Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Qisas və onun fəlsəfədəki yeri Orxan Saffari yazır…

Qisas və onun fəlsəfədəki yeri Orxan Saffari yazır…

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Əlbəttə, müasir dünya, qanunlar və humanizm baxımından bu hiss və ad doğru deyildir.

Fəqət eyni zamanda, bu hissin, qisasın insani hiss olduğunu da nəzərə alsaq, mənzərə bir qədər dəyişir.

Maraqlıdır, insan niyə qisas alır?

Qisasın psixoloji və fəlsəfi tərəfləri nədir?

Qisas da nifrət hissi kimi fitrətdən gələn hissdir. İnsan təbiət olaraq nifrətkar və qisasçı doğulur.

Bu, hətta balaca bir uşağın ayağının və əlinin harasa dəyəndən sonra qayıdıb həmin cansın yeri vurması qədər təbiidir.

Qisas hissi heç də “mən də pislik edim” düşüncəsi ilə uzlaşmır. Qisas, təbii hisslərin içində yerinə ən çətin yetirilənidir və psixoloji pozuqluqdan əlavə olaraq psixoloji hazırlıq da tələb edir.

Qisas hissinin verdiyi xoşbəxtlik, ümumi xoşbəxtlik hissinin özündən daha yüksəkdir.

Məsələn, qisas alan insanların qisası aldığı zaman yaşadığı hissləri danışmasına nəzər yetirilsə, mənzərə bir qədər aydın olur.

Qisas hissi fərdi olduqda kobud, kollektiv olduqda daha gözəl görünür.

Məsələn, qan davası səbəbilə günahsız birini öldürmək yaxşı deyil, ancaq işğal olunmuş torpaqları azad etmək üçün kütləvi ölümlər daha cazibədar görünür.

Qisas insan üçün həm də mənəvi orqazmdır, romantikadır.

Əlbəttə, bunun özlüyündə psixoloji, neyrobioloji və sosial səbəbləri vardır.

Bu hiss daha çox özünümüdafiə, ədalət hissi və sosial statusu qoruma instinkti ilə səsləşir.

Fəlsəfə tarixinə nəzər yetirilsə, Aristotel “Etik ədalət” düşüncəsində qisas hissinin insana dəyən zərərin bərabər şəkildə qaytarılmasını bir balans kimi izah edir. Buna obrazlı ifadə edilsə, “İlahi ədalət” də demək olar.

Qisas eyni zamanda gücün göstəricisidir. Doğrudur, sonralar bura bir anlayış da əlavə olundu, “Böyüklük, əsl güc bağışıamaqdır” təfəkkürü ortaya atıldı, ancaq bunun özü də zəifliyin təsəllisi kimi qiymətləndirilə bilər.

Məsələn, Nitşeyə görə qisas, insanın öz zəif tərəfini bilməsi, həmin nöqtədən təbii şəkildə çıxması və özünü, gücünü təsdiqləmə formasıdır.

Yaxud, Antik yunan ədalət tanrıçaları Eriniyalar (Furiyalar) günahkarların arxasınca gedən, qan borcu ödənənə qədər əl çəkməyən qisas ruhları idi.

Fəlsəfədə olduğu kimi, psixologiyada da bu hissin sağlam izahı var.

Ümumiyyətlə, qisasa təkcə mənfi hiss kimi baxmaqla yanaşı, eyni zamanda yaranma səbəblərinə də baxılmalıdır.

Məsələn, qisas hissi necə yaranır?

Psixoloji olaraq qisasın bir neçə emosional qatı var.

Məsələn, “mənlik qorunması”, “Əzilən iradənin möhkəmlənməsi” kimi qatları bura aid edə bilərik.

Bu, həm də yaddaşla bağlıdır. İnsan hər hansısa bir pislik qarşısında aldığı yara bağlanmırsa, sonradan bu hissin yaranması qaçılmazdır.

Əlbəttə, bunun ziyanlı tərəfləri də var. Çünki qisas heç də həmişə mənəvi və psixoloji rahatlıq gətirmir. O, eyni zamanda insanı aqressivləşdirə, vəhşi bir varlığa çevirə bilər.

Qisas insanın öz üzərində konturolunun itməsindən yaransa da, bu hiss zamanı özünü kontrol edə bilmək mütləqdir.

Fəlsəfədə bu hissə qarşı olam sual budur:

-Qisas almaq istəyimiz həqiqətən ədalət hissindənmi doğur, yoxsa öz eqomuzun yarasını sağaltmaq cəhdidir?

Kanta görə, ədalət şəxsi hisslərdən asılı olmamalıdır. Ancaq qisasın kökündə məhz şəxsi hiss dayanırsa, bu mənada qisas “ədalətin kölgəsi” adlana bilər.

Son olaraq, “Qisas soyuq yeyilən yeməkdir” düşüncəsinə isə hər bir insan özü cavab verməlidir.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Avqust 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri