Qış üçün pomidorları dondurmağın 3 ən yaxşı yolu Dadı dəyişmir, qoxusu itmir
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Pomidorları düzgün şəkildə dondurmaqla onların dadını və faydalı xüsusiyyətlərini uzun müddət saxlamaq mümkündür. Mütəxəssislər bildirirlər ki, bu üsullarla qış fəslində də pomidorun təzə dadından istifadə etmək olar.
Bizim.Media xarici mediaya istinadən pomidorları qışa saxlamağın ən yaxşı 3 növü barədə məlumat verir.
1. Yetişmiş və zədəsiz pomidorlar yaxşı yuyulduqdan və qurudulduqdan sonra siniyə düzülərək dondurucuya yerləşdirilməlidir. 6 saatdan sonra onlar hermetik qab və ya paketlərə yığıla bilər.
Belə üsulla saxlanılan pomidorlar 6–12 ay ərzində yeməklər üçün yararlı qalır və xüsusilə sos və şorbalara əlavə oluna bilər.
2. Pomidorlar 1–2 dəqiqə qaynar suda saxlanılır, sonra soyuq suya salınaraq qabığı soyulur.
Daha sonra dondurucuya qoyulub, qablaşdırıldıqdan sonra 12 aya qədər saxlanıla bilər. Bu üsul qabıqsız pomidor əldə etmək istəyənlər üçün daha münasib sayılır.
3. Pomidorlar doğranaraq və ya blenderdə püre halına salınaraq xüsusi qab və ya paketlərdə dondurula bilər. Bu halda onlar 12 ayadək saxlanılır və yeməklərdə istifadəsi rahat olur. (lent.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 Avqust 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















