Icma.az
close
up
RU
Qısa ömrün sonsuz Vətən sevgisi

Qısa ömrün sonsuz Vətən sevgisi

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Həyatın dəyəri, mənası yaşanan illərlə yox, o zamana sığdırılan əməllərlə ölçülür. Elə insanlar var ki, qısa həyat yolunu zəhmət və xeyirxahlıqla o qədər zənginləşdirirlər ki, arxada qoyduqları iz yaşadıqları illərdən daha uzunömürlü olur. Uğur onlar üçün yalnız yüksək vəzifə, beynəlxalq nüfuz deyil, həm də cəmiyyətə fayda vermək, qazandıqlarını başqaları ilə bölüşmək, adlarını xeyirxah əməllərlə yaşatmaqdır. Cavid Babayev də qısa ömründə bunun mümkün olduğunu sübut etdi.

O, geniş dünyagörüşü, dərin biliyi ilə zirvələrə yüksəldi, qazandığı uğurlarla ölkəsini layiqincə təmsil etdi, əldə etdiyi imkanları isə səssizcə xeyirxah əməllərə çevirdi. Dünyanın nüfuzlu təhsil ocaqlarında təhsil alıb peşəkar mütəxəssis kimi tanınsa da, doğma ölkəsinə bağlılığını, milli dəyərlərə sadiqliyini və məsuliyyət hissini heç vaxt itirmədi.

O, 1995-ci il iyulun 27-də dünyaya göz açmışdı. İlk təhsilini Bakı şəhərindəki 258 nömrəli tam orta məktəbdə almış, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində davam etdirmişdi. 2009-2012-ci illərdə Müasir Təhsil Kompleksində oxumuş və bu təhsil ocağını qızıl medalla bitirmişdi. Hələ məktəb illərindən dəqiq elmlərə xüsusi maraq göstərən Cavid qısa müddətdə bu sahədə yüksək nəticələr əldə etmişdi. 2009-cu ildə VI Beynəlxalq Gənclər Elm Olimpiadasında bürünc, 2011–2012-ci illərdə Bakı Riyaziyyat Olimpiadasında isə qızıl medal qazanmışdı.

Böyük əzmlə əldə etdiyi bilikləri bölüşməyi də bacaran Cavid Babayev 2011-ci ildə riyaziyyat üzrə fərdi repetitor kimi fəaliyyət göstərərək orta məktəb və universitet tələbələrini olimpiadalara, müxtəlif imtahanlara hazırlamışdı. 2012-ci ildə I Rusiya Riyaziyyat Olimpiadasında layiq görüldüyü qızıl medal isə böyük uğurların davamı idi. Bu müddət ərzində qazandığı nailiyyətlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təsis etdiyi “Azərbaycanın gələcəyi” mükafatı ilə qiymətləndirilmişdi.

Bütün bu uğurlar onun beynəlxalq akademik mühitə yolunu açmış, 2012-ci ildə yüksək göstəricilərə görə tam təqaüd qazanaraq Kanadanın Toronto Universitetinin nüfuzlu Rotman Biznes Məktəbinə qəbul olunmuşdu. Burada maliyyə və iqtisadiyyat sahəsi üzrə ixtisaslaşmaqla yanaşı, kompüter elmlərini də mənimsəmişdi. Toronto Universitetinin, “Nyu Collec”in qəbul təqaüdü, digər nüfuzlu mükafatlar onun yüksək akademik hazırlığının göstəricisi idi.

İctimai işlərə də də xüsusi önəm verən Cavid Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının (AzSA) vitse-prezidenti kimi təşkilatın fəaliyyətinin əlaqələndirilməsində, müxtəlif tədbirlərin təşkilində və universitetdə Azərbaycan diasporunun layiqincə təmsil olunmasında xüsusi fəallıq göstərmişdi.

Qazandığı nəzəri bilikləri praktik fəaliyyətlə zənginləşdirmək məqsədilə “Synergy Group OJSC” şirkətinin Audit Komitəsində audit proseslərində yaxından iştirak etmiş, maliyyə təhlili və korporativ idarəetmə sahəsində təcrübə keçmişdir. İqtisadi Araşdırmalar Mərkəzində tədqiqatçı köməkçisi vəzifəsində çalışdığı zaman isə neft gəlirlərinin idarə olunması, beynəlxalq ticarət, inflyasiya proqnozları, dövlət təhsil proqramları və milli valyutanın məzənnəsi ilə bağlı araşdırmalar aparmış, müxtəlif analitik hesabatların hazırlanmasında yaxından iştirak etmişdir. Bu sahədə əldə etdiyi təcrübə peşəkar fəaliyyətinin formalaşmasında mühüm rol oynamışdı.

2016-cı ildə Kanadanın aparıcı investisiya banklarından biri olan “RBC Capital Markets” şirkətində qiymətləndirmə üzrə analitik kimi əmək fəaliyyətinə başlamış, peşəkarlığı, analitik təfəkkürü və liderlik keyfiyyətləri sayəsində böyük etimad qazanaraq qısa müddətdə baş maliyyə analitiki, qiymətləndirmə üzrə menecer və Qlobal səhm bazarları üzrə qiymətləndirmə şöbəsinin assosiativ direktoru vəzifəsinə qədər yüksəlmişdi.

“RBC Capital Markets”də çalışdığı illərdə birjadankənar səhm törəmə maliyyə alətlərinin, model risklərin qiymətləndirilməsi, müstəqil qiymət yoxlaması, qiymətləndirmə düzəlişləri və strukturlaşdırılmış maliyyə məhsullarının təhlili istiqamətlərində fəaliyyət göstərmişdi. Eyni zamanda qiymətləndirmə metodologiyalarının hazırlanması, yeni iş proseslərinin tətbiqi və avtomatlaşdırılması sahəsində mühüm təşəbbüslərlə çıxış etmişdi.

Hazırladığı avtomatlaşdırma həlləri nəticəsində opsionların qiymətləndirilməsi üçün tələb olunan vaxtın 90 faiz azaldılmasına nail olmuşdu. Bu böyük nəticə ona şirkətin rüblük yüksək performans mükafatını və xüsusi mükafat səfərini qazandırmışdı. 2024-cü ildən etibarən fəaliyyətini “BMO Capital Markets” şirkətində maliyyə alətlərinin qiymətləndirilməsi və kapital bazarları sahəsində uğurla davam etdirmişdi.

Peşəkarlığı ilə yanaşı, Cavid Babayev ictimai məsuliyyət hissi, xeyirxahlığı ilə də seçilirdi. O, cəmiyyətə fayda verməyi, ehtiyacı olana əlindən gələn köməyi əsirgəməməyi həyatının ayrılmaz hissəsi hesab edirdi. Müxtəlif sosial, təhsil və elmi layihələrə mütəmadi olaraq dəstək göstərməsi, YAŞAT Fonduna, təhsil aldığı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə və Xərçəng Araşdırmaları Cəmiyyətinə etdiyi maddi yardımlar bunun əyani təsdiqidir. O, bu xeyirxah əməlləri barədə heç vaxt ictimaiyyətə məlumat verməz, valideynlərinə belə danışmazdı.

Cavid xaricdə yaşasa da, ürəyi Vətənlə döyünürdü. Doğma torpağa bağlılıq, ana dilinə sayğı, hörmət sərhəd tanımırdı. Gərgin, yüklü iş qrafikinə baxmayaraq yaratdığı YouTube kanalı vasitəsilə Azərbaycan dilində danışmaq və yazmaq istəyən insanlara dəstək olur, tələbə və gənclər üçün maliyyə savadlılığı mövzusunda maarifləndirici videolar hazırlayır, investisiya, maliyyə bazarları və şəxsi maliyyənin idarə olunması ilə bağlı mövzuları sadə və anlaşılan dillə izah edirdi.

Bəlkə də Cavid ömrün qısalığını, vaxtın darlığını hiss edibmiş. Kim bilir… Bəlkə, elə buna görə taleyin bu ağır hökmünü özünəxas təbəssümü, insanlara sevgisi və həyata bağlılığı ilə qarşılayır, daha yüksək zirvələri fəth etməyə, arzularını gerçəkləşdirməyə, hər günü mənalı yaşamağa, hər anı xatirəyə çevirməyə tələsirmiş. Amma tale ondan da tələsik çıxdı…

O, bu gen dünyada cəmi 31 il yaşadı. Tale öz ağır hökmünü gözlənilməyən anda verdi. İyulun 10-da ömrünün ən gözəl çağında faciəli şəkildə dünyasını dəyişdi. Qol-qanad açan arzuları yarımçıq qaldı, yollar bitmədi. Amma doğmalarını ovudan bir təsəlli var: Cavid gənc yaşında həyata vaxtsız vida etsə də, adı qısa ömrünə sığdırdığı uğurlarda, qazandığı elmi nailiyyətlərdə, insanlara təmənnasız göstərdiyi yaxşılıqlar və cəmiyyətə fayda vermək amalında, bir də onu tanıyanların qəlbində yaşayacaq. Çünki xeyirxah, vətənpərvər insanlar bu dünyadan köçüb getsələr də, işıqları uzun illər sönmür.

Mehparə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Avqust 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri