Icma.az
close
up
RU
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır ARAŞDIRMA

Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır ARAŞDIRMA

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Avtomobillərdən əsasən şəhər daxilində və qısa məsafələrdə istifadə edilməsi mühərrikin daha tez aşınmasına və əlavə təmir xərclərinin yaranmasına səbəb ola bilər. Mütəxəssislərin təhlillərinə görə, bu baxımdan müasir dizel və birbaşa püskürtməli turbo benzin mühərrikləri daha çox risk daşıyır. Qısa məsafələr üçün isə ən dözümlü və az xərc tələb edən variant atmosfer benzin mühərrikləri hesab olunur.

Avtosfer.az xəbər verir ki, gündəlik avtomobillə bir neçə kilometr məsafə qət etmək, bəzi hallarda uzunmüddətli səfərlərlə müqayisədə mühərrikə daha çox mənfi təsir göstərə bilər.

Bunun əsas səbəbi mühərrikin optimal iş temperaturuna çatmamasıdır. Nəticədə mühərrikdə kondensasiya yarana, yanmamış yanacağın bir hissəsi mühərrik yağına qarışa bilər. Bu isə yağın sürtkü xüsusiyyətlərini zəiflədərək daxili hissələrin daha tez aşınmasına gətirib çıxarır.

Təhlillərə əsasən, qısa məsafəli şəhərdaxili hərəkətdə ən yüksək xərc riski müasir dizel mühərriklərində müşahidə olunur.

Belə avtomobillərdə dizel hissəcik filtrinin (DPF) təmizlənməsi üçün müəyyən müddət yüksək dövrlərdə və fasiləsiz hərəkət tələb olunur. Lakin sıx şəhər trafiki və tez-tez dayanıb-hərəkət etmə bu prosesin tamamlanmasına mane ola bilər. Nəticədə filtr tutulur və onun təmizlənməsi, hətta dəyişdirilməsi əlavə xərc yaradır.

Digər problem isə mühərrik yağının keyfiyyətinin pisləşməsidir. Natamam regenerasiya prosesləri zamanı dizel yanacağı karterə sızaraq mühərrik yağına qarışa bilər. Bu zaman yağ durulaşır və mühərrikin daxili hissələrinin aşınma sürəti artır.

Birbaşa püskürtməli müasir turbo benzin mühərrikləri də qısa məsafələrdə oxşar problemlərlə üzləşə bilər. Soyuq mühərrikdə püskürdülən benzinin bir hissəsi silindr divarlarına yapışaraq yağa qarışır. Avtomobilin qısa məsafə qət etməsi səbəbindən yağ lazımi temperatura çatmır və yanacaq tam buxarlana bilmir. Nəticədə yağlama keyfiyyəti aşağı düşür, porşen, halqa və silindr səthlərində vaxtından əvvəl aşınma riski artır.

Mütəxəssislər şəhər daxilində istifadə zamanı daha az nasazlıq riski və aşağı texniki xidmət xərcləri baxımından atmosfer benzin mühərriklərini önə çəkirlər. Xüsusilə çoxnöqtəli yanacaq püskürtmə sisteminə (MPI) malik kiçik həcmli mühərriklər bu baxımdan daha əlverişli hesab olunur.

Belə mühərriklərin üstünlükləri əsasən aşağıdakılardır:

Turboşarj, yüksək təzyiqli birbaşa püskürtmə nasosu və mürəkkəb hissəcik filtrləri kimi əlavə nasazlıq riski daşıyan sistemlərə malik olmamaları;

Texniki xidmət və mümkün təmir xərclərinin nisbətən aşağı olması;

Şəhərdaxili gündəlik istifadə üçün daha münasib konstruksiyaya malik olmaları.

Bu mühərriklərə bazarda əvvəlki illərlə müqayisədə daha az rast gəlinsə də, bəzi “Fiat”, “Suzuki”, “Renault” və “Skoda” modellərində belə mühərrik quruluşu hələ də mövcuddur.

Elektrik mühərrikləri isə qısa məsafələrdə mexaniki aşınma baxımından üstünlüklərə malikdir. Belə avtomobillərdə mühərrik yağının dəyişdirilməsinə və egzoz filtrinin təmizlənməsinə ehtiyac yoxdur. Bununla belə, yüksək ilkin alış qiyməti və fərdi enerji doldurma imkanının olmaması bəzi sürücülər üçün çətinlik yarada bilər.

Mənbədə qeyd olunur ki, avtomobili əsasən qısa məsafələrdə istifadə edən müasir dizel və ya birbaşa püskürtməli turbo benzin mühərrikli nəqliyyat vasitələrinin sahibləri həftədə ən azı bir dəfə 30-40 dəqiqə fasiləsiz şəkildə magistral və ya şəhərətrafı yollarda hərəkət etməlidirlər. Bu, mühərrikin və egzoz sisteminin lazımi iş temperaturuna çatmasına, dizel avtomobillərində isə DPF filtrinin regenerasiya prosesinin tamamlanmasına kömək edə bilər.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Noyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri