvvəlki illərə nisbətən durğunluq müşahidə edilir. 

Turizm sektoru nümayəndələri qış turizminin canlanması üçün alternativ tədbirlər görsələr də, təbii qarın olmaması əsas problemlərdən biri olaraq qalır. İqlim dəyişikliyi nəticəsində qış fəslinin belə keçməsi gələcəkdə bu sahədə yeni strategiyalara ehtiyac yaradacağını göstərir.

Mövzu ilə bağlı Modern.az-a danışan turizm eksperti Rəhman Quliyev bildirib ki, hər il olduğu kimi ənənəvi olaraq qış tətili günlərində və həftəsonlarında paytaxt sakinləri və əcnəbi turistlər regionlara maraq göstərirlər:

“Bu il qar yağışının az olması ilə əlaqədar həftəsonu turlarında nisbətən azalma müşahidə olundu. Amma buna baxmayaraq yenə də daxili tur intensivliyini müşahidə edirik. Nəzərə alsaq ki, Azərbaycana gələn turist sayının əksəriyyətini Körfəz ölkələrindən və Hindistan, Pakistan və Ərəb ölkələrindən gələnlər təşkil edir, onlar da isti ölkələrdə yaşadıqları üçün buraya gələndə dağlıq bölgələrə daha çox maraq göstərirlər. Təbii ki, burada qar yağışı onlar üçün daha maraqlıdır”.

Ekspertin sözlrinə görə, qar yağışının az olması turizmə ciddi təsiri olmasa da, müəyyən qədər daxili turun zəif olmasına şərait yaratdı:

“Amma buna baxmayaraq quru sərhədləlrin bağlı olması da daxili turlarda canlanma yaradır. Bu gün pandemiyadan əvvələ nəzər salsaq görərik ki, Azərbaycandan Gürcüstana və Rusiyanın yaxın ərazilərinə kütləvi turist axını olurdu. Quru sərhədlərin bağlı olması və bəzi istiqamətlərə uçuşların bağlı olması yerli turizmi nisbətən yaxşılaşdırıb. Regionda olan sanatoriyalar daha da aktivləşməyə başlayıb. Çünki Rusiyadakı sanatoriyalara gedən turist kütləsi regionlarda milli sanatoriyalarımıza üz tuturlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri